Məhkəmə qərarları › İş №2(058)-331/2024

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-331/2024

22.05.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-331/2024 22.05.2024 SAMUX RAYON MƏHKƏMƏSİ X9 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tikinti mallarının dəyəri olan 3000 manat pulun və ödənilmiş 60 manat dövlət rüsumunun alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Goranboy rayonu, Qarasüleymanlı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. Uzun illərdir ki, Goranboy şəhərində yerləşən tikinti malları ləvazimatları və xammalları satmaqla məşğuldur. Həmin işdə ona X2 etmiş və onlar həmin işdən əldə etdikləri qazancla dolanır. Onlar əsasən işlərini evləri təmir edən ustalarla qururlar. Belə ki, müəyyən müddət onlardan tikinti malları alan ustalarla münasibət yarandıqdan sonra, yəni ustalar onların etibarını qazandıqdan sonra ustalara evləri təmir etmək üçün malları nisyə vermişlər və müəyyən müddət ərzində ustalar aldıqları malların pulunu ev sahiblərindən alaraq gətirib pullarını vermişlər. Həmin ustalardan biri Samux rayonu, Alıuşağı kənd sakini Cavabdehdur. Cavabdeh onlarla həmkəndli olan usta X7 tanış etmişdir. Cavabdeh Naftalan şəhəri, Q.Namazalıyev adına yaşayış massivində yaşayan qohumu X3 evini təmir etdiyini bildirmiş və onlardan həmin şəxsin evini təmir etmək üçün tikinti malları almağa başlamışdır. Cavabdeh həmin evi təmir etmək üçün malların nisyə verilməsini xahiş etmiş və bir ay ərzində aldığı malların pulunu ev sahibi Şövkət Hacıyevdən alaraq onlara verəcəyini bildirmişdir. Beləliklə, o cavabdehə həmin evi təmir etmək üçün 3000 (üç min) manat dəyərində tikinti malları vermişdir. Cavabdeh həmin evi təmir edib qurtarmasına baxmayaraq aldığı malların pulunu verməmişdir. Bundan sonra o, və onunla birgə işləyən satıcı Ramin Nəbiyev dəfələrlə Cavabdeh telefonla zəng etmiş və ya özü ilə şəxsən görüşüb pullarını istəmiş, lakin cavabdeh yalançı vədlər verərək pullarını artıq neçə müddətdir ki, verməmişdir. Cavabdehin onları dəfələrlə aldatmasına görə o, Goranboy rayon Polis şöbəsinə müraciət etməli olmuşdur. Polis şöbəsinə müraciət etdikdən sonra məlum olmuşdur ki, cavabdeh təmir etdiyi evin sahibindən həm özünün zəhmət haqqını, həm də onlardan nisyə aldığı malların pulunu almışdır. Bunda sonra polis Cavabdeh şöbəyə dəvət etməyə çalışmış, lakin cavabdeh telefonlarını söndürmüşdür. Bundan sonra cavabdehi tapa bilməmişlər. Goranboy rayon Polis şöbəsi müraciətlə əlaqədar müəyyən araşdırmalar apardıqdan sonra mübahisənin mülki məsələ olduğunu izah etmiş və məhkəmədə Cavabdeh qarşı iddia qaldırmalı olduğunu bildirmişdir. Cavabdeh dəfələrlə verdikləri malın pulunu istəməklərinə baxmayaraq, hər dəfə cavabdeh yalançı vədlər vermis və malın pulunu qaytarmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Elnur özünə ondan aldığı tikinti materialları ilə ev tikmişdir. Borcu olduqda hər zaman hissə-hissə ödəniş etmişdir. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, iddiaçı onun əmisi oğludur. O, İddiaçılə birlikdə sahibkarlıq fəaliyyəti ilə məşğuldur və tikinti materialları mağasında şərikli işləyirlər. Cavabdeh əvvəllər nağd şəkildə tikinti materialları almış, sonra nisyə şəklində tikinti meterialları almış və aldığı materialların pulunu hissəhissə ödəmişdir. Təxminən 2021-ci ilin sonu 2022-ci ilin əvvəllərində Elnurun 188 manat borcu olmuşdur, həmin borc artaraq 500-600 matat təşkil etmiş, Cavabdeh hissə-hissə borcundan ödəniş etmişdir. Təmir üçün tikinti materiallarını Cavabdeh o, və İddiaçı satmışdır, həmçinin Cavabdeh borcunu hissə-hissə qaytararkən pulu ona və İddiaçı vermişdir. Cavabdeh dəfələrlə borcunu qaytaracağını bildirsə də, borcunu qaytarmamışdır. Cavabdeh borcunu inkar etməmişdir. Hazırda isə Cavabdeh zənglərə cavab vermir. Sonuncu dəfə Cavabdeh xx.xx.2022-ci il tarixdə 70 manat miqdarında tikinti materialı almış, nəticədə onların şərikli işlətdiyi tikinti materialları mağazasına 2623 manat məbləğində borcu yaranmışdır. Cavabdeh aldığı malların hər biri onun tərəfindən qeyd olunmuşdur, hazırda Cavabdeh onların şərikli işlətdiyi tikinti materialları mağazasına borcu 2623 manat təşkil edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirdi ki, İddiaçı onun qaynıdır. O, İddiaçı və Nəbiyev Ramilin işlətdiyi mağazada sürücü işləyir, tikinti materialları daşıyır. O, Cavabdeh mağazadan tanımışdır. Cavabdeh hər zaman tikinti materialları almış, pulunu isə işini yekunlaşdırdıqdan sonra verəcəyini bildirmişdir. O, Cavabdehla dəfələrlə danışmışdır. Pandemiya zamanı o, Cavabdeh və Elnurun aldığı alçipan vurulması üçün profilini yeni tikilmiş evə aparmışdır, həmin ev Goranboy rayonunun çıxacağında yerləşir. Hazırda Cavabdeh, İddiaçı və Nəbiyev Ramilin şərikli işlətdiyi tikinti materialları mağazasına borcu təxmini 3000 manat təşkil edir. İş materiallarında olan Samux Rayon İcra Hakimiyyəti Başçısının Alıuşağı kəndi İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Samux rayonu, Alıuşağı kənd sakini Musayev X1 qeydiyyatda olmağına baxmayaraq hal-hazırda nümayəndəlik ərazisində yaşamır. Cavabdeh ərazidə yaşamadığı üçün məhkəmə bildirişi çatdırılmamışdır. İş materiallarında olan Goranboy rayon Polis şöbəsi tərəfindən X5 ünvanlanmış xx.xx.2023 tarixli məktubdan görünür ki, müraciətə polis şöbəsi tərəfindən baxılmışdır. Araşdırma zamanı tələbin mülki xarakterli olması müəyyən olunmuş və mülki tələblə bağlı X7 və Elnur adlı şəxs barəsində aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İddiaçı tərəfindən iddia tələbi şahidlərin verdiyi izahata əsasən sübut edilir. Məhkəmə cavabdeh tərəfindən bu arqumentlərlə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun xx.xx.2019-cu il tarixli Qərarında göstərilmişdir ki, Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan hüquqi mövqeyinə uyğun olaraq göstərir ki, hazırda iddiaçı qanunla üzərinə düşən sübutetmək vəzifəsinin öhdəsindən gəlmişdir. Bu zaman göstərilən halın əks olmasının təsdiqi üçün mötəbər sübutların təqdim edilməsi cavabdeh tərəfin üzərinə düşür. Lakin cavabdeh məhkəmə iclasında iştirak etmədiyindən həmin halı təsdiq edə bilməmişdir. İddiaçının mövqeyi yalnız şahidlərin izahatları ilə məhdudlaşdırılaraq sübuta yetirilmişdir. Ona görə də məhkəmə iddiaçının mövqeyini qismən əsaslı sayır və göstərir ki, iddiaçı pulunu tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh tərəfindən öhdəlik yerinə yetirilmədiyinə görə o, risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, iddiaçının mülkiyyət hüququ müdafiə edilməli və cavabdehdən 2623 (iki min altı yüz iyirmi üç) manat məbləğində pul və ödənilmiş 60 (altmış) manat dövlət rüsumu alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233 və 360cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2623 (iki min altı yüz iyirmi üç) manat məbləğində pul və ödənilmiş 60 (altmış) manat dövlət rüsumu alınaraq, İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar