Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-35/2024 17.04.2024 SAMUX RAYON MƏHKƏMƏSİ X16 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, Cavabdeh2 nümayəndəsi – Vəkil iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1, X6, X7, X8 və Rəşidova (Cəfərova) Şəfa İsa qızına qarşı “borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia tələbi üzrə mülki işə məhkəmənin binasında nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-ti cavabdehlər Cavabdeh2, Cavabdeh1, X6, X7, X8 və Rəşidova (Cəfərova) Şəfa İsa qızına qarşı “borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə 16 iyul 2013-cü il tarixli 328 İK/13 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 22352.99 manat, faiz borcu üzrə 268.78 manat, cərimə borcu 293.19 manat olmaqla, cəmi 22914.96 manat borcun, ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişlərin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi idarəsində qeydiyyata alınmasına dair ödənilmiş 46.45 manat dövlət rüsumu və xidmət haqqının, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 157.06 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqının tutulması, tələbin 328 İK/13 saylı 16 iyul 2013-cü il tarixli kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 məxsus ünvan 1 ünvanında 1986-cı ildə inşa olunmuş 9 mərtəbəli binanın 6 mərtəbəsində 3 otaqlı ümumi sahəsi 64.4 kv.m., yaşayış sahəsi 39.4 kv.m. olan 12 saylı mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti müəyyən edilməklə, açıq hərracdan satılması və onun satışından əldə olunmuş vəsaitin Cavabdeh2 328 İK/13 nömrəli 16 iyul 2013-cü il tarixli kredit müqaviləsinə əsasən cəmi 22914.96 manat borc məbləğinin, ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişlərin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi idarəsində qeydiyyata alınmasına dair ödənilmiş 46.45 manat dövlət rüsumu və xidmət haqqının, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 157.06 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqının ödənilməsinə yönəldilməsi, ipoteka predmeti olan - ünvan 1 ünvanında 1986-cı ildə inşa olunmuş 9 mərtəbəli binanın 6 mərtəbəsində 3 otaqlı ümumi sahəsi 64.4 kv.m., yaşayış sahəsi 39.4 kv.m. olan 12 saylı mənzilə tutma yönəldikdən sonra cavabdehlər Cavabdeh2, Cavabdeh1, X11, X12, X13, Rəşidova (Cəfərova) Şəfa İsa qızı tərəfindən ən geci bir ay ərzində boşaldılmış vəziyyətdə iddiaçı "xxxx" ASC-yə təhvil verilməsi, satışdan əldə olunacaq vəsait borc tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehdən ümumi qaydada tutularaq, iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 328 İK/13 saylı 16 iyul 2013-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 300 ay müddətinə, 4 faiz dərəcəsi ilə 30000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Cavabdeh kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borclu öz öhdəliklərini yerinə yetirməmiş və borcun ödənişini təmin etməmişdir. 328 İK/13 saylı 16 iyul 2013-cü il tarixli kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 ilə Bank arasında bağlanan 328 İK/13 saylı 17 iyul 2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus ünvan 1 ünvanında 1986-cı ildə inşa olunmuş 9 mərtəbəli binanın 6-cı mərtəbəsində 3 otaqlı ümumi sahəsi 64.4 kv.m, yaşayış sahəsi 39.4 kv.m olan 12 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Bundan əlavə, 328 İK/13 saylı 16 iyul 2013-cü il tarixli kredit müqaviləsinə dair təminat qismində olan Cavabdeh2 məxsus ünvan 1 ünvanında 1986-cı ildə inşa olunmuş 9 mərtəbəli binanın 6-cı mərtəbəsində 3 otaqlı ümumi sahəsi 64.4 kv.m, yaşayış sahəsi 39.4 kv.m olan 12 saylı mənzil ipoteka predmeti üzrə tutmanın yönəldilməsi barədə bildiriş Bank tərəfindən xx.xx.2022-ci il tarixdə göndərilmişdir. Həmin bildiriş üzrə əmlaka dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsində qeydiyyata alınmasına dair 46.45 manat dövlət rüsumu Bank tərəfindən ödənilmiş və bildiriş qeydə alınaraq cavab məktubu verilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədən kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh2 xx.xx.2022-ci il tarixdə 22-19776/2022 saylı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Yuxarıda adı çəkilən 328 İK/13 saylı 16 iyul 2013-cü il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə cavabdehin əsas borc üzrə 22352.99 manat, faiz borcu üzrə 268.78 manat, cərimə borcu 293.19 manat olmaqla, cəmi 22914.96 manat borcu mövcuddur. Eyni zamanda Bank tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 157.06 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödənilmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi tərəfindən məhkəməyə ərizə ünvanlanaraq bildirilmişdir ki, cavabdeh 328 İK/13 saylı 16 iyul 2013-cü il tarixli kredit müqaviləsi üzrə ödəniş etmişdir. Odur ki, Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə 328 İK/13 saylı 16 iyul 2013-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 20895,31 manat, faiz borcu üzrə 222,36 manat olmaqla, cəmi 21117,67 manat borc məbləğinin, ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişlərin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi idarəsində qeydiyyata alınmasına dair ödənilmiş 46,45 manat dövlət rüsumu və xidmət haqqının, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 157,06 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının tutulması, tələbin 328 İK/13 saylı 16 iyul 2013-cü il tarixli kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 məxsus ünvan 1 ünvanında 1986-cı ildə inşa olunmuş 9 mərtəbəli binanın 6-cı mərtəbəsində 3 otaqlı ümumi sahəsi 64.4 kv.m, yaşayış sahəsi 39,4 kv.m olan 12 saylı mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti müəyyən edilməklə, açıq hərracdan satılması və onun satışından əldə olunmuş vəsaitin cavabdeh X2 328 İK/13 saylı 16 iyul 2013-cü il tarixli kredit müqaviləsinə əsasən cəmi 21117,67 manat borc məbləğinin, ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişlərin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri hüquqi şəxsi 3 saylı Gəncə Ərazi idarəsində qeydiyyata alınmasına dair ödənilmiş 46,45 manat dövlət rüsumu və xidmət haqqının, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 157,06 manat dövlət rüsumu və 0,40 xidmət haqqının ödənilməsinə yönəldilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanında 1986-cı ildə inşa olunmuş 9 mərtəbəli binanın 6-cı mərtəbəsində 3 otaqlı ümumi sahəsi 64.4 kv.m, yaşayış sahəsi 39.4 kv.m olan 12 saylı mənzilə tutma yönəldikdən sonra cavabdehlər Cavabdeh2, Cavabdeh1, X11, X12, X13, Rəşidova (Cəfərova) Şəfa İsa qızı tərəfindən ən geci bir ay ərzində boşaldılmış vəziyyətdə iddiaçı "xxxx" ASC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi – Vəkil bildirdi ki, Cavabdeh2 hərbiçidir. Cavabdeh2 mübahisəli evi ipoteka krediti ilə almış, həmin evi hərbiçi yoldaşına vermişdir. Hazırda həmin evdə hərbiçi yoldaşı öz ailəsi ilə birlikdə yaşayır. Cavabdeh2 həmin evdən heç vaxt istifadə etməmişdir. Müntəzəm olaraq ödənişlər edilmiş, məbləğin çox hissəsi ödənilmiş, lakin evdə yaşayan ailənin maddi imkanı olmadığı üçün bir müddət ödəniş edilməmişdir. Kredit borcu hissə-hissə ödənilib bağlanılacaqdır. Məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdehlər X11, Cavabdeh1, X12, X13 və Rəşidova (Cəfərova) Şəfa İsa qızı məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlər X3, Cavabdeh1 X4, X5 və Rəşidova (Cəfərova) Şəfa İsa qızının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə Cavabdeh2 nümayəndəsi – Vəkil izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2013-cü il tarixli 328 İK/13 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC kredit müqaviləsinə əsasən Cavabdeh2 ünvan 1 ünvanında 1986-cı ildə inşa olunmuş 9 mərtəbəli binanın 6 mərtəbəsində ümumi sahəsi 64.4 kv/m, yaşayış sahəsi 39.4 kv/m 3 otaqlı 12 saylı mənzilin alınmasına 300 ay müddətinə illik 4 faiz dərəcəsi ilə 30000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan kreditor-ipoteka saxlayan "xxxx" ASC-nin Yasamal filialı ilə alıcı-ipoteka qoyan Cavabdeh2 və satıcı ünvan 2 ünvanı ilə üzrə qeydiyyata alınmış və müqavilə predmeti olan mənzilin mülkiyyətçisi X11 (onun adından etibarnamə əsasında Cavabdeh1) arasında bağlanmış xx.xx.2013-cü il tarixli 328 İK/13 nömrəli alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, satıcı ünvan 1 ünvanında 1986-cı ildə inşa olunmuş 9 mərtəbəli binanın 6 mərtəbəsində 3 otaqlı, ümumi sahəsi 64.4 kv.m, yaşayış sahəsi 39.4 kv.m olan 12 saylı mənzili alıcı-ipoteka qoyanın mülkiyyətinə vermiş, mənzilin satış qiyməti 36000 manatdır, mənzilin dəyərinin 6000 manatı alıcı-ipoteka qoyanın özü tərəfindən, 30000 manatı isə kreditor-ipotek saxlayan tərəfindən 16 iyul 2013-cü il tarixli 328 İK/13 saylı kredit müqaviləsinə əsasən alıcı-ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilmiş, alıcı-ipoteka qoyan satılan mənzili (bundan sonra ipoteka predmeti) bu müqavilə üzrə yaranmış hüquqa əsasən onunla kreditor-ipoteka saxlayan arasında bağlanmış 16 iyul 2013-cü il tarixli 328 İK/13 nömrəli kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi kreditor-ipoteka saxlayana ipotekaya vermiş, kreditin məbləği 30000 manat, kreditin qaytarılma tarixi 16 iyul 2013-cü il tarixli 328 İK/13 saylı kredit müqaviləsinə uyğun olaraq vəsaitlərin alıcı-ipoteka qoyana faktiki təqdim edildiyi tarixdən 25 il müddətinə 01 iyul 2038-ci il tarixədək illik 4 faiz dərəcəsi ilə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX ******* nömrəli çıxarışdan görünür ki, "xxxx" ASC-nin Yasamal filialı tərəfindən Cavabdeh2 ünvan 3 yüklülüyün müddəti 300 ay xx.xx.2013-xx.xx.2038-cü il tarixədək müddətə olmaqla, xx.xx.2013-cü il tarixli 328 İK/13 kredit müqaviləsinə əsasən 30000 manat məbləğə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX ******* nömrəli çıxarışdan görünür ki, ünvan 3 ünvanda yerləşən 64.4 kv.m ümumi, 39.4 kv.m yaşayış, 25 kv.m yardımçı sahələrdən ibarət 6-cı mərtəbədə yerləşən 3 otaqlı mənzilin xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 mülkiyyətinə verilməsinə dair mülkiyyət hüquqları xx.xx.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 102 nömrəli reyestr kitabının 31 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2013-cü il tarixli ABB-İP 000335 nömrəli ipoteka kağızından görünür ki, ipoteka saxlayan "xxxx" ASC-nin Yasamal filialı tərəfindən ipoteka qoyan Cavabdeh2 328 İK/13 nömrəli müqaviləyə əsasən 300 ay müddətinə illik 4 faiz dərəcəsi ilə kredit müqaviləsinin 2.2-ci bəndinə uyğun aylıq ödəniş etməklə 30000 manat məbləğində kredit verilmiş, ünvan 1 ünvanında 6 mərtəbədə ümumi sahəsi 64.4 kv.m, yaşayış sahəsi 39.4 kv.m 3 otaqlı 12 saylı mənzil ipotekaya qoyulmuş, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş RX ******* nömrəli çıxarışa əsasən xx.xx.2013-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan arayış-forma 2-dən görünür ki, X1 şəhəri, Yeni Gəncə qəsəbəsi, bina 58a, mənzil 12-də yaşayır. Yaşadığı mənzil 3 otaqdan ibarətdir və yaşayış sahəsi 39.4 kv.m-dir. Göstərilən mənzil 9 mərtəbəli evin 6-cı mərtəbəsində yerləşir və hər şərait təmin olunur. Mənzil sahibi X3 ailəsi 5 nəfərdən ibarətdir. Yaşamaq hüququ olanlar – 1958-ci il təvəllüdlü X11, 1958-ci il təvəllüdlü Cavabdeh1, 1984-cü il təvəllüdlü X14, 1986cı il təvəllüdlü X13 və 1988-ci il təvəllüdlü X12. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə Rəşidova (Vəliyeva) Zöhrə Məmməd qızının nikahları 10 mart 1984-cü il tarixdə 31 nömrəli akt qeydi ilə bağlanmışdır. İş materiallarında olan “razılıq”-dan görünür ki, X8 ünvan 2-ni X11 tərəfindən satılması məlum olmuş, həmin mənzilin X11 tərəfindən satılmasına etiraz etməmiş və daşınmaz əmlaka dair heç bir iddia irəli sürmək fikri yoxdur, məhkəməyə müraciət etməyəcəkdir. İş materiallarında olan “razılıq”-dan görünür ki, X7 ünvan 2-ni X11 tərəfindən satılması məlum olmuş, həmin mənzilin X11 tərəfindən satılmasına etiraz etməmiş və daşınmaz əmlaka dair heç bir iddia irəli sürmək fikri yoxdur, məhkəməyə müraciət etməyəcəkdir. İş materiallarında olan “razılıq”-dan görünür ki, X9 ünvan 2-ni X11 tərəfindən satılması məlum olmuş, həmin mənzilin X11 tərəfindən satılmasına etiraz etməmiş və daşınmaz əmlaka dair heç bir iddia irəli sürmək fikri yoxdur, məhkəməyə müraciət etməyəcəkdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2024-cü il tarixə 20895.31 manat məbləğində ödənilməmiş əsas borc, 222.36 manat məbləğində ödənilməmiş faiz borcu olmaqla, cəmi 21117,67 manat məbləğində təşkil edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə "xxxx" MMC LAW & Consulting Company tərəfindən məhkəməyə daxil olmuş xx.xx.2023-cü il tarixli ƏQ-265/2023 nömrəli mütəxəssis rəyindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən, 64.4 kv.m ümumi, 39.4 kv.m yaşayış, 25 kv.m yardımçı sahədən ibarət, 9 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşən 3 otaqlı mənzilin müqayisə yanaşması ilə xx.xx.2023-cü il tarixə likvid dəyəri: 68925 manat və real bazar dəyəri 76326 manat təşkil edir. İş materiallarında olan cavabdehin ünvanına göndərilmiş bildirişlərdən görünür ki, onun kredit müqaviləsi üzrə Banka olan borcunun ödənilməsi tələb olunmuş və ipoteka predmetinə tutmanın yönəldilməsi üçün məhkəməyə müraciət olunacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1-ci maddəsinə uyğun olaraq, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipotekasaxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və tərəflər arasında bağlanmış 16 iyul 2013-cü il tarixli 328 İK/13 nömrəli kredit müqaviləsinin yuxarıda qeyd olunmuş müddəaları baxımından Cavabdeh2 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, onun tərəfindən kredit öhdəlikləri üzrə müəyyən ödənişlər edilsə də, sonradan ödənişlərin edilməsi dayandırılmışdır. Bu halda öhdəliyin lazımınca icra edilməməsinə görə onun məsuliyyət məsələsi Mülki Məcəllənin 443.1-ci maddəsinə görə həll edilməlidir. Həmin maddəyə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Beləliklə, iddiaçının Cavabdeh2 münasibətdə tələbi qanuni və əsaslı olduğu üçün qismən təmin edilməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh2 Bankla bağladığı kredit müqaviləsinin şərtlərini yerinə yetirmədiyindən, borclu kimi Azərbaycan Respublikası MM-in 448-ci maddəsinə əsasən öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bununla belə, iş materiallarından görünür ki, ipoteka saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evi hesabına ödənilməsinə dair ipoteka saxlayanla ipoteka qoyan arasında notariat qaydasında təsdiqlənmiş razılaşma yoxdur. Odur ki, ipoteka saxlayanın tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilməlidir. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra-«İpoteka haqqında» Qanunun) 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. "İpoteka haqqında" Qanunun 34.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. "İpoteka haqqında" Qanunun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə hesab edir ki, Cavabdeh2 ilə iddiaçı "xxxx" ASC arasında ipoteka müqaviləsi kredit müqaviləsinin təminatı kimi bağlanılmış və bu müqavilə bağlanarkən qanunun tələblərinə tam əməl edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin cavabdehlərdən tutulması, icra edilməsi hazırkı vaxtda deyil, «İcra Haqqında» Qanunun 45-ci maddəsinin tələbinə əsasən icra mərhələsində həll olunan məsələdir və cavabdehin öhdəliyi hazırkı vaxtda mövcud olan təminatla məhdudlaşmış hesab edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1.-ci maddəyə görə yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2.-ci maddəyə görə ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldikdə və o, satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Məhkəmə hesab edir ki, Cavabdeh2 əsas borc üzrə 20895,31 manat, faiz borcu üzrə 222,36 manat, cəmi 21117,67 manat məbləğində borc, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 46,45 manat dövlət rüsumu, ödənilmiş 157,06 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı iddiaçınınn xeyrinə tutulmalı, tələb öhdəliyin təmini kimi Cavabdeh2 mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən 3 otaqlı mənzilə yönəldilməli və həmin əmlak açıq hərracdan satılmalı və əmlakın satışından əldə edilmiş pul vəsaiti hesabına borcun ödənilməsi təmin edilməli, əmlak satıldıqdan 1 ay sonra mənzildə qeydiyyatda olan cavabdehlər Cavabdeh2, X11, Cavabdeh1, X12, X13 və Rəşidova (Cəfərova) Şəfa İsa qızı tərəfindən mənzil boşaldılmalıdır. İş üzrə məhkəmə ekspertiza xərci 300 (üç yüz) manat Cavabdeh2 tutularaq, Azərbaycan Respublikası – Yevlax şəhəri, VÖEN:- **********, Bank: "xxxx" ASC-nin Yevlax filialı KOD: 509299, VÖEN: ********** (bankın VÖENİ), H/h: AZ61BRES********************, M/h: AZ80NABZ********************, SWİFT: BRESAZ722-ə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 əsas borc üzrə 20895,31 manat, faiz borcu üzrə 222,36 manat, cəmi 21117,67 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 46,45 manat dövlət rüsumu, ödənilmiş 157,06 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı, iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Tutma öhdəliyin təmini kimi Cavabdeh2 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Yeni-Gəncə qəsəbəsi, ev 58 A ünvanda yerləşən 12 saylı 64.4 kv.m ümumi, 39.4 kv.m yaşayış sahəsindən ibarət olan 3 otaqlı mənzilə yönəldilsin və həmin mənzil açıq hərracdan satılsın. İlkin satış qiyməti 68925 (altmış səkkiz min doqquz yüz iyirmi beş) manat dəyərində qiymətləndirilmiş Gəncə şəhəri, Nizami rayonu, Yeni-Gəncə qəsəbəsi, ev 58 A ünvanda yerləşən 12 saylı 64.4 kv.m ümumi, 39.4 kv.m yaşayış sahəsindən ibarət olan 3 otaqlı mənzilin satışından əldə edilmiş pul vəsaiti hesabına cəmi 21117,67 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 46,45 manat dövlət rüsumu və ödənilmiş 157,06 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı, iddiaçı "xxxx" ASC-nə ödənilsin. Ödənişlər həyata keçirildikdən sonra əldə olunan vəsaitin qalan hissəsi Cavabdeh2 qaytarılsın. Gəncə şəhəri, Nizami rayonu, Yeni-Gəncə qəsəbəsi, ev 58 A ünvanda yerləşən 12 saylı 64.4 kv.m ümumi, 39.4 kv.m yaşayış sahəsindən ibarət olan 3 otaqlı mənzil satıldıqdan 1 ay sonra həmin mənzildə qeydiyyatda olan Cavabdeh2, X11, Cavabdeh1, X12, X13 və Rəşidova (Cəfərova) Şəfa İsa qızı tərəfindən boşaldılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə məhkəmə ekspertiza xərci 300 (üç yüz) manat Cavabdeh2 tutularaq, Azərbaycan Respublikası – Yevlax şəhəri, VÖEN:- **********, Bank: "xxxx" ASC-nin Yevlax filialı KOD: 509299, VÖEN: ********** (bankın VÖENİ), H/h: AZ61BRES********************, M/h: AZ80NABZ********************, SWİFT: BRESAZ722-ə ödənilməlidir. Qətnamədən, həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(058)-35/2024
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-35/2024
17.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver