Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 2(058)-3/2025 22.01.2026 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Məmmədova Sevinc İsa qızının katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 07 iyul 2014-cü il tarixli, 106 saylı kredit müqaviləsi üzrə kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi dair tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 106 saylı kredit müqaviləsi üzrə 13232,57 manat əsas, 225,23 manat faiz, 130,11 manat cərimə, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 888,79 manat, cəmi 14476,70 manat məbləğində vəsaitin, bildirişin qeydə alınması üçün 31 manat və dövlət rüsumu kimi ödənilmiş 31 manat pulun ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın kredit müqaviləsinin təminatı qismində xx.xx.2014-cü il tarixdə, 106i sayla bağlanmış ipoteka müqaviləsinə əsasən banka ipotekaya qoyulmuş, hüquqların dövlət qeydiyyatı haqqında RX seriyalı, ******* saylı, xx.xx.2014-cü il tarixli Çıxarışa əsasən Cavabdeh2 mülkiyyətində olan, Samux rayonu, Əliuşağı kəndində yerləşən, ilkin satış qiyməti 23000 manat məbləğində müəyyən edilmiş fərdi yaşayış evi və 0,11 ha torpaq sahəsinə yönəldilməsi, bu əmlakın açıq hərracdan satılması, əmlak satıldıqdan və mülkiyyətçi dəyişdikdən sonra əmlakın bir ay ərzində boşaldılması tələbinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti xx.xx.2026-cı il tarixdə məhkəməyə ərizə ünvanlayaraq ərizənin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını, iddia ərizəsinin baxılmamış saxlanılmasını və ödənilmiş dövlət rüsumunun qaytarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlərə isə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilsə də onlar, məhkəmə iclasına gəlməmişlər, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-cı maddəsinin tələbinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və ya cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinin tələbinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 260, 263- 264, 267-268-cı maddələrinə əsasən məhkəmə, qəraraaldı: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 07 iyul 2014-cü il tarixli, 106 saylı kredit müqaviləsi üzrə kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi dair tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-3/2025
Samux Rayon Məhkəməsi Qərardad — İş №2(058)-3/2025
22.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver