Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-401/2023 07.06.2023 SAMUX RAYON MƏHKƏMƏSİ X8 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçı Sığorta Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Mercedes Benz 230” markalı, ** SU *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər görə 240 manat sığorta ödənişi məbləği və iddia ərizəsinin verilməsi ilə bağlı 30.40 manat dövlət rüsumu, cəmi 270.40 manat Cavabdeh tutularaq İddiaçı Sığorta ASC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə idarə etdiyi “Mercedes Benz 230” markalı, ** HH *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Y.Səfərov küçəsi ilə hərəkət edərkən “Mercedes Benz 230” markalı, ** SU *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və sonradan məlum olmuşdur ki, Cavabdeh hadisə yerindən qaçmışdır. İcbari sığortalar haqqında qanunun 63-cü maddəsinə əsasən Cavabdeh hadisə yerindən yayındığı üçün ödənilmiş sığorta məbləği cavabdehdən tutulmalıdır. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olması Xətai rayon X9 şöbəsinin AP ******* saylı X7 Protokolunda öz əksini tapmışdır. xx.xx.2019-cu il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, “Mercedes Benz 230” markalı, ** SU *** dövlət qeydiyyat nişanlı avtomobilə 240 manat ziyan dəymişdir. PAT********** saylı sığorta müqaviləsinin 065391 saylı sığorta aktına əsasən İddiaçı Sığorta şirkətinə dəymiş 240 manat zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək, iddianı müdafiə etdiklərini, məhkəmə iclaslarında üzürlü səbəbdən iştirak edə bilmədikdərindən, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, xx.xx.2019-cu il tarixli 065391 saylı siğorta aktından görünür ki, “Mercedes Benz 230” markalı, ** HH *** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2019-cu il tarixdə Y.Səfərov küçəsi ilə hərəkət edərkən “Mercedes Benz 230” markalı, ** SU *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə “Mercedes Benz 230” markalı, ** SU *** dövlət qeydiyyat nişanlı avtomobilə 240.0 manat məbləğində zərər dəymişdir. xx.xx.2019-cu il tarixli məxaric orderinin surətindən görünür ki, İddiaçı Sığorta şirkəti ASC-ti tərəfindən xx.xx.2019-cu il tarixli 065391 saylı siğorta aktına əsasən X1 240.0 manat məbləğində sığorta odənişi ödənilmişdir. Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə xx.xx.2019-cu il tarixli hesabatın surətindən görünür ki, “Mercedes Benz 230” markalı, ** SU *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 240.0 manat məbləğində qiymətləndirilmişdir. xx.xx.2019-cu il tarixli AP ******* saylı X7 Protokolun surətindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin bəndini pozaraq Y.Səfərov küçəsində yol hərəkəti haqqında qanunun tələblərini pozmuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli AP ******* saylı X7 Protokolun surətindən görünür ki, Məmmədov X5 Xətalar Məcəlləsinin 327.6-cı maddələri ilə təqsirli bilinərək 100 manat cərimə edilmişdir. İş materiallarında olan X2 izahatından görünür ki, X3 xx.xx.2019-cu il tarixdə saat 09:10-radələrində idarə etdiyi “Mercedes Benz 230” markalı, ** SU *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Yusif Səfərov küçəsi ilə üzü Həydər Əliyev PR istiqamətində Ali Məhkəməyə təxminən 200 metr qalmış hərəkətdə olduğu zaman onunla eyni istiqamətdə sağında hərəktdə olan “Mercedes Benz E320” markalı, ** HH *** nömrəli avtomaşın sağdan sola yer dəyişmə edərək yüksək surətlə onun avtomaşının qabaq sağ hissəsinin əzərək hadisə yerindən dayanmadan sürüb getmişdir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 36.3-cü maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Məhkəmə iş üzrə müəyyən olunan faktiki hallara əsasən hesab edir ki, tərəflər arasında yaranmış mübahisə, sığorta və zərərin ödənilməsi ilə bağlı yaranan mülki münasibətlərdir. Ona görə də mübahisənin həlli zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi, 50-ci və 59-cu fəslinin müddəaları tətbiq edilməli və aşağıdakılara əsasən iddia tələbi təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələri zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdiriliməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 936.1 və 936.2. maddələrinə görə, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququ (subroqasiya hüququ) yaranır. Faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Yəni, sığortalının zərərin əvəzini üçüncü şəxs qarşısında irəli sürmək hüququ sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Sığortaçıya keçən zərərin əvəzinin ödənilməsi hüququnun həcmi, sığortalıya ödənilən məbləğdən artıq ola bilməz. İş materiallarından görünür ki, sığorta hadisəsi baş verəndən sonra sığortaçı sığortalıya 240.0 manat sığorta ödəmişdir və iddia tələbinin məbləği ödənilən sığorta məbləğinə uyğundur. Həmin Məcəllənin 21.1. maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunla və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.2. maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1. maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Sığorta ASC-ti tərəfindən siğorta hadisəsi baş verən zaman siğorta müqaviləsinə əsasən faydalanan şəxsə sığorta ödənişi ödənildiyindən, zərərin əvəzinin ödəmək tələbi (hüququ) ödənişi vermiş siğortaçı olan "xxxx" Sığorta ASC-nə keçdiyindən ödənilmiş 240.0 manat siğorta ödənişi, 30 manat dövlət rüsumu və 40 qəpik bank xidməti daxil olmaqla, cəmi 270.40 manat pul cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 233, 238, 242, 244, 252, 253 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 240 (iki yüz qırx) manat sığorta ödənişi və ödənilmiş 30 manat dövlət rüsumu, 40 qəpik bank xidmət haqqı, cəmi 270.40 (iki yüz yetmiş manat, qırx qəpik) manat pul alınaraq, İddiaçı Sığorta Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən bir ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(058)-401/2023
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-401/2023
07.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver