Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-279/2024 23.04.2024 SAMUX RAYON MƏHKƏMƏSİ X2 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 ona vurduqları 1300 manat maddi zərərin tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Samux rayonu, Qarabağlar kəndində yaşayır, fərdi təsərrüfatı olduğu üçün mal-qara saxlayır. Kənd caamatı arasında işgüzar adətlər şəklində formalaşmışdır ki, hər gün kənddə mal-qara saxlayan şəxslər mal- qaranın otarılması üçün mal növbəsi müəyyən edilsin. İşgüzar adətə əsasən iribuynuzlu mal-qara saxlayan ailələr hər gün iki ailə mal növbəsinə çıxır, mal-qaranı kənd sakinlərindən səhər tezdən təhvil götürərək örüş sahəsində otarıb axşam geri qaytarır. Mal növbəsində olan şəxslər mal-qaranın otarılmasına salamat (xəstəliklər istisna olmaqla) mal sahibinə qaytarılmasını öhdəsinə götürür. İşgüzar adətlərə əsasən mal- qaranın salamat qaytarılmasına mal növbəsində olan şəxlər maddi məsuliyyət daşıyır. Həmçinin mal növbəsində olan şəxs mal-qaranın hər hansı bir mexaniki təsir, yəni xəsarət nəticəsində öldüyü halda dəymiş ziyanı ödəməyə borcludurlar. 25.08.20-ci il tarixdə mal növbəsində cavabdehlər Cavabdeh2 və Cavabdeh3 mal növbəsində (nobatda) olmuşlar. O, xx.xx.2023-cü il tarixdə səhər tezdən mal-qaranı cavabdehlərə salamt təhvil vermişdir. Ona xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində məlumat vermişlər ki, diri çəkisi təxminən 200-250 kq olan bir baş mal-qara tələf olmuşdur. İlkin baxış zamanı müəyyən olunmuşdur ki, digər mal-qaranın vurması nəticəsində heyvan aldığı xəsarətdən tələf olmuşdur. Mal növbəsində olan cavabdehlər mal-qaranın otarılmasına zəif nəzarət etmişlər. Nəticədə mal-qaraya nəzarət olmadığı üçün bu hadisə baş vermiş və ona 1300 manat maddi ziyan dəymişdir. Tərəfindən ona dəymiş maddi ziyanın ödənilməsi ilə əlaqədar cavabdehlərə müraciət etmişdir. İlk öncə cavabdehlərdən biri öz payına hissədə ziyanın ödənilməsinə söz versə də, digər cavabdeh razılaşmadığı üçün maddi ziyanın ödənilməsindən yayınmışdır. Bu barədə dəfələrlə müraciət etsə də, heç bir əməli nəticəsi olmamışdır. İlk öncə cavabdehlər maddi ziyanın ödənilməsinə vəd versələr də, sonradan vədlərinə əməl etməmişlər. Ona cavabdehlər tərəfindən vurulmuş 1300 manat maddi zərərin ödənilməsi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o, xx.xx.2023-cü il tarixdə özünə məxsus 1 (bir) baş dananı otarmaq üçün naxıra ötürmüşdür. Həmin gün mal otarmaq növbəsində Cavabdeh2 və Cavabdeh3 olmuşlar. Cavabdeh2 axşam saat 17:30-da ona zəng edərək bildirmişdir ki, mal ölmüşdür. Saat 18:00-da o, dananın öldüyü yerə getmiş və dananın öldüyünü görmüşdür. Heyvanı baytar həkimə göstərmiş, həkim analiz etmiş, heyvanın yararsız hala düşdüyünü və şişib iyləndiyini görmüş, ona vaxtında çağırış olmadığını demişdir. Heyvanları otaran Səhman, Əziz və Murazdan hərəsindən 20 (iyirmi) manat, cəmi 40 (qırx) manat pul almış və nobata (mal növbəsinə) getmişdir. Səhmanın heç nədən xəbəri olmamışdır, həmin gün saat 16:30-da o, şəxsi traktoru ilə Səhmanın yanından keçərək əkin sahəsinə getmişdir. Ona məxsus 1 (bir) baş dana xəstə olmamış, xəstə olsaydı məlumatı olardı və tədbir görərdi. Onun 1 (bir) baş danası cavabdehlərin məsuliyyətsizliyi və səhlənkarlığı səbəbindən tələf olmuşdur. Məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında iştirak edən Cavabdeh2 bildirmişdir ki, İddiaçı məxsus 1 (bir) baş dana ölən gün növbə onun və Cavabdeh2 olsa da, onlar növbəyə getməmişlər. O, və digər cavabdeh olan Muraz hər biri 20 manat verməklə yerlərinə Cavabdeh1 göndərmişlər. İddiaçı özünə məxsus 1 (bir) baş dananı onlara yox, naxırçı Cavabdeh1 təhvil vermişdir. Həmin günün axşamı onlara məlum olmuşdur ki, iddiaçının danası ölmüşdür. İddiaçıya məxsus 1 (bir) baş dananın ölümünə səbəb nə ola bilərdi deyə bilmir. Çox güman ki, iddiaçıya məxsus dana xəstə olub ona görə ölmüşdür. Bunu eşidəndən sonra o, baytar həkimlə əlaqə saxlamış, həkim demişdir ki, o, müayinə edəndə gec olmuş, dananın ölüm səbəbinin nə olduğunu deyə bilməmişdir. xx.xx.2024-cü il tarixdə məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh3 bildirmişdir ki, İddiaçı məxsus olan 1 (bir) baş dana ölən gün növbə Cavabdeh3 ilə onun olsa da, onlar növbəyə getməmişlər. O, və digər cavabdeh olan Muraz hərəsi 20 manat verməklə yerlərinə Cavabdeh1 göndərmişlər. İddiaçı sözügedən dananı onlara yox, Cavabdeh1 təhvil vermişdir. Həmin günün axşamı onlara məlum olmuşdur ki, iddiaçının danası ölmüşdür. İddiaçıya məxsus dananın ölümünə səbəbin nə olması barədə məlumatı yoxdur. Çox güman ki, dana xəstə olduğu üçün ölmüşdür. xx.xx.2024-cü il tarixdə məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh1 bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə naxırı o, otarmağa aparmışdır. İddiaçı məxsus olan dana xəstə olmuşdur, ağzından köpük və qan gəlmişdir. Axşam saat 17:00-dan sonra Radil və arvadı həmin yerdən traktorla keçərək sahəyə gedən vaxt sonunculara məxsus dana otlamışdır. Bundan sonra dananın öldüyünü görmüş, Radilə zəng etmiş və Radilin uşaqları dananın öldüyü yerə yerə gəlmişlər və dananın öldüyünü görüb atası Radilə zəng etmişlər. İddiaçı isə səs-küy salmış, danası qapıda olmalıdır demişdir. O, naxırı otaran vaxt ölən dananı müayinəyə həkim gəlməmişdir, dananın cəsədini isə canavar yemişdir. O, Radilə iki inəyi olduğunu və hansını istəsə apara biləcəyini demişdir, lakin Radilin arvadı ona qoca inək istəmədiyini bildirmişdir. Onlar Radilə pul təklif etmişlər, lakin Radil 1 (bir) baş dananın qiymətinin 1300 manat olduğunu bildirmişdir. Radilə məxsus dananın ölüm səbəbi xəstəlikdən olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan arayışdan görünür ki, X1 1 (bir) baş erkək danası xx.xx.2023-cü il tarixdə mal növbətçisinin otardığı vaxt tələf olmuşdur. Heyvanın cəsədinə baxış keçirilən zaman həmin heyvanın cəsədinin istidən xarab olduğu aşkar edilmişdir. Odur ki, diaqnoz qoya bilməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də məhkəmə hesab edir ki, hazırki mübahisənin qanuni həll edilməsi yalnız tərəflərin təqdim etdikləri sübutların məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılması nəticəsində mümkündür. Beləliklə, məhkəmə tərəflərin izahatının və təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçının 1 (bir) baş danası tələf olmuşdur. İddiaçı isə 1 (bir) baş danasının məhz cavabdehlərin səhlənkarlığı səbəbindən ölməsini bildirmişdir, lakin həmin halı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddiaçıya öz etirazının əsası kimi istinad etdiyi halları sübut etmək üçün əlavə sübutlar təqdim etməsini təklif etmiş, lakin iddiaçı öz etirazının əsası kimi istinad etdiyi halları sübut etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış mübahisə heyvana zərər vurulması ilə bağlıdır. Ona görə də məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə qanundan irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları müvafiq olaraq tətbiq edilməlidir. Məhkəmə mübahisənin düzgün həll edilməsi üçün tətbiq edilməli olan mülki hüquq normalarının tələbləri baxımından hesab edir ki, cavabdehlərin iddiaçı qarşısında mülki məsuliyyət daşıması üçün səhlənkarlığı nəticəsində mülki hüquq pozuntusu törətməsi halı məcmu halında mövcud olmalıdır. İşin müəyyən olunmuş hallarından görünür ki, cavabdehlər iddiaçıya məxsus 1 (bir) baş danaya qəsdən və ya ehtiyatsızlıq üzündən zərər yetirməmişlər. Məhkəmə hesab edir ki, iddiaçının tələbinin əsaslı olması üçün cavabdehlər tərəfindən ona maddi ziyan vurulması təkzib olunmaz qaydada sübut olunmalı, həmin halın mövcud olması üçün cavabdehlər pozuntu törədən şəxs kimi məhkəmə tərəfindən tanınmalıdırlar. Eləcə də, vurulmuş maddi ziyanla cavabdehlərin hüquqa zidd hərəkətləri arasında səbəbli əlaqə olmalıdır. Yalnız o hal da iddiaçının ona vurulmuş maddi ziyanın cavabdehlər tərəfindən ödənilməsini tələb etmək hüququ yaranmış olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2–ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 777.1–ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2–ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 779.1–ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 786.6–cı maddəsinə əsasən əgər vəkalət alan tərəfindən müqavilə bilavasitə vəkalət verənin hərəkəti nəticəsində baş verməyən və ya həmin hərəkətlə bağlı olmayan səbəbə görə ləğv edilirsə, vəkalət alan görülmüş işlərin haqqının ödənilməsini yalnız o halda tələb edə bilər ki, vəkalət verənin görülmüş işlərdə hansısa marağı olsun. İşin müəyyən olunmuş hallarına görə tərəflər arasında öhdəlik hüquq münasibətlərinin yaranmasına əsas olmuş əvəzli tapşırıq müqaviləsinə əsasən cavabdehlər muzd müqabilində iddiaçıya məxsus 1 (bir) baş dananı otarmaqla tapşırığı vicdanla yerinə yetirməyi, iddiaçı isə tapşırığı icra edərkən cavabdehlərə razılaşdırılmış muzdu ödəməyi öhdəsinə götürmüşdür. Beləliklə, məhkəmə tərəflərin izahatının və təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı özünə məxsus 1 (bir) baş dananı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 otarmağa vermişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iddiaçıya və kənd camaatına məxsus heyvanları otarmaq üçün Cavabdeh1 tapşırmışlar. İddiaçıya məxsus 1 (bir) baş dana otlaq sahəsində naməlum səbəbdən ölmüşdür. Sahə baytar həkimi iddiaçının 1 (bir) baş danasının ölümünün səbəbi barədə bildirmişdir ki, heyvanın cəsədinə baxış keçirilən zaman həmin heyvanın cəsədinin istidən xarab olduğu aşkar edilmiş, odur ki, diaqnoz qoya bilməmişdir. İddiaçı məhz cavabdehlərin təqsiri səbəbindən özünə məxsus 1 (bir) baş danasının ölməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdehlər iddiaçının bildirdiklərini təkzib etmişlər. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, hazırkı iş üzrə iddiaçının 1 (bir) baş erkək danasının ölməsi, məhkəmə iclasında öz təsdiqini tapsa da, lakin ona dəymiş maddi zərərin konkret olaraq cavabdehlər tərəfindən, habelə onun hər hansı digər hüquqa zidd hərəkətləri nəticəsində əmələ gəlməsi, mötəbər sübutlarla təsdiq olunmadı. İddiaçının göstərdiyi hallar öz izahatından başqa heç bir sübutla təsdiq olunmamışdır. İddiaçı tərəfin təqdim etdiyi iddia tələbini dəstəkləyən sübutlar isə yalnız özünün izahatı olmuşdur. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının cavabdehlərə qarşı 1300 manat maddi zərərin ödənilməsi tələbinə dair iddiası sübuta yetirilmədiyindən təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 233 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “maddi zərərin ödənilməsinə” dair iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(058)-279/2024
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-279/2024
23.04.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver