Məhkəmə qərarları › İş №2(058)-358/2025

Samux Rayon Məhkəməsi Qərardad — İş №2(058)-358/2025

04.03.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 2(058)-358/2025 04.03.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Tərifə Kərimova Əbülfət qızının sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və X1 və Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi X4 və X5 iştirkları ilə, İddiaçılar İddiaçı1 və X1 cavabdehlər Cavabdeh1 və X6 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçılar İddiaçı1 və X7 cavabdehlər Cavabdeh1 və X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və X2 10000 manat pul, X3 5000 manat pul alınaraq onlara verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və X7 məhkəməyə ərizə təqdim edərək sözügedən mülki işin baxılmamış saxlanılmasını və həmin iş materillarının ona geri qaytarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehlər işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-cı maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-in 259.0.11, 260, 263-264, 267-268-ci maddələrinə əsasən, məhkəmə q ə r a r a a l d ı: İddiaçılar İddiaçı1 və X1 cavabdehlər Cavabdeh1 və X6 qarşı “pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar