Məhkəmə qərarları › İş №2(058)-332/2023

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-332/2023

04.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-332/2023 04.04.2023 SAMUX RAYON MƏKƏMƏSİ X15 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2006-cı il təvəllüdlü X1 üçün xx.xx.2022-ci il tarixdən başlayaraq, hər ay 220 manat sabit pul məbləğində alimentin tutularaq, onun xeyrinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X7 məhkəmə iclasında bildirdi ki, mərhum X2 Cavabdeh ilə 2004-cü ildə el adət ilə ailə qurmuş, faktiki nikaha girmişdir. Onların faktiki nikahından xx.xx.2004-cü il tarixdə X11 və xx.xx.2006-cı il tarixdə X8 anadan olmuşdur. X2 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Qızı öləndən sonra uşağın atası maraqlanmır və onun saxlanılması üçün heç bir köməklik göstərməmişdir. Azərbaycan Respublikası Samux rayon, İcra hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli 73 nömrəli sərəncamı ilə atası sahib durmadığı üçün Cavabdeh və X6 onun qəyyumluğuna verilmişdir. Cavabdeh bir ata kimi övladların saxlanmasında heç bir maddi köməklik göstərmir onların təlim tərbiyəsi ilə məşğul olmur. O, bir qəyyum kimi uşağın saxlanmasında və onun maddi təminatını ödənilməsində maddi cəhətdən çətinlik çəkir. Cavabdehin aylıq gəliri qeyri müntəzəmdir fərdi əməklə və təsərrüfat işləri ilə məşğul olur. Məhkəmədən ərizənin təmin olunamsını xahiş etmişdir. Cavabdeh X10 məhkəmə iclasında bildirdi ki, o, X9 ilə faktiki nikaha daxil olaraq ailə qurmuş və onların birgə faktiki nikahlarından xx.xx.2004-cü il tarixdə X11 və xx.xx.2011-ci il tarixdə X8 adlı iki uşaqları anadan olmuşdur. Onların birgə yaşamaları mümkün olmamış və ayrılmışlar. xx.xx.2022-ci il tarixdə X9 vəfat etmiş və övladları iddiaçının himayəsindədir. X8 yetkinlik yaşına çatana qədər o, hər ay 150 manat məbləğində aliment ödəməyə razıdır. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. xx.xx.2007-ci il tarixdə Samux rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətinən görünür ki, X12 ilə X4 nikahlarından xx.xx.2006-cı il tarixdə X8 anadan olmuşdur. xx.xx.2007-ci il tarixdə Samux rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X4 nikahlarından xx.xx.2004-cü il tarixdə X11 anadan olmuşdur. xx.xx.2013-cü il tarixdə Samux rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 nikahları xx.xx.2013cü il tarixdə pozulmuşdur. xx.xx.2022-ci il tarixdə Samux rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə X9 vəfat etmişdir. xx.xx.2022-ci il tarixdə Samux rayon İHB başçısı tərəfindən verilmiş sərəncamın surətindən görünür ki, xx.xx.2004-cü il təvəllüdlü X11 və xx.xx.2006-cı il təvəllüdlü X3 baxımsız qalmaması üçün nənəsi Samux rayon Sərkar kənd sakini xx.xx.1996-cı il təvəllüdlü İddiaçı himayəsinə verilmişdir. xx.xx.2022-ci il tarixdə Gəncə 1 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı, Cavabdeh, ilkin mediasiya sessiyasında iştirak etmişlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2006-cı il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, Cavabdeh hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2006-cı il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən bir ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar