Məhkəmə qərarları › İş №2(058)-250/2023

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-250/2023

07.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-250/2023 07.04.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair iddia qaldıraraq, Cavabdeh ilə aralarında xx.xx.2021-ci il tarixdə Gəncə şəhər 1 saylı notraiat ofisində bağlanmış kredit müqaviləsinə xitam verilməsi və kredit müqaviləsi üzrə ödənilməmiş 102.706 manat (yüz iki min yeddi yüz altı) manat əsas borc və 12.012 (on iki min on iki) manat faiz borcunun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh ilə aralarında Gəncə şəhəri 1 saylı notariat ofisində 106.500 (yüz altı min beş yüz) manat məbləğində kredit müqaviləsi bağlanmışdır. Müqavilənin razılaşdırılmış şərtlərinə əsasən kredit xx.xx.2023-cü il tarixədək hər ay 5000 manat olmaqla ödənilməli idi. Lakin borclu Cavabdeh bu günə qədər cəmi 3784 (üç min yeddi yüz səksən dörd) manat əsas borcdan, 8404 (səkkiz min dörd yüz dörd) manat isə faiz borcundan ödəmişdir. Onun əsas borc üzrə 102,716 manat, faiz borcu üzrə 12,012 manat borcu qalmışdır. O, dəfələrlə şifahi və yazılı şəkildə borcluya xəbərdarlıq etsə də, heç bir müsbət nəticə əldə etməmişdir. Borclu borcunun qaytarılmasına dair vəd versə də, borcu qaytarmamışdır. Onda olan məlumata və borclunun özünün deməsinə görə borclu borcu ödəmək iqtidarında deyil, ona görə də kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsinə və cavabdehdən ona olan ödənilməmiş əsas borc üzrə 102,716 manat, faiz borcu üzrə 12,012 manat pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı 13 mart 2023-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq iddia tələbinin Cavabdeh faiz borcu olan 12,012 manat pulun tələb edilməsi hissəsində iddiadan imtina etdiyini bildirərək, tələbin 102,706 manatın, yəni əsas borcun cavabdehdən alınaraq ona verilməsi hissəsində təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdiyini bildirərək tələbin 102,706 manatın, yəni əsas borcun cavabdehdən alınaraq ona verilməsi hissəsində təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarına əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən məlum olur ki, İddiaçı Cavabdeh 106,500 manat məbləğində borc pul vermiş, Cavabdeh isə həmin pulu illik 11 faiz dərəcəsi ilə xx.xx.2023-cü il tarixədək geri qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinin tələbinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə baxışında müəyyən edilmişdir ki, notariat qaydasında təsdiq edilmiş müqaviləyə əsasən İddiaçı tərəfindən Cavabdeh 106,500 manat məbləğində borc pul verilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixədək həmin borcu qaytarmalı olduğu halda hazırda əsas borcdan 3784 manat ödəmiş, qalan borcu isə ödəməkdən yayınır. İddiaçı isə cavabdehin borcu ödəməməsi əsası ilə kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsini və qalıq borcun ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, tərəflər arasında etibarlı müqavilə əsasında borc münasibətləri yaranmışdır və cavabdeh bu müqaviləyə uyğun olaraq aldığı 106,500 manat məbləğində borcun ödənilməmiş hissəsini, yəni 102,716 manat pulu iddiaçıya qaytarmaq öhdəliyi daşıyır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357- 361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə xitam verilsin, Cavabdeh 102,706 (yüz iki min yeddi yüz altı) manat məbləğində pul tutularaq İddiaçı verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar