Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-223/2023 02.05.2023 SAMUX RAYON MƏKƏMƏSİ X7 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh və X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və X3 qarşı «maneənin aradan qaldırılması» tələbinə dair iddiası üzrə mülki işə məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh və X3 qarşı «maneənin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin onun təsərrüfatında olan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Samux rayonu, Salahlı kəndində yaşamaqla ailəsi ilə birlikə fermer təsərrüfatı ilə məşğul olur. Təsərrüfatında 5 ailə işləyir, həmçinin onların ailəsidə onun təsərrüfat hesabına qazanc qazanıb yaşayırlar. Onun Samux rayonu, Salahlı kəndində 2,9183 torpağının yanında 1 hektar 20 sot torpaq sahəsi vadır. Həmin torpaq sahəsinin yararsız bir yer olduğu ona bildirilmiş, o, bir neçə il bundan qabaq yəni indiki bələdiyyədən qabaq orada işləmiş və bələdiyyə ilə icra müqaviləsi bağlayıb həmin torpağı icrayə götürmüşdür. İcrayə götürdüyü torpaq sahəsinə 12.000 manat kimi xərc çəkmiş, həmin icarayə götürdüyü torpaq sahəsinin yararlı hala salmışdır. O, həmin torpaq sahəsini icrayə götürməmişdən qabaq heç kim istifadə etməmiş və həmin torpaq sahəsi hələ də onun istifadəsindədir. Torpaqla icra müqaviləsinin müddəti bitmiş olsa da, torpaq hələ də onun istifadəsindədir. Həmin torpaq sahəsində o, buğda əkmişdir. Cavabdehlərin əlində heç bir sənəd olmadığı halda onu torpaq sahəsində çıxarmaq və həmin torpaq sahəsini şumlamaq istəyirlər. Həmin torpaqla bağlı cavabdehlərin əlində heç bir sənəd yoxdur. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, İddiaçı torpaq sahəsindən istifadə etmədiyini və bələdiyyə torpaq sahəsinin yanında 09 ha torpaq sahəsini istifadə etdiyini bildirdi. Məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh X4 məhkəmə iclasında oğlu Cavabdeh izahatına uyğun ifadə verərək, məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehlərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********05, qeydiyyat nömrəsi ********** çıxarışdan görünür ki, Samux rayonu, Salahlı kəndində yerləşən 2.9183 ha torpaq sahəsinin 0.364787 ha hissəsi X1, 2.55351 ha hissəsi İddiaçı paylı mülkiyyətinə verilməsinə dair mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reystrində 148 nömrəli reyster kitabının 54 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixdə Samux rayon İHB-nın Poylu kənd İƏD-üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.1966-cı il təvəllüdlü İddiaçı Samux rayonu, Kəsəmən kəndində qeydiyyatdadır və orada yaşayır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 17.1-ci maddəsinə əsasən, bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, içtimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar. Həmin Məcəllənin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə iclasında müəyyən edildi ki, Samux rayonu, Salahlı kəndində yerləşən 2.9183 ha torpaq sahəsinin 2.55351 ha hissəsi İddiaçı, 0.364787 ha hissəsi hissəsi X1 paylı mülkiyyətindədir. İddiaçı məxsus Samux rayonu, Salahlı kəndində yerləşən 2.55351 ha hissəsinə cavabdehlər tərəfindən maneələr yaradılması iddiaçının qanunla qorunan maraqlarına xələl gətirməklə mülkiyyət hüquqlarını həyata keçirilməsindən məhrum etdiyindən iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyət hüququ müdafiə edilməli, mülkiyyətindən maneəsiz istifadə etmək hüququ təmin edilməli, cavabdehlər tərəfindən iddiaçıya məxsus torpaq sahəsinə edilən maneə hərəkətləri qadağan edilməli və maneələr aradan qaldırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxsus Samux rayonu, Salahlı kəndində yerləşən 2.55351 ha torpaq sahəsində cavabdehlər Cavabdeh və X4 tərəfindən edilən maneə hərəkətləri onlara qadağan edilsin. İddiaçı məxsus Samux rayonu, Salahlı kəndində yerləşən 2.55351 ha torpaq sahəsinə cavabdehlər Cavabdeh və X4 tərəfindən qoyulan maneələr aradan qaldırılsın. Qətnamədən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(058)-223/2023
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-223/2023
02.05.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver