Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-368/2024 24.06.2024 SAMUX RAYON MƏHKƏMƏSİ X9 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona dəymiş maddi ziyana görə 5000 manat və ödənilmiş dövlət rüsumuna görə 70 məbləğində pulun tutulub ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1956-cı il tarixdə Samux rayonu, Sərkar kəndində anadan olmuş, hazırda həmin kənddə yaşayır. Onun qardaşı X3 2016-cı ilin iyun ayının 20-də ölmüşdür. Həmin müddətdə onun bacısı oğlu Cavabdeh həyat yoldaşı ilə onlara getmişdir. Bacısı oğlu Aqil ona kömək etmək məqsədilə gəldiyini bildirmişdir. Bacısı oğlu Aqil dəfn mərasiminin təşkili üçün kirayə götürülmüş mağara görə ondan 360 manat, dəfn maşını üçün 220 manat, dəfnin 1-ci günü 500 manat, dəfnin 2-ci günü 600 manat, dəfnin 3-cü günü 500 manat, ölən qardaşının 7-si günü ondan 700 manat almış, 40 kq əti 7 manatdan almış və çörək almış, qalan pulu isə qaytarmamışdır. Hər dördüncü günləri 500 manat, 40 mərasiminə 800 manat pul alaraq 10 kq ət və göyərti almış, pulun qalanını isə qaytarmamışdır. Qəbr üstü götürüləndə ondan 1000 manat pul almışdır. Bir həftə keçdikdən sonra əlavə 700 manat pul ondan istəmişdir. Həmin il ağ mərmər 700-800 manat civarında olmuşdur. Onun qardaşının 40 mərasimi bitdikdən neçə ay sonra bacısı oğlu Aqilə baş daşı ilə sinə daşını qara mərmər etmək istədiyini bildirmişdir. Aqil isə 2-3 gündən sonra ona məlumat vermişdir ki, qara mərmər etməsi üçün 2600 manat xərç tələb olunur. Bacısı oğlu Aqil ondan 2600+200 manat pulu artıq almışdır. Sonra ona məlum olmuşdur ki, ağ mərmər baş daşının qara mərmər daşına dəyişilməsi üçün 200 manat xərc tələb edilir. O, Aqildən qəbir daşının arxasında olan şəkli soruşduqda Aqil əlavə 100 manat pul istəmişdir. 2021-ci ilin oktyabr ayının 31-də digər qardaşı X4 ölmüşdür. Həmin vaxt qardaşı oğlu Arzu köməyə gəlmişdir. Qardaşı oğlu Arzu nə iş görüb, nə qədər pul xərçləmişsə hamısının hesabatını ona vermişdir. Qardaşı oğlu Arzu dəfn mərasiminin 4-cü günü ondan 300-400 manat pul almışdır. Həmin an o, qardaşı oğlu Arzuya “niyə pul istəmirsən” sualını vermişdir, Arzu isə ona cavabında “lazım deyil bibi verdiyin pul qutarmayıb ki, pul lazım olanda istəyəcəm” bildirmişdir. Sonra isə, o, qardaşı oğluna bildirmişdir ki, Aqil ondan hər 4-cü gün 400-500 manat pul almış və demişdir ki, pul mərasimin keçirilməsi üçün kifayət etmir. Qardaşının 7-sindən sonra qəbüstünün götürülməsini danışmağa getdikdə Arzu onu Minaçın yanına aparmış, Arzu ona mərasimin keçirilməsinin xərçləri ilə bağlı bildirmişdir ki “ay bibi nə qədər pul tutacaqsa sənin özünün bilməyin daha yaxşıdır”. Minaç qəbirtüstünü qara mərmərlə düzəldəcəyini, mərhum qardaşı Ələkbərin başdaşının arxa hissəsində şəklin əlavə edilməsi, vəfat etmiş nənəsinin və babasının qəbirlərinin üstünü cilalandırma işləri görülməsi üçün onlara 3500 manat xərçi olduğunu bildirmişdir. Bacısı oğlu Aqil onun pullarını mənimsəmişdir. Bununla əlaqədar o, iyulun 24-də 102 xidmətinə zəng edərək məlumat vermişdir. İyulun 26-sı polis şöbəsindən ona zəng olunmuş, o, polis şöbəsinə dəvət edilmişdir. O, polis şöbəsinə getmiş və izahat vermişdir. Avqust ayının 23-də polis əməkdaşı ona zəng edərək bildirmişdir ki, onun bacısı oğlu Aqil polis şöbəsinə dəvət olunmuş və izahatı alınmışdır. Aqilin izahatında bildirilir ki, o, bacısı oğluna şər atır. Belə hal baş verdiyindən məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hazırda onun maddi vəziyyəti çox pis vəziyyətdədir və onun pula ehtiyacı vardır. Cavabdeh ona borclu olduğu 5000 (beş min) manat pulu könüllü ödəmədiyi üçün məcbur olub məhkəmədə iddia qaldırmışdır. İddiaçı xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia iddia ərizəsinə əlavə təqdim edərək bildirmişdir ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə göndərdiyi ərizə ilə razı deyil. Belə ki, Cavabdeh dayısının və onun qardaşının xx.xx.2021-ci il tarixdə ölən X2 qəbir daşını düzəltmək üçün təxminən 2021-ci il noyabr ayının 8-10 arası ondan 5000 (beş min) manat pul almışdır. Pulu aldıqdan sonra təxminən 5-6 gün keçmiş Cavabdeh onun yanına gəlmiş və ona bildirmişdir ki, əlavə qəbir daşının düzəldilməsi üçün 2500 (iki min beş yüz) manat pul lazımdır. O, Aqilə etiraz etmiş və ondan aldığı 5000 (beş min) manatın qaytarılmasını tələb etmişdir. Aqil isə həmin pulu ustadan alıb gətirəcəyini bildirmişdir. O, qardaşı oğlu X5 “əminizin qəbir daşı düzəlməlidir və Aqil 5000 (beş min) manat pul alaraq qaytarmamışdır” demiş və qəbir daşının düzəldilməsinə nə qədər pul lazım olduğunun öyrənilməsini tapşırmışdır. Usta isə qəbir daşının düzəldilməsinə 3500 (üç min büş yüz) manat istəmişdir. O, qardaşının qırxına qədər hazır olması üçün qəbir daşının düzəldilməsinə 3500 (üç min beş yüz) manat pulu Arzuya vermişdir. Qardaşının qəbir daşı düzəlmiş, lakin Aqil ondan aldığı 5000 (beş min) manat pulu qaytarmamışdır. Aqil hər dəfə vaxt uzada-uzada işi gətirib bu vəziyyətə çıxartmış və aldığı 5000 (beş min) manatı qaytarmamışdır. Məhkəmədən Cavabdeh ona vurulmuş 5000 (beş min) manat maddi zərərin və ödədiyi 70 (yetmiş) manat dövlət rüsumunun ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinə əlavədə göstərilənlərə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Cavabdeh dayısının və onun qardaşının xx.xx.2021-ci il tarixdə ölən X2 qəbir daşını düzəltmək üçün təxminən 2021-ci il noyabr ayının 8-10 arası ondan 5000 (beş min) manat pul almışdır. Pulu aldıqdan sonra təxminən 5-6 gün keçmişdir ki, Cavabdeh onun yanına gəlmiş və ona bildirmişdir ki, əlavə qəbir daşının düzəldilməsi üçün 2500 (iki min beş yüz) manat pul lazımdır. O, Aqilə etiraz etmiş və ondan aldığı 5000 (beş min) manatın qaytarılmasını tələb etmişdir. Aqil isə həmin pulu ustadan alıb gətirəcəyini bildirmişdir. O, qardaşı oğlu X5 “əminizin qəbir daşı düzəlməlidir və Aqil 5000 (beş min) manat pul alaraq qaytarmamışdır” demiş və qəbir daşının düzəldilməsinə nə qədər pul lazım olduğunun öyrənilməsini tapşırmışdır. Usta isə qəbir daşının düzəldilməsinə 3500 (üç min büş yüz) manat istəmişdir. O, qardaşının qırxına qədər hazır olması üçün qəbir daşının düzəldilməsinə 3500 (üç min beş yüz) manat pulu Arzuya vermişdir. Qardaşının qəbir daşı düzəlmiş, lakin Aqil ondan aldığı 5000 (beş min) manat pulu qaytarmamışdır. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə içlasına gəlməmiş və gəlməməsinin səbəblərinin üzrlü olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh 27 mart 2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixlərdə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, iddiaçı iddia ərizəsində göstərdiyi kimi həmin hal 20 iyun 2016-cı il tarixdə baş vermiş, yəni iddiaçının qardaşı X3 vəfat etmiş və bununla bağlı iddiaçı yas mərasiminin aparılması üçün ona tapşırıq vermişdir. O, iddiaçı tərəfindən verilmiş tapşırıqları vicdanla yerinə yetirmiş və hətta həmin tapşırıq yerinə yetirildiyindən etibarən 7 ildən çox müddət keçmişdir. Halbuki o, iddiaçıya heç bir maddi ziyan vurmamış, əksinə ona kömək etmiş, şifahi olaraq verilmiş tapşırıqları vicdanla yerinə yetirmişdir. Hazırda iddiaçı tapşırıq müqaviləsi əsasında ona qarşı dəymiş maddi ziyanı tələb edir. Halbuki iddia müddəti keçmişdir. Odur ki, məhkəmədən mövcud sübutlarla iddia müddətinin keçirilməsini nəzərə alaraq, iddia ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əlavədə adı çəkilən Qinyaz Əsgərov onun dayısıdır, lakin Qinyazin nə qəbri üçün nədə ki mərasim tədbirləri üçün iddiaçı ona pul verməmiş, o, da iddiaçıya heç bir xidmət və ya köməklik göstərməmiş, mərasim tədbirlərinin keçirilməsi üçün nə bazarlığına, nədə ki, qəbri üçün heç bir pul almamışdır və bununla bağlı da heç bir xidmət göstərməmişdir. İddiaçının göstərdiyi əsaslarla razı deyil. İddia ərizəsində qeyd edilənlərdən bəri uzun müddət keçmiş, iddia müddəti ötmüşdür, odur ki, iddia ərizəsinin rədd olunması daha məqsədəuyğundur. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, işdə olan Samux rayon Polis şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı Cavabdeh ilə aralarında yaranmış borc pul mübahisəsi üzrə araşdırılma aparılmışdır və bu məsələ ilə bağlı məhkəməyə müraciət etməsi məqsədə müvafiq hesab edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən Samux rayon Polis şöbəsində verilmiş izahatdan görünür ki, 2016-cı ildə Almas ondan bir böyük kimi yas mərasimində köməklik və təşkilatçılıq etməsini xahiş etmişdir. O, Almasla razılaşmışdır. Almas ona hissə-hissə pul vermiş və o həmin pulları birlikdə xərcləmişlər. O, Almasdan artıq pul almamış, hazırda Almasa borcu yoxdur. İşdə olan Sərkar kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixzli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İşdə olan Sərkar kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı Samux rayonu, Sərkar kəndində qeydiyyatdadır və yaşayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də məhkəmə hesab edir ki, hazırki mübahisənin qanuni həll edilməsi yalnız tərəflərin təqdim etdikləri sübutların məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılması nəticəsində mümkündür. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü də hər bir iddia üzrə iddiaçı tərəfin üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində qardaşının yas mərasiminin aparılması və qəbir daşının düzəldilməsi üçün cavabdehə tapşırığın yerinə yetirilməsi üçün 5000 (beş min) manat pul verməsini sübut etməlidir. İddiaçı tərəfindən isə tələblərinin bu hissəsini təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfin təqdim etdiyi iddia tələbini dəstəkləyən sübutlar isə yalnız özünün izahatı olmuşdur. Məhkəmə iclasında iddiaçının iddia tələbi üzrə cavabdehin iddiaçıya olan pul tələbi öz təsdiqini tapmadı. Bundan başqa göstərilənlərlə yanaşı iddia ərizəsində cavabdehdən cəmi 5000 manat məbləğində pul məbləğinin tutulması tələbi qoyulsa da, həmin pul məbləğinin konkret nədə ifadə olunması, hansı sübutlarla təsdiq olunmasına dair hər hansı əsaslandırma əksini tapmamışdır. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də məhkəmə hesab edir ki, hazırki mübahisənin qanuni həll edilməsi yalnız tərəflərin təqdim etdikləri sübutların məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılması nəticəsində mümkündür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 786.6-cı maddəsinə əsasən əgər vəkalət alan tərəfindən müqavilə bilavasitə vəkalət verənin hərəkəti nəticəsində baş verməyən və ya həmin hərəkətlə bağlı olmayan səbəbə görə ləğv edilirsə, vəkalət alan görülmüş işlərin haqqının ödənilməsini yalnız o halda tələb edə bilər ki, vəkalət verənin görülmüş işlərdə hansısa marağı olsun. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ilkin iddia tələbində 20 iyun 2016cı il tarixdə ölmüş mərhum qardaşı X1 qəbir daşı və yas mərasimləri üçün cavabdehə ödədiyi 5000 manat pulu tələb etmiş, lakin cavabdeh iddiaya etiraz və iddia müddətinin keçməsi ilə bağlı ərizə verdikdən sonra iddiaçı tələbini dəyişərək, xx.xx.2021-ci il tarixdə vəfat etmiş qardaşı X2 qəbir daşını düzəltmək üçün cavabdehə ödədiyi 5000 manat pulu tələb etmişdir. Cavabdeh 2016-cı il tarixdə iddiaçı tərəfındən ona pul verilməsini etiraf etmiş, lakin 2021-ci il tarixdə ona iddiaçı tərəfindən pul verilməsini inkar etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının tələbinin əsaslı olması üçün cavabdeh tərəfindən ona tapşırıq verilmiş işə görə pulun ödənilməsi təkzib olunmaz qaydada sübut olunmalı, həmin halın mövcud olması üçün cavabdeh mülki hüquq pozuntusu törədən şəxs kimi məhkəmə tərəfindən tanınmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, iddiaçı görməli olduğu işlərin müqabilində qabaqcadan cavabdehə pul vermiş, lakin cavabdeh öhdəliyi yerinə yetirmişdir. (20 iyun 2016-cı il tarixdə iddiaçının mərhum qardaşı X1 qəbir daşı və yas mərasimləri üçün). Sifarişin yerinə yetirilməsində və görülmüş işin qəbul edilməsində cavabdehin heç bir hərəkətsizliyi olmamışdır. Məhkəmədə iddiaçı iddia etdiyi tələbi sübut edə bilməmiş, iddiaçının göstərdiyi hallar öz izahatından başqa heç bir sübutla təsdiq olunmamışdır. İddiaçı tərəfin təqdim etdiyi iddia tələbini dəstəkləyən sübutlar isə yalnız özünün izahatı olmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır və işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə hesab edir ki, iddiaçının tələbinin əsaslı olması üçün cavabdeh tərəfindən ona maddi ziyan vurulması – işin görülməsi üçün artıq pul alması - təkzib olunmaz qaydada sübut olunmalı, həmin halın mövcud olması üçün cavabdeh pozuntu törədən şəxs kimi məhkəmə tərəfindən tanınmalıdır. Eləcə də, vurulmuş maddi ziyanla cavabdehin hüquqa zidd hərəkətləri arasında səbəbli əlaqə olmalıdır. Yalnız o halda iddiaçının ona vurulmuş maddi ziyanın cavabdeh tərəfindən ödənilməsini tələb etmək hüququ yaranmış olur. Hazırkı mübahisənin həlli ilə əlaqədar olaraq məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiyinə, onun təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(058)-368/2024
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-368/2024
24.06.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver