Məhkəmə qərarları › İş №2(058)-42/2023

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-42/2023

17.08.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-42/2023 17.08.2023 SAMUX RAYON MƏHKƏMƏSİ X10 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı “maneənin aradan qaldırılması” tələbinə dair mülki işə məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı cavabdeh X4 qarşı “maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Samux rayonu Qarayeri bələdiyyəsinin adlı siyahısında və mülkiyyətində olan 382 nömrəli torpaq sahəsində ölçü və digər texniki işlərin aparılmasına cavabdeh X2 yaratdığı maneələrin aradan qaldırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Samux rayonu, Qarayeri qəsəbəsində Qarayeri Bələdiyyəsinin adlı siyahısında olan 382 nömrəli torpaq sahəsi bələdiyyənin mülkiyyətindədir. Cavabdeh tərəfindən Bələdiyyəyə məxsus torpaq sahəsi özbaşına çəpərlənmiş və tikinti işi aparılmışdır. Həmin torpaq sahəsi hasara alındığı üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşları müvafıq ölçü işlərini apara bilmir, cavabdeh DƏDRX-nin əməkdaşlarının qeyd olunan ərazidə əməli fəaliyyətinə maneəçilik törədir. Cavabdehlə bu istiqamətdə aparılan söhbətlər heç bir əməli nəticə vermir və bələdiyyənin mülkiyyətində olan torpağı özbaşına zəbt etmişdir. Bu səbəbdən də bələdiyyəyə məxsus torpaqlardan müvafiq ölçü və digər texniki işlərin aparılması üçün cavabdeh tərəfindən yaradılan maneələri məhkəmə qaydasında aradan qaldırılmasına zərurət yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o, Samux rayonu Qarayeri bələdiyyəsinin sədri vəzifəsində işləyir. Cavabdeh bələdiyyənin mülkiyyətində olan torpaq sahəsi üzərində ölçü işlərinin aparılmasına qəsdən maneə törədir, mütəxəssislər tərəfindən hər hansı işlərin aparılmasına imkan vermir. Məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 iddia tələbini qəbul etməyərək bildirdi ki, cavabdeh onun atasıdır. Bələdiyyə sədrinin iddia etdiyi torpaq sahəsinin yanında onların torpaq sahəsi vardır. Onlar həmin torpaq sahəsini almaq istəyirlər, lakin bələdiyyə həmin torpaq sahəsini başqa şəxsə satmaq istədiyini bildirmiş, bu səbəbdən də, onlar həmin torpaq sahəsində ölçü işlərinin aparılmasına maneə törədirlər. Məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli 58 nömrəli arayışdan görünür ki, Samux rayonu Qarayeri qəsəbəsinin adlı siyahısında 382 nömrəli olan torpaq sahəsi Qarayeri bələdiyyəsinə məxsusdur, həmin torpaq sahəsi hasara alındığı üçün “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin” əməkdaşları koordinatları vura bilmir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2- 5067/2023 nömrəli mütəxəssis rəyindən görünür ki, iddiaçı Samux rayon Qarayeri bələdiyyəsinin naturada mübahisələndirdiyi yəni, cavabdeh X2 faktiki istifadəsində olan 0.12 ha torpaq sahəsi, Samux rayonu Qarayeri bələdiyyəsi ərazisində bələdiyyə mülkiyyətinə verilmiş torpaqlara dair tərtib olunmuş 2009-cu il tarixli (KOD ********) yerquruluşu sxemi, Samux rayon Qarayeri qəsəbəsi ərazisində aparılmış torpaq islahatı əsasında, mülkiyyətə verilmiş torpaq sahələrinə dair 2000-ci il tarixli kompleks yerquruluşu layihəsinə istinadən 1371S nömrəli bələdiyyə mülkiyyətində olan torpaq sahəsində yerləşir. Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemində də, sözügedən torpaq sahəsi bələdiyyə mülkiyyəti olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 iyun 2023-cü il tarixli 10/2378 nömrəli ekspert rəyindən görünür ki, iddiaçı Samux rayon Qarayeri bələdiyyəsinin naturada mübahisələndirdiyi yəni, cavabdeh X2 faktiki istifadəsində olan 0.12 ha torpaq sahəsi, Samux rayonu, Qarayeri bələdiyyəsi ərazisində bələdiyyə mülkiyyətinə verilmiş torpaqlara dair tərtib olunmuş 2009cu il tarixli (KOD ********) yerquruluşu sxemi, Samux rayonu, Qarayeri qəsəbəsi ərazisində aparılmış torpaq islahatı əsasında, mülkiyyətə verilmiş torpaq sahələrinə dair 2000-ci il tarixli kompleks yerquruluşu layihəsinə istinadən 1371S nömrəli bələdiyyə mülkiyyətində olan torpaq sahəsində yerləşir. Müvafiq qanunvericiliyə əsasən, sözügedən torpaq sahəsi bələdiyyə mülkiyyəti olaraq qeyd olunmuşdur. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiya hər kəsin mülkiyyət hüququnu, mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarını nəzərdə tutur, habelə mülkiyyətin, o cümlədən xüsusi mülkiyyətin qanunla müdafiəsinə təminat verir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. (Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələri) Bu hüququn təminatlarından biri kimi Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 139.1ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab olunur. Ümumbəşəri dəyər kimi mülkiyyət hüququ barədə müddəalar “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 17-ci maddəsində, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində öz əksini tapmışdır. “İnsan Hüquqlarının və X5 Haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə iclasında müəyyən edildi ki, Samux rayonu, Qarayeri qəsəbəsinin adlı siyahısında olan 382 nömrəli (0.12 ha) torpaq sahəsi Samux rayonu, Qarayeri qəsəbəsi ərazisində aparılmış torpaq islahatı əsasında, bələdiyyə mülkiyyətində olan torpaq sahəsində yerləşir. Həmin torpaq sahəsi üzərində müəyyən ölçü işləri aparılmalıdır. Cavabdeh tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin dəvət edilmiş mütəxəssislərin ölçü və digər texniki işlərin aparılmasına maneçilik törədilir. Buna görə də iddiaçı tərəfindən maneələrin aradan qaldırılması ilə bağlı tələblə məhkəməyə müraciət edilmişdir. Məhkəmə hesab edir ki, Samux rayonu, Qarayeri bələdiyyəsinin mülkiyyətində olan (Samux rayonu, Qarayeri qəsəbəsinin adlı siyahısında olan 382 nömrəli) 0.12 ha torpaq sahəsində cavabdeh tərəfindən torpağın ölçülməsinə yaradılan maneə aradan qaldırılmalı, Samux rayonu, Qarayeri qəsəbəsinin adlı siyahısında 382 nömrəli (0.12 ha) torpaq sahəsində ölçü və digər texniki işlərin aparılması təmin edilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Samux rayonu, Qarayeri bələdiyyəsinin mülkiyyətində olan (Samux rayonu, Qarayeri qəsəbəsinin adlı siyahısında olan 382 nömrəli) 0.12 ha torpaq sahəsində ölçü və digər texniki işlərin aparılmasına cavabdeh X6 tərəfindən edilən maneə hərəkətləri ona qadağan edilsin, torpaq sahəsi üzərində mütəxəssislər tərəfindən müayinə və baxış keçirilməsi təmin edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə məhkəmə ekspertiza xərci 100 (yüz) manat cavabdeh X1 tutularaq, Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab № AZ34CTRE********************, SWİFT BİK: CTREAZ22, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142595-ə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar