Məhkəmə qərarları › İş №2(058)-305/2023

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-305/2023

26.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-305/2023 26.04.2023 SAMUX RAYON MƏKƏMƏSİ X1 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, Cavabdeh İsrafil oğlunun iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh İsrafil oğluna qarşı «kredit borcu» tələbinə dair iddiası üzrə mülki işə Samux Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC-ti Cavabdeh İsrafil oğluna qarşı «kredit borcu» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İsrafil oğlundan İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 5933.53 manat, faiz 736.38 manat, cəmi 6669.91 manat, ödənilmiş 86.70 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-ti ilə Cavabdeh İsrafil oğlu arasında xx.xx.2022-ci il tarixli RGTK4770813A185 saylı kredit müqaviləsi bağlanmış və kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək üçün öhdəlik götürsə də, o bu öhdəliyi lazımı qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2023-cü il tarixdə İddiaçı ASC-nə 5933.53 manat əsas, 736.38 manat faiz, cəmi 6669.91 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmiş və məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. İddiaçı ASC-nin nümayəndəsi Elsəvər Əkbərov tərəfindən məhkəməyə daxil olmuş ərizədə onların iştirakı olmadan mülki işə baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdeh İsrafil oğlu məhkəmə iclasında bildirdi ki, onun həqiqətən İddiaçı ASC-yə borcu vardır. Lakin işdən çıxdığı üçün həmin borcu ödəyə bilməmişdir. O, borcunu hissəhissə ödəyəcəyini bildirdi və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasına etiraz etmədi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, xx.xx.2019-cu il tarixdə İddiaçı ASC tərəfindən verilmiş RGTK4770813A185 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh İsrafil oğluna illik 20 faiz olmaqla, 60 ay müddətinə 6140.35 manat məbləğində kredit verilmişdir. xx.xx.2023-cü il tarixdə İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışdan görünür ki, İddiaçı ASC-nin müştərisi olan Cavabdeh İsrafil oğlunun xx.xx.2023-cü il tarixə xx.xx.2022-ci il tarixli RGTK4770813A185 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə cəmi 6669.91 manat o cümlədən 5933.53 manat kredit borcu, 736.38 manat faiz borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh İsrafil oğlundan əsas borc üzrə 5933.53 manat, faiz borcu üzrə 736.36 manat, cəmi 6669.91 manat və ödənilmiş 86.70 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İsrafil oğlundan əsas borc üzrə 5933.53 (beş min doqquz yüz otuz üç manat əlli üç qəpik) manat, faiz borcu üzrə 736.38 (yeddi yüz otuz altı manat otuz səkkiz qəpik) manat, cəmi 6669.91 (altı min altı yüz altmış doqquz manat doxsan bir qəpik) manat və ödənilmiş 86.70 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən bir ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar