Məhkəmə qərarları › İş №2(058)-389/2025

Samux Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(058)-389/2025

23.07.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Samux rayonu İş № 2(058)-389/2025 23.07.2025 SAMUX RAYON MƏHKƏMƏSİ X4 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qızıl-zinət əşyaları və pul” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qızıl-zinət əşyaları və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus qızıllarının etibarından sui-istifadə etməklə aldatma yolu ilə alınmış, dəyəri 7510 manat məbləğində qızıl-zinət əşyalarının, qızıl-zinət əmlakının olmadığı halda dəyəri 7510 manat məbləğində pulun və ödənilmiş 97 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh1 və həyat yoldaşı Cavabdeh2 onunla qohumluq əlaqələri vardır. 2023-cü ilin may ayında cavabdehin həyat yoldaşı toya getməsi ilə əlaqədar ondan qızıl-zinət əşyalarının müvəqqəti olaraq 1 günlük verməsini xahiş etmişlər. O, qohumluq əlaqələri olduğundan etibar etməklə cavabdehlərə qızıllarını vermiş, lakin cavabdeh və həyat yoldaşı tərəfindən qızıllar qaytarılmamışdır. Onun çoxsaylı müraciətlərinə məhəl qoyulmur. Bu barədə polisə müraciət etdikdə, cavabdeh və həyat yoldaşı onun tələbini haqlı olduğunu etiraf edərək, qızıl-zinət əşyalarını lombardda batırdığını etiraf etməklə qaytarmayacağını bildirmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İddiaçının nümayəndəsi X2 mülki işə cavabdehlərin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına etiraz etməmiş və məhkəmə Azərbaycan Respublikası MPM-nin 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxarmışdır. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən, hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Gəncə şəhəri "xxxx" MMC-ti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 0341 nömrəli rəyindən görünür ki, qolbağı 1 ədəd, 583 əyar (rus qızılı) 25 qram-2000 manat, qolbağı 1 ədəd, 583 əyar (rus qızılı) 5 qram-400 manat, boyunbağı 1 ədəd, 583 əyar, 9 qram-750 manat, badam komplekt (boyunbağı 1 ədəd, üzük 1 ədəd, klon 1 ədəd), 750 əyar 28 qram-2700 manat, kitab komplekt (1 ədəd üzük, 1 ədəd boyunbağı, 583 əyar 10 qram-800 manat, brilyant qaşlı üzük 2 ədəd, 750 əyar 7 qram-660 manat və fantaziya üzük 1 ədəd, 583 əyar 2.5 qram-200 manat, ümumilikdə siyahıda qeyd olunan qızıl-zinət əşyalarının bazar qiyməti 7510 (yeddi min beş yüz on) manat təşkil edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, HK-1/116 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. - 181.1-ci maddəsinin tələbinə görə daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. - 181.2-ci maddəsinin tələbinə görə əşyanın verilməsi bunlardır: əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi, əşya dolayı sahibliyin müqavilə üzrə verilməsi, bu zaman əvvəlki mülkiyyətçi sahib kimi qala bilər, mülkiyyətçinin üçüncü şəxsdən sahibliyi tələb etmək hüququnu əldə edənə verməsi. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qohumluq əlaqələri vardır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı qızıl-zinət əşyalarının müvəqqəti olaraq onlara veriməsini xahiş etmişlər, İddiaçı isə sözügedən qızıl-zinət əşyalarını cavabdehlərə vermiş, lakin cavabdehlər həmin qızıl-zinət əşyalarını iddiaçıya geri qaytarmamışlar. İddiaçı həmin əşyalar üzərində mülkiyyət hüququnun bərpa edilməsi və əmlakın qanunsuz sahiblikdən geri qaytarılması ilə əlaqədar məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçı özünə məxsus olan qızıl-zinət əşyalarının ona qaytarılmasını tələb etməsinə baxmayaraq, cavabdehlər iddiaçıya məxsus qızıl-zinət əşyalarını könüllü olaraq iddiaçıya qaytarmamışlar, bununla da iddiaçıya məxsus qızıllar üzərində əldə etdiyi mülkiyyətdən onu məhrum etmişlər. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçı tərəfin üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində göstərilmiş qızıl-zinət əşyalarının mövcudluğunu, onların cavabdehlərdə olduğunu və cavabdehlər tərəfindən qaytarılmadığını, sübut etməlidir. Beləliklə, iddia ərizəsinə əlavə edilmiş fotoşəkillərdən görünür ki, iddia ərizəsində qeyd olunmuş qızıl-zinət əşyaları iddiaçının istifadəsində olmuşdur. Mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və halları məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsinin mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqi kimi təqdim etdiyi sübutlara və nəhayət tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunvericilik müddəalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, 1 ədəd dəyəri 2000 manat - çəkisi 25 qram - 583 əyarlı qolbağı (rus qızılı), 1 ədəd dəyəri 400 manat - çəkisi - 5 qram - 583 əyarlı qolbağı (rus qızılı), 1 ədəd dəyəri 750 manat çəkisi 9 qram - 583 əyarlı boyunbağı, dəyəri 2700 manat - çəkisi 28 qram - 750 əyarlı badam komplekt (1 ədəd boyunbağı, 1 ədəd üzük, 1 ədəd klon), dəyəri 800 manat - çəkisi - 10 qram - 583 əyarlı kitab komplekt (1 ədəd üzük, 1 ədəd boyunbağı), 2 ədəd dəyəri 660 manat - çəkisi 7 qram - 750 əyarlı brilyant qaşlı üzük, 1 ədəd dəyəri 200 manat - çəkisi 2.5 qram 583 əyarlı fantaziya üzük, onların qətnamə icra olunan zaman naturada alınması mümkün olmadıqda isə dəyəri 7510 manat və ödənilmiş 97 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq, İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 241.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1 ədəd dəyəri 2000 manat - çəkisi 25 qram - 583 əyarlı qolbağı (rus qızılı), 1 ədəd dəyəri 400 manat - çəkisi - 5 qram - 583 əyarlı qolbağı (rus qızılı), 1 ədəd dəyəri 750 manat - çəkisi 9 qram - 583 əyarlı boyunbağı, dəyəri 2700 manat - çəkisi 28 qram - 750 əyarlı badam komplekt (1 ədəd boyunbağı, 1 ədəd üzük, 1 ədəd klon), dəyəri 800 manat - çəkisi - 10 qram - 583 əyarlı kitab komplekt (1 ədəd üzük, 1 ədəd boyunbağı), 2 ədəd dəyəri 660 manat - çəkisi 7 qram - 750 əyarlı brilyant qaşlı üzük, 1 ədəd dəyəri 200 manat - çəkisi 2.5 qram 583 əyarlı fantaziya üzük, onların qətnamə icra olunan zaman naturada alınması mümkün olmadıqda isə dəyəri 7510 manat və ödənilmiş 97 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq, İddiaçı verilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün ondan “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Samux Rayon Məhkəməsinə ərizə verməyə haqlıdırlar. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Samux Rayon Məhkəməsi vasitəsi ilə ondan Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar