Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-246/2023 14.04.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X6, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh və X3 qarşı «kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi və kredit müqaviləsi üzrə borcun tutlması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC cavabdehlər Cavabdeh və X3 qarşı «kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi və kredit müqaviləsi üzrə borcun tutlması» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin Gəncə filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İK nömrəli 182/İST/2022 saylı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi, həmin kredit müqaviləsi üzrə Cavabdeh banka olan 3801,47 manat əsas, 340,96 manat faiz, 295,1 manat cərimə borcu olmaqla, cəmi 4437,53 manat məbləğində borcun və ödənilmiş 64,38 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh və X2 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X10 Səhmdar Cəmiyyətinin “Gəncə” filialı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, İK nömrəli 182/İST/2022 saylı kredit müqaviləsinə əsasən faiz dərəcəsi 15,7%, 18 ay müddətinə 4000 (dörd min manat) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh (borcalan) öhdəliklərinin icrasının təminatı kimi "xxxx" ASC ilə X5 arasında xx.xx.2022-ci il tarixli, İK nömrəli 182/İST/2022 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinə və müqavilənin şərtlərinə riayət etməmiş, ödəməli olduğu məbləği vaxtında ödəməmişdir. Belə ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, İK nömrəli 182/İST/2022 saylı kredit müqaviləsinə əsasən 04 noyabr 2022-ci il tarixinə Cavabdeh “Bank”a 3801,47 manat əsas, 340,96 manat faiz, 295,1 manat cərimə faizi olmaqla, cəmi 4437,53 manat məbləğində kredit borcu qalmışdır. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, tərəflərindən mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehlərdən tutularaq bankın xeyrinə ödənilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X8 xx.xx.2023-cü il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə məhkəməyə təqdim edərək, İddiaçı ASCnin Gəncə filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İK nömrəli 182/İST/2022 saylı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi, İddiaçı ASC-nin Gəncə filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İK nömrəli 182/İST/2022 saylı kredit müqaviləsi üzrə Cavabdeh banka olan 3801,47 manat əsas, 468,61 manat faiz, 295,1 manat cərimə faizi olmaqla, cəmi 4565,18 manat məbləğində borcun və tərəflərindən ödənilmiş 64,38 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh və X2 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X8 iddianı müdafiə etdiyini bildirərək, tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etdiyini və təmin olunmasına etirazının olmadığını bildirdi. Cavabdeh X3 məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilsə də, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş İddiaçı ASC-nin Gəncə filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İK nömrəli 182/İST/2022 saylı kredit müqaviləsindən görünür ki, bank cavabdehə faiz dərəcəsi 15,7%, 18 ay müddətinə 4000 (dörd min manat) manat məbləğində kredit vermişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, İK nömrəli 182/İST/2022 saylı zaminlik müqaviləsindən görünür ki, X1 İlqar Qafar oğlunun xx.xx.2022-ci il tarixli, İK nömrəli 182/İST/2022 saylı kredit müqaviləsi üzrə öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh İddiaçı ASC-nə 3801,47 manat əsas borc, 340,96 manat faiz borcu, 295,1 manat cərimə məbləği olmaqla, cəmi 4437,53 manat borcu vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, borclu Cavabdeh 08 aprel 2022-ci il tarixli 182/İST/2022 saylı kredit müqaviləsi üzrə 3801,47 manat əsas borc, 468,61 manat faiz borcu, 295,1 manat cərimə borcu, cəmi 4565,18 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizliyi) üçün məsuliyyət daşıyır; Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında kredit və zaminlik müqavilələri bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdehlər isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Öhdəliyin cavabdehlər tərəfindən pozulması nəticəsində müqavilənin şərtlərinə uyğun olaraq iddiaçının kredit müqaviləsini vaxtından əvvəl ləğv etmək və borcun qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Eyni zamanda ödəniş cədvəli üzrə cavabdeh ödənişləri gecikdirmişdir. Gecikdirilən məbləğə və müddətə uyğun olaraq hesablanmış dəbbə pulu müqavilə şərtlərinə uyğundur. Buna görə də, məhkəmə kredit müqaviləsinin ləğv edilməsini, əsas və faiz borcunun, eləcə də dəbbə pulunun cavabdehlərdən tutulmasını əsaslı hesab edir.. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 64,38 manat dövlət rüsumunun da cavabdehlərdən tutulmasını əsaslı hesab edir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh və X2 3801,47 manat əsas borc, 468,61 manat faiz, 295,1 manat dəbbə pulu məbləği olmaqla, cəmi 4565,18 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 64,38 (altmış dörd manat otuz səkkiz qəpik) manat pul müştərək qaydada tutularaq, iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İK nömrəli 182/İST/2022 nömrəli kredit müqaviləsinə vaxtından əvvəl xitam verilsin. Cavabdehlər Cavabdeh və X2 müştərək qaydada 3801,47 manat əsas borc, 468,61 manat faiz, 295,1 manat cərimə məbləği olmaqla, cəmi 4565,18 (dörd min dörd yüz otuz yeddi manat əlli üç qəpik) manat borc və ərizənin məhkəməyə verilməsi üçün ödənilmiş 64,38 (altmış dörd manat otuz səkkiz qəpik) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qətnamə qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-246/2023
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-246/2023
14.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver