Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-363/2025 25.06.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Tağıyev Cavid Firqət oğlunun katibliyi ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “pul” tələbinə dair ilkin iddia, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “pul” tələbinə dair məhkəmədə iddia qaldıraraq, cavabdehdən 4000 (dörd min) manat məbləğində pulun, həmçinin ödənilmiş 60 manat dövlət rüsumunun əvəzinin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı məhkəmədə qarşılıqlı iddia qaldıraraq İddiaçı 1625 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh müəyyən müddətdir ki, tanıyır. Belə ki, cavabdeh Qazax Rayon Polis Şöbəsində sahə rəisi vəzifəsində işləyir. O, cavabdehə 18 avqust 2023-cü il tarixdə 4000 (dörd min) manat borc pul vermiş və bu barədə cavabdeh öz xətti ilə əlyazmaya qeyd etmişdir, həmçinin borcu həmin ilin sentyabr ayında qaytaracağını qeyd etmişdir. Cavabdeh öhdəliyinin icrasından boyun qaçıraraq qaytarmalı olduğu borcu qaytarmaqdan yayınır. Dəfələrlə o cavabdehdən pulunu tələb etməsinə baxmayaraq cavabdeh borcu qaytarmaqdan imtina etmişdir. Ona görə də o, məcbur olub pul tələbinə dair məhkəmədə iddia qaldırmışdır və tələbin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Qrşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ona qarşı 4000 manat pul və ödədiyi 60 manat dövlət rüsumunun əvəzinin ödənilməsi barədə tələbi əsassızdır. Belə ki, o, İddiaçı kartına “Kapital Bank” vasitəsi ilə onun tələb etdiyi məbləği və əlavə olaraq 1625 manat pul ödəmişdir. Ona görə də hazırda artıq ödədiyi 1625 manat pulun İddiaçı alınaraq ona verilməsi barədə qətnamə çıxarmasını xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəməyə teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər aşağıdakılar müəyyən edilir: Cavabdeh yazdığı və imzası ilə təsdiq etdiyi əlyazmadan görünür ki, o, İddiaçı 4000 manat borc pul aldığını qeyd etmişdir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki hallarını nəzərə alaraq, iş materiallarındakı sübuta hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia təmin edilməli, qarşılıqlı iddia isə rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ilkin iddia üzrə iddiaçı X1 tərəfindən ilkin iddia üzrə Cavabdeh 4000 manat borc pul verilmiş və beləliklə onlar arasında borc müqaviləsindən irəli öhdəlik hüquq münasibətləri əmələ gəlmişdir. İddiaçı həmin müqavilədən irəli gələn öhdəliyini yerinə yetirməsinə baxmayaraq cavabdeh öz öhdəliyini yerinə yetirməmişdir. Bu hal İddiaçı məhkəməyə təqdim etdiyi sübutla öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə ilkin iddianı əsaslı hesab edir və təmin olunması qənaətinə gəlir. Məhkəmə qarşılıqlı iddia tələbini əsassız hesab edərək qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı aldığı 4000 manat pulu ona geri qaytardığını, həmçinin əlavə olaraq ona 1625 manat pul ödədiyini bildirsə də, məhkəməyə, nə 4000 manat pulun İddiaçı geri qaytarılmasını, nə də ona əlavə olaraq 1625 manat pul verməsini təsdiq edən mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin tələbinə əsasən hər kəs öz tələbinin və etirazının əsası kimi istinad etdiyi halları sübutetmə yükü daşıyır. Qarşılıqlı iddia üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halı sübuta yetirə bilmədiyindən məhkəmə qarşılıqlı iddianı əsassız hesab edir və rədd olunması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, məhkəmə hesab edir ki, ilkin iddia təmin olunaraq Cavabdeh 4000 (dörd min) manat pul tutularaq İddiaçı verilməli, qarşılıqlı iddia isə əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 60 manat dövlət rüsumunun ilkin iddia üzrə cavabdehdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İlkin iddia təmin edilsin. Cavabdeh 4000 (dörd min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 60 manat pul tutularaq İddiaçı verilsin. Qarşılıqlı iddia təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qüvvəyə minir. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-363/2025
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-363/2025
25.06.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver