Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 2(058)-214/2024 15.01.2024 SAMUX RAYON MƏHKƏMƏSİ X1 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “qeyri-qanuni hərəkətlərə qadağa qoyulması” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “qeyri-qanuni hərəkətlərə qadağa qoyulması” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin qeyri-qanuni hərəkətlərinə qadağa qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizənin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri şərtlərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, İddiaçı Cavabdeh qarşı “qeyri-qanuni hərəkətlərə qadağa qoyulması” barədə qətnamə çıxarılmasını xahiş etsə də, ərizədə konkret olaraq Cavabdeh qarşı tələbi aydın və dəqiq göstərməmişdir. Azərbaycan Respublikasının MPM-nin 149.2.3-cü maddəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Məhkəmədə iddiaya irəli sürülmüş tələb həddində baxılmalı olduğundan və hazırkı iddia ərizəsində iddia tələbi dəqiq göstərilmədiyindən, iddia tələbinin məhkəmə tərəfindən müəyyən olunması qanunvericiliklə yol verilmədiyindən iddia ərizəsinin icraata qəbul edilməsi istisna olunur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Cavabdeh qarşı “qeyri-qanuni hərəkətlərə qadağa qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsini vermiş şəxsə izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(058)-214/2024
Samux Rayon Məhkəməsi Qərardad — İş №2(058)-214/2024
15.01.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver