Məhkəmə qərarları › İş №2(058)-409/2025

Samux Rayon Məhkəməsi Qərardad — İş №2(058)-409/2025

18.03.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 2(058)-409/2025 18.03.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə nəzərdən keçirərək, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurduğu maddi zərərin əvəzi olaraq 9425 (doqquz min dörd yüz iyirmi beş) manat pulun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının iddia ərizəsi və ona əlavə edilmiş sənədlər məhkəmədə öyrənilərkən müəyyən edilmişdir ki, iş ərazi aidiyyətinin pozulması ilə məhkəməyə verilmişdir. Belə ki, cavabdehin Gəncə şəhərində qeydiyyatda olduğu müəyyən edilmişdir. Hazırkı tələbə iddiaçının seçməsinə görə və ya müstəsna aidiyyət qaydaları tətbiq edilmir. Ümumi qaydaya uyğun olaraq bu tələb üzrə iddia ərizəsi cavabdehin rəsmi qeydə alındığı yerə görə verilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı mülki işin aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsinə göndərilməsinə etirazının olmadığını bildirmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5ci maddəsinə əsasən işə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Müliki Prosesual Məcəlləsinin 35.1-ci maddəsinin tələbinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Mülki iş aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyindən, iş ərazi aidiyyatı üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1, 152.1.3 və 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar