Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-332/2024 23.04.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia qaldıraraq, cavabdehlərdən müştərək qaydada 871 (səkkiz yüz yetmiş bir manat) manat məbləğində pulun həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 2023-cü il aprel ayında sosial şəbəkələrdə iphone 12 pro telefonunu satmaq istəyi ilə bağlı paylaşım etmiş, xx.xx.2023cü il tarixində Cavabdeh1 və Cavabdeh2 onunla əlaqə saxlayaraq onun iphone 12 pro telefonunu özlərindəki XS-Max telefonu ilə üstündə pul verməklə dəyişmək istədiklərini bildirmişlər və onlar həmin tarixdə zəngləşib görüşmüşlər. Cavabdehlərə məxsus XS max telefonunu telefon satanlarla qiymətləndirmişlər. Qarşılıqlı razılaşma əsasında cavabdehlərin XS max telefonunu 200 manat dəyərində qiymətləndirilmiş, o isə 12 pro telefonunu 1630 manata satmışdır. Cavabdehlərin XS max telefonunun dəyəri olan 200 azn pul ilkin ödəniş kimi nəzərə alınmış, cavabdehlər qalan məbləği hissə-hissə vermək istədədiklərini bildirmişlər. O, Cavabdeh1 və Cavabdeh2 kimliklərinin sürətinə öz xətləri ilə nə qədər borcları qaldığını onların özlərinə qeyd etdirib imzalatmışdır. Cvabdehlər qalan borcu hər ay 119 manat olmaqla 12 ay ödəniş edəcəklərini bildirmişlər. Onların ümumilikdə 1428 manat borcları qaıb. Cavabdeh1 və Cavabdeh2 xx.xx.2023-cü il tarixdə 119 manat, 23.06 2023-cü il tarixdə 119 manat, xx.xx.2023-cü il tarixdə 119 manat, xx.xx.2023-cü il tarixdə 200 manat yəni cəmi 557 manat ödəniş ediblər, qalan 871 manat pulu isə verməkdən boyun qaçırırlar. Hər dəfə müxtəlif bəhanələr taparaq pulu ödəmirlər. Ona görə də tələbin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İş materiallarında olan Cavabdeh1 şəxsiyyətini təsdiq edən sənədin surətinin üzərindəki qeyddən görünür ki, o, xx.xx.2023-cü il tarixdə **********94070 İMEİ kodlu İPONE XS max telefonunu İddiaçı satdığını, əvəzində isə **********90799 İMEİ kodlu, İPONE 12 pro model telefonu aldığını, qalan borcunu hər ay 119 manat olmaqla 12 ay müddətinə ödəyəcəyini qeyd etmişdir. İş materiallarında olan Cavabdeh2 şəxsiyyətini təsdiq edən sənədin surətinin üzərindəki qeyddən görünür ki, o, xx.xx.2023-cü il tarixdə **********94070 İMEİ kodlu İPONE XS max telefonunu İddiaçı satdığını, əvəzində isə **********90799 İMEİ kodlu, İPONE 12 pro model telefonu aldığını, qalan borcunu hər ay 119 manat olmaqla 12 ay müddətinə ödəyəcəyini qeyd etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq xx.xx.2024-cü il tarixdə məhkəmə baxış iclasında iştirakının mümkün olmadığını bildirmiş və işə onun iştirakı olmadan baxılaraq tələbin təmin edilməsini xahiş etmişdir. Cavabdehrə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilsə də o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarına əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2023-cü il tarixdə özünə məxsus olan telefonu nisyə qaydada satmışdır. Cavabdehlər şəxsiyyət vəsiqələrinin surətinə sözügedən telefonu iddiaçıdan nisyə qaydada aldıqlarını, 200 manat ilkin ödəniş etdiklərini, qalan məbləği isə ayda 119 manat olmaqla 12 aya ödəyəcəklərini qeyd etmişlər. Göründüyü kimi tərəflər arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı öz öhdəliyini yerinə yetiməsinə baxmayaraq cavabdehlər öhdəliklərini tam icra etməmişlər. Ona görə də iddiaçının hazırki tələbi əsaslı olmaqla o, cavabdehlərdən öhdəliklərinin tam icrasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 57-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 871 (səkkiz yüz yetmiş bir) manat pul tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin də cavabdehlərdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 871 (səkkiz yüz yetmiş bir) manat, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat pul tutularaq İddiaçı verilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qüvvəyə minir. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-332/2024
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-332/2024
23.04.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver