Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-231/2023 23.05.2023 SAMUX RAYON MƏKƏMƏSİ X12 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçı QSC-nin cavabdehlər X3, Cavabdeh2, X7, Cavabdeh4, Cavabdeh5 Alyoş qızına, Cavabdeh6 və Cavabdeh7 qarşı “kredit borcu və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə Samux Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC-ti cavabdehlər X3, Cavabdeh2, X7, Cavabdeh4, Cavabdeh5 Alyoş qızına, Cavabdeh6 və Cavabdeh7 qarşı “kredit borcu və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X1, Cavabdeh2, Cavabdeh4 və X4 müştərək qaydada iddiaçının xeyrinə 006R000019030 saylı kredit razılaşması üzrə əsas borc kimi 14657.96 ABŞ dolları məbləğində kredit borcunun, hesablanmış faiz borcu kimi 12083.27 ABŞ dolları, cərimə borcu kimi 21003.75 ABŞ dolları olmaqla, 006KK**********01 saylı kredit razılaşması üzrə əsas borc kimi 1194.94 ABŞ dolları, hesablanmış faiz borcu kimi 244.51 ABŞ dolları, cərimə borcu kimi 1862.87 ABŞ dolları olmaqla, ümumilikdə 48139.90 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldıqmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması və ipoteka predmetinə tutmanın barədə bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumunun, 20 manat xidmət haqqının tutulması, tələbin X2, Əhmədov Kərəm İmamverdi oğlunun birgə mülkiyyətində olan Samux rayonu, Yuxarı Ağasıbəyli kəndində yerləşən 0.28 ha torpaq sahəsi və həmin torpaq sahəsində 1 mərtəbəli, 107.7 kv.m ümumi, 90.2 kv.m yaşayış, 17.5 kv.m yardımçı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinə yönəldilməsinə, həmin torpaq sahəsinin və evin açıq hərracdan satılması və ümumilikdə cəmi 48139.90 ABŞ dolları məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumunun, 20 manat xidmət haqqının, ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin X1, Cavabdeh2, X4, Cavabdeh4 ümumi müştərək qaydada tutulması, X2, Əhmədov Kərəm İmamverdi oğlunun birgə mülkiyyətində olan Samux rayonu, Yuxarı Ağasıbəyli kəndində yerləşən 0.28 ha torpaq sahəsi və həmin torpaq sahəsində 1 mərtəbəli, 107.7 kv.m ümumi, 90.2 kv.m yaşayış, 17.5 kv.m yardımçı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin əmlaka X2, Cavabdeh2, Cavabdeh5 Alyoş qızının, Cavabdeh6 və Cavabdeh7 həmin torpaq sahəsi və evə istifadə hüququnun itirilməsi, həmin torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılması, ipoteka predmetlərinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilmısini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Əhmədov Kərəm İmamverdi oğlu arasında bağlanmış xx.xx.2013-cü il tarixli 06L000004198 saylı kredit xətti müqaviləsinə əsasən iddiaçı tərəfindən borc alana 120 ay müddətinə 30000 (otuz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən Əhmədov Kərəm İmamverdi oğluna veriləcək məbləğ və müddət ayrıca olaraq xx.xx.2014-cü il tarixli 06R000019030 saylı kredit razılaşması əsasında müəyən olunmuşdur. Belə ki, kredit xətti müqaviləsi üzrə İddiaçı QSC ilə Əhmədov Kərəm İmamverdi oğlu bağladığı xx.xx.2014-cü il tarixli 06R000019030 saylı kredit razılaşması əsasında 48 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 (iyirmi min) ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladığı xx.xx.2015-ci il tarixli 06R000019030S saylı, xx.xx.2016-cı il tarixli 06R000019030SC saylı sazişlə razışmaya və ödəniş planına dəyişiklik edilmişdir. Əhmədov Kərəm İmamverdi oğlu kredit razılaşmasının tələbini pozmuş, ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2017-ci il tarixdən banka qaytarmamışdır. Əhmədov Kərəm İmamverdi oğlu götürdüyü kredit borcundan 5342.04 ABŞ dolları ödəmiş, onun banka 14657.96 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Əhmədov Kərəm İmamverdi oğlu kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2020-ci il tarixə 1222 günə hesablanmış faiz borcu 11535.81 ABŞ dolları təşkil edir, lakin borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadığı üçün hər gecikdirilən günə kredit qalığının 0.5% məbləğində cərimə ödənilməlidir ki, xx.xx.2020-ci il tarixə 1222 gün üçün hesablanmış cərimə 18643.81 ABŞ dolları təşkil edir. Bundan başqa kredit xətti müqaviləsi üzrə Əhmədov Kərəm İmamverdi oğlu İddiaçı QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 006KK**********01 saylı kredit razılaşması əsasında 12 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% olmaqla, plastik kart vasitəsi ilə 1200 (min iki yüz) ABŞ dolları məbləğində kredit götürmüşdür. Əhmədov Kərəm İmamverdi oğlu kart hesabı üzrə kredit müqaviləsinin şərtlərini pozaraq kredit müqaviləsi üzrə götürdüyü kredit borcundan 5.06 ABŞ dolları ödəniş etmiş, onun 1194.94 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kreditdən istifadə üçün ödənilməli olan faiz borcunu kreditora ödəməmiş və xx.xx.2021-ci il tarixə 1691 gün üçün onun 244.51 məbləğində faiz borcu qalmışdır. Kredit razılaşmasının 2.7-bəndinə əsasən kredit xəttinin müddəti bitənədək banka ödənilir, əks təqdirdə gecikdirilmiş kredit üzrə illik 36 faiz dərəcəsi ilə cərimə faizi hesablanır. 14 mart 2021-ci il tarixə 1691 gün üçün əsas borc kimi 1194.94 ABŞ dolları, hesablanmış faiz borcu kimi 244.51 ABŞ dolları, cərimə borcu kimi 1862.87 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsindən xx.xx.2020-ci il tairixdə əldə edilmiş arayışda Əhmədov Kərəm İmamverdi oğlunun vəfat etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilən vəkil sorğusu nəticəsində xx.xx.2021-ci il tarixli **********87 saylı cavab məktubu ilə mərhum Əhmədov Kərəm İmamverdi oğluna məxsus əmlakın vərəsəlik şəhadətnaməsi əsasında Cavabdeh2 və X2 adına qeydiyyata alındığı aşkar edilmişdir. Kredit xətti müqaviləsi üzrə Əhmədov Kərəm İmamverdi oğlunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər X5, Cavabdeh2, X8 və Cavabdeh4 ilə kredit müqaviləsi üzrə öhdəliklərin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə İddiaçı QSC ilə Əhmədov Kərəm İmamverdi oğlu və X5 (ipoteka qoyan) arasında mülkiyyət hüququ ilə cavabdehə məxsus Samux rayonu, Yuxarı Ağasıbəyli kəndində yerləşən 0.28 ha torpaq sahəsi və həmin torpaq sahəsində 1 mərtəbəli, 107.7 kv.m ümumi, 90.2 kv.m yaşayış, 17.5 kv.m yardımçı sahələrdən ibarət 3 otaqlı fərdi yaşayış evi yüklü edilmiş və Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Seriya RX № ******* saylı, xx.xx.2014cü il tarixli çıxarışla Əhmədov Kərəm İmamverdi oğlunun və cavabdehlərdən X2 adına rəsmiləşdirilən Samux rayonu, Yuxarı Ağasıbəyli kəndində yerləşən 0.28 ha torpaq sahəsi və həmin torpaq sahəsində 1 mərtəbəli, 107.7 kv.m ümumi, 90.2 kv.m yaşayış, 17.5 kv.m yardımçı sahələrdən ibarət 3 otaqlı fərdi yaşayış evinin ipoteka qoyulması barədə 06M000001329 saylı ipoteka müqaviləsi bağlanmışdır. Əhmədov Kərəm İmamverdi oğlu və cavabdehlərdən Əhmədov Kərəm İmamverdi oğlu borcunun ödənilməsi ilə bağlı öhdəlik götürsə də, borcunu tam ödəməmişdir. X11 İmamverdi oğlu 08 noyabr 2017-ci il tarixdə vəfat etmişdir. Buna görə də kreditor sözügedən iddia tələbi ilə məhkəmədə cavabdehlərə qarşı belə bir iddia qaldırmışdır. İş materiallarında olan İddiaçı QSC-nin nümayəndəsi Ruslan Məmmədov iddia tələblərinin azaldılmasına dair ərizə verərək, cavabdehlər X1, Cavabdeh2, Cavabdeh4, X4 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 06R000019030 saylı kredit razılaşması üzrə 8619.63 ABŞ dolları məbləğində kredit borcu, 6797.22 ABŞ dolları məbləğində faiz borcu və 9016.75 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 24433.60 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tələbin X2 və Əhmədov Kərəm İmamverdi oğlunun birgə mülkiyyətində olan Samux rayonu, Yuxarı Ağasıbəyli kəndində yerləşən 0.28 ha torpaq sahəsi və həmin torpaq sahəsində 1 mərtəbəli, 107.7 kv.m ümumi, 90.2 kv.m yaşayış, 17.5 kv.m yardımçı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsinin və evin hərracdan satılması və cəmi 24433.60 ABŞ dolları məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-ə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin X1, Cavabdeh2, Cavabdeh4, X4 ümumi müştərək qaydada tutulması, X2 və Cavabdeh2 birgə mülkiyyətində olan Samux rayonu, Yuxarı Ağasıbəyli kəndində yerləşən 0.28 ha torpaq sahəsi və həmin torpaq sahəsində 1 mərtəbəli, 107.7 kv.m ümumi, 90.2 kv.m yaşayış, 17.5 kv.m yardımçı sahələrdən ibarət 3 otaqlı fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin əmlaka X2, Cavabdeh2, Cavabdeh5 Alyoş qızının, Cavabdeh6 və Cavabdeh7 istifadə hüququnun itirilməsi, onların həmin torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılması, ipoteka predmetlərinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçının nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi Ruslan Məmmədov tərəfindən məhkəməyə daxil olmuş ərizədə mülki işə onların iştirakı olmadan baxılması və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, xx.xx.2013-cü il tarixli 06L000004198 saylı kredit xətti müqaviləsindən görünür ki, İddiaçı QSC kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə Əhmədov Kərəm İmamverdi oğluna 30000 ABŞ dolları məbləğində kredit xətti açmışdır. xx.xx.2014-cü il tarixli №06R000019030 saylı kredit razılaşmasından görünür ki, İddiaçı QSC 24 ay müddətinə illik 1.8333 faiz məzənnə ilə Əhmədov Kərəm İmamverdi oğluna əsas vəsaitin təmini üçün 20000 ABŞ dolları məbləğində kredit vermişdir xx.xx.2015-cı il tarixli 06R000019030S saylı və xx.xx.2016-cı il tarixli 06R000019030SC saylı sazişlərdən görünür ki, İddiaçı QSC ilə Əhmədov Kərəm İmamverdi oğlu arasında kredit razılaşması və ödəniş planına dəyişiklik edilmişdir. xx.xx.2015-ci il tarixli 006KK**********01 saylı kredit razılaşması müqaviləsindən görünür ki, İddiaçı QSC 12 ay müddətinə illik 1.9167 faiz məzənnə ilə Əhmədov Kərəm İmamverdi oğluna müqavilə ilə müəyyən olunmuş kredit limiti daxilində plastik kart vasitəsi ilə 1200 ABŞ dolları məbləğində kredit vermişdir. 15 fevral 2013-cü il tarxli № 06S000008914, 10 sentyabr 2014-cü il tarxli № 06S000019580, 02 sentyabr 2014-cü il tarxli № 06S000019415 və 13 noyabr 2015-ci il tarixli № 006S**********01 saylı zaminlik müqavilələrindən görünür ki, cavabdehlərdən Cavabdeh2, X8, Cavabdeh4 və X5 alınan kreditin təminatı olaraq zaminlik müqaviləsini imzalamışlar. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş çıxarışdan görünür ki, Samux rayonu, Yuxarı Ağasıbəyli kəndində yerləşən 0.28 ha torpaq sahəsi və həmin torpaq sahəsində 1 mərtəbəli, 107.7 kv.m ümumi, 90.2 kv.m yaşayış, 17.5 kv.m yardımçı sahələrdən ibarət 3 otaqlı fərdi yaşayış evi mülkiyyət hüququ ilə X2 və Əhmədov Kərəm İmamverdi oğlunun mülkiyyətinə verilməsinə dair mülkiyyət hüquqları xx.xx.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 09 nömrəli reyestr kitabının 89 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx.xx.2020-ci il tarixli, ipoteka predmentinə tutmanın yönəldilməsinə dair bildirişin surətindən görünür ki, kreditlə bağlı öhdəlikləri tam yerinə yetirmədiyi təqdirdə məsuliyyət daşıdıqları barədə cavabdehlər xəbərdarlıq edilmişdir. xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildiriş xx.xx.2020-ci il tarixdə DƏDRX-nin 3 saylı Ərazi İdarəsində qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş xx.xx.2022-ci il tarixli UNİ/Y 222- 0222/22 nömrəli ekspert rəyindən görünür ki, cavabdehlər Əhmədov Kərəm İmamverdi oğluna və X3 məxsus Samux rayonu, Yuxarı Ağasıbəyli kəndində yerləşən 0.28 ha torpaq sahəsi və həmin torpaq sahəsində 1 mərtəbəli, 107.7 kv.m ümumi, 90.2 kv.m yaşayış, 17.5 kv.m yardımçı sahələrdən ibarət 3 otaqlı fərdi yaşayış evinin bazar dəyəri 35000 manat və likvid dəyəri 30000 manat təşkil edir. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, cavabdeh Əhmədov Kərəm İmamverdi oğlunun xx.xx.2019-cu il tarixə kredit borcu 8619.63 ABŞ dolları məbləğində əsas, 6797.22 ABŞ dolları məbləğində faiz və 9016.75 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 24433.60 ABŞ dolları məbləğində təşkil edir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 aprel 2023-cü il tarixli 9/1672 nömrəli ekspert rəyindən görünür ki, cavabdehlər X2, Cavabdeh2 Məmmədəli oğlunun, Cavabdeh4 və X6 8619,63 ABŞ dolları məbləğində əsas, 6797,22 ABŞ dolları məbləğində faiz borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişdirsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş əmlakı açıq hərracdan satmaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyi tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 58.2-ci maddəsinə əsasən hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. Məhkəmə hesab edir ki, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin cavabdehlərdən tutulması, icra edilməsi hazırkı vaxtda deyil, «İcra Haqqında» Qanunun 45-ci maddəsinin tələbinə əsasən icra mərhələsində həll olunan məsələdir və cavabdehin öhdəliyi hazırkı vaxtda mövcud olan təminatla məhdudlaşmış hesab edilməlidir. Məhkəmə hesab edir ki, cavabdehlər X1, Cavabdeh2, X4 və Cavabdeh4 müştərək qaydada əsas borc üzrə 8619,63 ABŞ dolları, faiz borcu üzrə 6797,22 ABŞ dolları, cərimə 50 ABŞ dolları olmaqla, cəmi 15466.85 ABŞ dolları məbləğində borc, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat və 20 manat xidmət haqqı iddiaçınınn xeyrinə tutulmalı, tutma öhdəliyin təmini kimi cavabdehlər X2 və Cavabdeh2 birgə mülkiyyətində olan Samux rayonu, Yuxarı Ağasıbəyli kəndində yerləşən 3 otaqlı fərdi yaşayış evinə yönəldilməli və həmin əmlak açıq hərracdan satılmalı, satışından əldə edilmiş pul vəsaiti hesabına borcun ödənilməsi təmin edilməli, əmlak satıldıqdan 1 ay sonra fərdi yaşayış evində qeydiyyatda olan Əhmədova Ofeliya qızının, Cavabdeh2, Cavabdeh5 Alyoş qızının, Cavabdeh6 və Cavabdeh7 yaşayış evindən istifadə hüququ itirilməli, torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi boşaldılmalıdır. İş üzrə məhkəmə ekspertiza xərci 100 (yüz) manat cavabdehlər X1, Cavabdeh2, X4, Cavabdeh4, Cavabdeh5 Alyoş qızından, Cavabdeh6 və Cavabdeh7 müştərək qaydada tutularaq Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab № AZ43CTRE********************, SWİFT BİK: STREAZ22, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142595-ə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər X1, Cavabdeh2, X4 və Cavabdeh4 müştərək qaydada əsas borc üzrə 8619,63 ABŞ dolları, faiz borcu üzrə 6797,22 ABŞ dolları, cərimə 50 ABŞ dolları, cəmi 15466.85 ABŞ dolları, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat və 20 manat xidmət haqqı İddiaçı QSC-nin xeyrinə tutulsun. Tutma öhdəliyin təmini kimi cavabdehlər X2 və Cavabdeh2 birgə mülkiyyətində olan Samux rayonu, Yuxarı Ağasıbəyli kəndində yerləşən 0.28 ha torpaq sahəsi və həmin torpaq sahəsində 1 mərtəbəli 107.7 kv.m ümumi, 90.2 kv.m yaşayış, 17.5 kv.m yardımçı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinə yönəldilsin və həmin əmlak açıq hərracdan satılsın. İlkin satış qiyməti 30000 (otuz min) manat dəyərində qiymətləndirilmiş Samux rayonu, Yuxarı Ağasıbəyli kəndində yerləşən 0.28 ha torpaq sahəsi və həmin torpaq sahəsində 1 mərtəbəli 107.7 kv.m ümumi, 90.2 kv.m yaşayış, 17.5 kv.m yardımçı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinin satışından əldə edilmiş pul vəsaiti hesabına cəmi 15466.85 ABŞ dolları, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat və 20 manat xidmət haqqı İddiaçı QSC-nə ödənilsin. Ödənişlər həyata keçirildikdən sonra əldə olunan vəsaitin qalan hissəsi cavabdehlər X3 və Cavabdeh2 qaytarılsın. Samux rayonu, Yuxarı Ağasıbəyli kəndində yerləşən 0.28 ha torpaq sahəsi və həmin torpaq sahəsində 1 mərtəbəli 107.7 kv.m ümumi, 90.2 kv.m yaşayış, 17.5 kv.m yardımçı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evi satıldıqdan 1 ay sonra həmin evdə qeydiyyatda olan X2, Cavabdeh2, Cavabdeh5 Alyoş qızının, Cavabdeh6 və Cavabdeh7 istifadə hüquqları itirilmiş hesab edilsin və Samux rayonu, Yuxarı Ağasıbəyli kəndində yerləşən 0.28 ha torpaq sahəsi və həmin torpaq sahəsində 1 mərtəbəli 107.7 kv.m ümumi, 90.2 kv.m yaşayış, 17.5 kv.m yardımçı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evi boşaldılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə məhkəmə ekspertiza xərci 100 (yüz) manat cavabdehlər X1, Cavabdeh2, X4, Cavabdeh4, Cavabdeh5 Alyoş qızından, Cavabdeh6 və Cavabdeh7 müştərək qaydada tutularaq Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab № AZ43CTRE********************, SWİFT BİK: STREAZ22, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142595-ə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(058)-231/2023
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-231/2023
23.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver