Məhkəmə qərarları › İş №2(058)-409/2024

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-409/2024

23.05.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-409/2024 23.05.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, İddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən ona vurulmuş maddi zərərin əvəzi olaraq 8000 manat pulun və ödədiyi dövlət rüsumunun əvəzi qismində 100 manat pulun cavabdehlərdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun xüsusi mülkiyyətində olan 2 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə qarpız əmiş, qarpız yığımı başlayanda təxminən 8000 manatlıq qarpızı sahədən yığdırıb ki, bazara aparsın. Bu zaman gormüşdür ki, cavabdehlər Cavabdeh1 və kürəkəni Cavabdeh2 öz sahələrinə su aparmaq istəyirlər. O, onlara bildirmişdir ki, sahədən yığdığı qarpızları bazara aparmaq üçün maşın gözləyir, onlardan xahiş etmişdir ki, maşın qarpızı daşımamış sahəyə su açmasınlar, ona məxsus qarpızları maşın daşıyıb aparandan sonra sahələrini suvararlar. Daha sonra o, maşın dalınca getmiş və qayıdanda görmüşdür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun sahəsinə gedən yola su buraxıblar. Maşın qarpızı yığmaq üçün sahəya girə bilməmiş, bununla da onun qarpız məhsulu sahədə günün altında qalıb xarab olmuşdur. O, cavabdehlərin ona vurduğu zərərlə bağlı 102 qaynar xəttinə zəng vurmuş və polislər gələrək ona bildirmişlər ki, bu məsələ ilə məşğul olub ona dəyən ziyanı ödətdirəcəklər. Xeyli müddət keçməsinə baxmayaraq polislər ona dəyən ziyanı ödətdirməmişlər və ona indi deyirlər ki, dəymiş ziyanla bağlı məhkəmədə iddia qaldırmalısan. Ona cavabdehlər tərəfindən vurulmuş 8000 (səkkiz min) manat maddi zərərin ödənilməsi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmədən tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştrak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştrak edən Cavabdeh1 iddianı etiraf etməyərək bildirdi ki, iddia tələbi əsassızdır. Sözügedən yol ümumi istifadədə olan yol deyil, həmin yol onun özünə məxsus olan torpaq sahəsindən özü üçün açdığı yoldur. O, özünəməxsus əkin sahəsini suvarmışdır. İddiaçıya heç bir ziyan vurmamış və belə bir niyyəti də olmamışdır. Həmçinin heç bir polis tərəfindən həmin sahəyə baxış keçirilməmiş və İddiaçı məhsuluna dəymiş ziyanla bağlı heç bir qeydiyyat aparılmamışdır. İddiaçının hazırki iddia tələbi şər-böhtan xarekterlidir. Tələbin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştrak edən Cavabdeh2 iddianı etiraf etməyərək digər Cavabdeh1 izahatında göstərdiyi xüsusatlra uyğun izahat verdi və tələbin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını nəzərə alaraq və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iddia tələbinin rədd olunmasına dair qənaətini, iddia tələbinin əsaslı olmasına dair iddiaçı tərəfindən məhkəməyə heç bir sübutun təqdim edilməməsi ilə əsaslandırır. Belə ki, iddiaçı məhkəməyə, ona hər hansı maddi ziyan dəyməsini və həmin maddi ziyanın məhz cavabdehlər tərəfindən vurulmasını təsdiq edən heç bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddia tələbini sübutetmə yükü iddiaçının üzərinə düşdüyündən və iddiaçı hazırda iddia tələbinin əsaslılığı sübuta yetirə bilmədiyindən iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən, iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar