Məhkəmə qərarları › İş №2(058)-419/2024

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-419/2024

21.05.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-419/2024 21.05.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı yaranmış borcla əlaqədar pul tələbinə dair iddiası üzrə mülki işə Samux Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı yaranmış borcla əlaqədar pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 2250.56 (iki min iki yüz əlli manat əlli altı qəpik) manat pulun, həmçinin ödənilmiş 42 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 1045 saylı Sərəncamı ilə təsis edilmiş "xxxx" ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. İddia ərizəsinə əlavə edilmiş istehlakçıların aylıq enerji sərfinin miqdarını, dəyərini və ödənişini özündə əks etdirən abunə haqqında dövriyə cədvəlindən göründüyü kimi, abonent kodu **********79 olan Cavabdeh elektrik enerjisindən istifadə etməsi ilə bağlı iddiaçı "xxxx" ASC-yə cəmi 2250.56 manat məbləğində borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı Cavabdeh dəfələrlə müraciət olunmuşdur. X3 əməkdaşları Samux rayon, Yuxarı Ağasbəyli kəndində yaşayan elektrik enerjisi istelakçıları (məişət abonentləri) tərəfindən “EEİQ”-na riayət edilməsi vəziyyətini yoxlayarkən Cavabdeh yaşadığı fərdi yaşayış evinin elektrik sayğac uçot dəstinə baxış keçirmişlər. Baxış keçirilən zaman abonent tərəfindən enerji sərfiyyatının göstərişini qəsdən azaltmaq məqsədi ilə sayğacdan “kənar xətt” aşkar edilmişdir. Aşkar edilmiş faktla bağlı Cavabdeh Müsadil oğlu barəsində “EEİQ”-nın tələblərinə uyğun olaraq dəfələrlə müxtəlif vaxtlarda AKT R№318407, AKT R №301790, AKT R №267784, AKT R №202500 saylı aktlar tərtib edilmişdir və həmin aktlar dövriyyə cədvəlində öz əksini tapmışdır. “Qərb” RETSİ-də fəaliyyət göstərən Aktlar üzrə Komissiya tərəfindən cavabdeh barəsində tərtib olunmuş akta əsasən “Qaydalar”-ın 8.17-ci bəndinin tələblərinə uyğun hesabat aparılmışdır. Aşağıdakı hüquqi əsaslara görə hesab edirlər ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydalarısnın 8.2-ci bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. İddaiçı Cavabdeh istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış borc və ödənilmiş dövlət rüsumunun alınıb "xxxx" ASC-nə verilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə isə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilsə də o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan 07 yanvar 2024-cü il tarixli, 543530 nömrəli müqavilədən görünür ki, "xxxx" ASC ilə Samux rayonu, Yuxarı Ağasbəyli kənd sakini Cavabdeh arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarında olan abonent kodu **********00179 olan abunə haqqında dövriyyə cədvəlinin surətindən görünür ki, Cavabdeh 2250.56 (iki min iki yüz əlli manat əlli altı qəpik) manat debitor borcu yaranmışdır. İş materiallarında olan 13 fevral 2021-ci il tarixli 202500 nömrəli aktın surətindən görünür ki, Samux rayonu, Yuxarı Ağasbəyli kənd sakini Cavabdeh kənar xətdən istifadə etdiyi müəyyən edilmiş, kənar xəttin ləğv edilməsi və ya əks halda şəbəkədən açılması göstərilmişdir. İş materiallarında olan 15 oktyabr 2022-ci il tarixli, 267784 nömrəli aktın surətindən görünür ki, Samux rayonu, Yuxarı Ağasbəyli kənd sakini Cavabdeh barəsində kənar xətdən istifadəyə görə akt tərtib edilərək, kənar xəttin ləğv edilməsi, ona hesablanmış məbləğin ödənilməsi və ya əks halda şəbəkədən açılması göstərilmişdir. İş materiallarında olan 14 iyul 2023-cü il tarixli 301790 nömrəli aktın surətindən görünür ki, Samux rayonu, Yuxarı Ağasbəyli kənd sakini Cavabdeh kənar xətdən istifadə etdiyi müəyyən edilmiş, aktda kənar xəttin ləğv edilməsi göstərilmişdir. İş materiallarında olan 12 dekabr 2023-cü il tarixli 318407 nömrəli aktın surətindən görünür ki, Samux rayonu, Yuxarı Ağasbəyli kənd sakini Cavabdeh kənar xətdən istifadə etdiyi müəyyən edilmiş, kənar xəttin ləğv edilməsi, ona hesablanmış məbləğin ödənilməsi əks halda şəbəkədən açılması göstərilmişdir. İş materiallarında olan CD diskə baxış zamanı müəyyən olmuşdu ki, Samux elektirk şəbəkəsinin qərb regional nəzarət qrupunun əməkdaşları tərəfindən Samux rayonu, Yuxarı Ağasbəyli kənd sakini Cavabdeh yaşadığı ünvana məxsus, zavod nömrəsi ******* olan sayğaca baxış keçirilən zaman abonentin kənar xətdən istifadə etdiyi aşkar edilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, Cavabdeh Samux rayonu, Yuxarı Ağasbəyli kəndində yaşadığı evdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xidmət dairəsində olan sayğacdan istifadə edir. Cavabdeh elektrik enerjisindən kənar xətdən istifadəsi nəticəsində 2250.56 (iki min iki yüz əlli manat əlli altı qəpik) manat debitor borcu yaranmış və hazırki vaxtadək yaranmış borcunu ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 1.1-ci bəndində göstərilmişdir ki, məişət abonenti (əhali)-yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır. Həmin Qaydaların 1.2-ci bəndində qeyd edilmişdir ki, bu Qaydalar "Enerji resurslarından istifadə haqqında", "Elektroenergetika haqqında", "Energetika haqqında" Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların 7.6-cı bəndində göstərilmişdir ki, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Qaydaların 8.26-cı bəndinə görə Məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar özünəxidmət üsuluna, əvvəlcədən ödəmə üsuluna və ya enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri tərəfindən yazılmış ödəmə sənədlərinə əsasən aparılır. Qaydaların 8.32-ci bəndinin “b” yarımbəndində göstərilmişdir ki, məişət abonentində ölçü transformatoru vasitəsilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Qaydaların 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin "Dövlət Enerjinəzarət" İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Göründüyü kimi məişət abonenti olan Cavabdeh yuxarıda sadalanan qanunvericilik aktları ilə üzərinə götürdüyü öhdəliklərə əməl etməyərək elektrik enerjisinə görə borcunu tam ödəməmiş, üstəlik kənar xətt vasitəsilə artıq sərfiyyata yol vermiş, göstərilənlər nəticəsində onun sayğac üzrə 2250.56 manat debitor borcu yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, cavabdehdən sayğac üzrə sərf etdiyi enerjinin əvəzi olaraq 2250.56 manat debitor borcu alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360– cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. Cavabdeh 2250.56 (iki min iki yüz əlli manat əlli altı qəpik) manat pul və ödənilmiş 42 manat dövlət rüsumunun əvəzi alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar