Məhkəmə qərarları › İş №2(058)-415/2025

Samux Rayon Məhkəməsi Qərardad — İş №2(058)-415/2025

14.02.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 2(058)-415/2025 14.02.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızı, İddiaçı Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinə qarşı “xx.xx.2025-ci il tarixli və xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarların ləğvi” tələbinə dair ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyənetdi: İddiaçı Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində qəbul olunmuş xx.xx.2025-ci il tarixli və xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarların ləğvi edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, İddiaçı onun barəsində inzibati orqan tərəfindən qəbul olunmuş inzibati tənbeh vermə haqqında qərardan şikayət verməli olduğu halda həmin inzibati orqana qarşı iddia qaldırmışdır. Belə olan halda ərizə geri qaytarılmalı və İddiaçı inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Şərh olunanları və yuxarıda sadalanan normaları rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli və xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarların ləğvi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar