Məhkəmə qərarları › İş №2(058)-339/2025

Samux Rayon Məhkəməsi Qərardad — İş №2(058)-339/2025

06.05.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 2(058)-339/2025 06.05.2025 SAMUX RAYON MƏHKƏMƏSİ X1 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Qasım oğluna və Cavabdeh3 qarşı “əmlak və çəkilmiş xərc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Qasım oğluna və Cavabdeh3 qarşı “əmlak və çəkilmiş xərc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 onun əmlakı olan hər birinin dəyəri 5000 (beş) min manat, ümumi dəyəri 20.000 manat olan 4 ədəd onluq dəmirdən 20 tonluq dəmir çənlərin, hər metrəsi 18 manatdan olan ümumi dəyəri 1080 manat olan 60 metr yüzlük rus istehsalı olan dəmir turbaların, hər metrəsi 6 manatdan ümumi dəyəri 360 manat olan 60 metr otuz illik rus istehsalı olan dəmir turbaların, hər metrəsi 18 manatdan ümumi dəyəri 270 manat olan İldırım ötürmə qurğusu üçün quraşdırılmış 15 metr yüzlük və əllilik rus istehsalı olan dəmir turbaların və yaxudda onların ümumi dəyəri olan 21.710 (iyirmi bir min yeddi yüz on) manat pulun alınıb onun xeyrinə verilməsi, cavabdehlərdən Cavabdeh1 onunla fermalara şərikli su xəttinin çəkilməsi, transformator və qapanın alınmasına sərf edilmiş ümumi 133750 manat xərcin onun payına düşən və çəkdiyi xərc olan 66875 (altmış altı min səkkiz yüz yetmiş beş) manat pulun alınıb onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmə iclası xx.xx.2025-cü il tarixə saat 12:00-a təyin edilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməklə, onlara məhkəmə bildirişləri verilmişdir. Lakin, tərəflər məhkəmə iclası təyin olunan tarixdə məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəmyə məlumat verməmişlər və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalı və tərəflərə, məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Qasım oğluna və Cavabdeh3 qarşı “əmlak və çəkilmiş xərc” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və tərəflərə, məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etmək hüququ izah edilsin. Qərardadan həmin qərardad rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar