Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-42/2025 30.07.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Zərgərli Ata Nərbala oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «dəymiş maddi ziyanın əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona cavabdehlər tərəfindən vurulmuş 10630 manat məbləğində maddi ziyanın və ödədiyi 123 manat dövlət rüsumunun əvəzinin cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 07 aprel 2023-cü il tarixli 1(100)-6/2023 saylı hökmü ilə Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə təqsirli bilinib 4 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə cəzasının ona təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə müəyyən edilmiş 4 il müddətə şamil edilməsi, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəlinin 10 fevral 2021-ci il tarixdən hesablanması, zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) X5 tərəfindən Cavabdeh1 münasibətdə verdiyi mülki iddialar üzrə icraata xitam verilməsi, zərəçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) X5 tərəfindən Cavabdeh2 və Aqrolizinq ASC-yə münasibətdə baxılmamış saxlanılması hökm edilmişdir. Həmin hökmdən zərərçəkmiş şəxslərin hüquqi varisləri N.Süleymanov və Q.Mustafayeva zərərçəkmiş şəxs İddiaçı və məhkumun müdafiəçisi K.İsmayılov tərəfindən apellyasiya şikayəti, dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli 1(104)- 17/2024 saylı qərarı ilə məhkum Cavabdeh1 müdafiəçisi X1, zərərçəkmiş şəxslərin hüquqi varisləri X3 və X5 və zərərçəkmiş şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri, zərərçəkmiş şəxsin hüquqi varisi X5 tərəfindən verilmiş apellyasiya şikayətinə əlavə və dövlət İttihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 07 aprel 2023-cü il tarixli, 1(100)-6/2023 nömrəli hökmü apellyasiya müraciətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmış, zərərçəkmiş şəxsin hüquqi varisi X4 və zərərçəkmiş şəxs İddiaçı tərəfindən verilmiş mülki iddialar baxılmamış saxlanılmış və həmin şəxslərə mülki mühakimə üsulu qaydasında mülki iddia ilə vurulmuş ziyanla bağlı birinci instansiya məhkəməsində iddia qaldırmaq hüquqları izah edilmiş, zərərçəkmiş şəxsin hüquqi varisi X2 mülki cavabdehlərə qarşı mülki mühakimə üsulu qaydasında mülki iddia ilə vurulmuş ziyanla bağlı birinci instansiya məhkəməsində iddia qaldırmaq hüquqları izah edilmişdir. Hadisə törədilmiş 90-L-009 dövlət qeydiyyat nişanlı kombayn texniki vasitə sahibkar Cavabdeh2 məxsusdur. Məhkum Cavabdeh1 tərəfindən törədilmiş ağır yol nəqliyyat hadisəsi nəticəsində oğlu mərhum Elnur Çağırqanovun idarə etdiyi ona məxsus **-GC-*** dövlət qeydiyyat nişanlı «Mersebes-Benz C180 markalı avtomobila 10630 (on min altı yüz otuz) manat məbləğində ziyan dəymişdir. Cavabdehlər tərəfindən könüllü olaraq ona dəymiş həmin məbləğdə ziyan ödənilmir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətinda qalmış, cavabdehlərdən ona vurulmuş 10630 manat məbləğində maddi ziyanın əvəzinin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi, həmçinin ekspert rəyi ilə qismən razı olduğunu bildirərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlərin nümayəndəsi (vəkili) Vəkil məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş, işə onun iştirakı olmadan baxılaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq və sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(100)-6/2023 saylı hökmünün surətindən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə təqsirli bilinib 4 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası "xxxx" istehsalat birliyi "xxxx" Gəncə Müəssisəsi tərəfindən tərtib olunmuş 26 oktyabr 2020-ci il tarixli qüsur aktından görünür ki, «Mercedes» markalı «C-180» modeli **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobilə 10630 manat dəyərində maddi ziyan dəymişdir. xx.xx.2025-ci il tarixli Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC tərəfindən verilən rəydən görünür ki, “Mersedes Benz C180” markalı **-GC-*** dövlət nömrə nişanlı avtomobilə yol nəqliyyat hadisə zamanı dəymiş zərərin həcmi 2025 (iki min iyirmi beş) manat təşkil edir. İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, hazırda iddia tələbində sözügedən “Mersedes Benz C180” markalı **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçıya məxsus olmuş, həmin avtomobil 16 avqust 2020-ci il tarixdə iddiaçının oğlu E.Çağırqanov tərəfindən idarə olunarkən Cavabdeh1 idarə etdiyi, Cavabdeh2 məxsus “NEW Holland TC 5050” markalı, 90-L-009 dövlət qeydiyyat nişanlı kombayn mexaniki nəqliyyat vasitəsi ilə toqquşmuş, yol-nəqliyyat hadisəsi nəticəsində X6 ölmüşdür. Cavabdehlərdən Cavabdeh1 məhkəmənin müvafiq hökmünə əsasən sözügedən cinayət əməlində təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin yol-nəqliyyat hadisəsi zamanı İddiaçı məxsus olan «Mercedes» markalı «C-180» modeli **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziayn dəymişdir. Hazırda iddiaçı məhz qeyd olunan əsasla hadisənin baş verməsində təqsirli olan Cavabdeh1 və Cavabdeh1 idarə etdiyi avtomobilin mülkiyyətçisi Cavabdeh2 ona məxsus «Mercedes Benz C 180» markalı, “**- GC-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın əvəzinin ödənilməsini tələb edir. Məhkəmə qeyd edir ki, iddiaçı, Cavabdeh1 ona dəymiş maddi ziyanın əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh1 təqsirli olması iş materialları ilə öz təsdiqini tapır. Sözügedən yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus «Mercedes» markalı «C-180» modeli **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəyməsi isə işin mübahisəsiz halıdır. Cavabdeh1 baş vermiş yol-nəqliyyat hadisəsində təqsirli olduğu üçün həmçinin onun həmin təqsirli hərəkət nəticəsində vurduğu maddi ziyana görə mülki hüquq məsuliyyəti yaranmışdır. Qanunvericiliyin tələbinə görə mülki hüquq pozuntusu (delikt) zərərvuranın, zərərçəkmiş fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzini tam həcmdə ödəmək öhdəliyini doğurur. Belə olan halda iddiaçının (zərərçəkmişin) Cavabdeh1 törətdiyi mülki hüquq pozuntusu nəticəsində ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək haqqı yaranır. Məhkəmə zərərin həcminə münasibətdə isə qeyd edir ki, zərərin həcmi iddiaçı tərəfindən 10630 manat məbləğində göstərilmiş, iddiaçı zərərin həmin həcmdə olması qənaətini iş materiallarındakı qüsur aktına istinad edərək əsaslandırmışdır. Halbuki məhkəmənin müvafiq qərardadına əsasən təyin olunmuş məhkəmə əmtəəşünaslıq ekspertizasına əsasən verilmiş ekspert rəyi ilə «Mercedes» markalı «C-180» modeli **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin həcmi 2025 (iki min iyirmi beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ekspert rəyini daha mötəbər sübut olaraq qəbul edir və hesab edir ki, zərərin həcmi müəyyən olunarkən sözügedən ekspert rəyi əsas götürülməlidir. Məhkəmə iddia tələbini digər Cavabdeh2 münasibətdə əsassız hesab edir. Belə ki, iş materiallarından və işin faktiki hallarından aydın olur ki, Cavabdeh2 sözügedən yolnəqliyyat hadisəsi zamanı toqquşan avtomobillərdən birinin, yəni Cavabdeh1 idarə etdiyi “NEW Holland TC 5050” markalı, 90-L-009 dövlət qeydiyyat nişanlı kombayn mexaniki nəqliyyat vasitəsinin mülkiyyətçisidir və o, həmin nəqliyyat vasitəsini idarə etməyə dair Cavabdeh1 etibarnamə ilə səlahiyyət vermiş, həmçinin Cavabdeh1 nəqliyyat vasitəsini idarə etmək hüququ olmuşdur. Beləliklə, sözügedən yol-nəqliyyat hadisəsinin baş verməsində, dolayısıyla həmin hadisə nəticəsində iddiaçıya məxsus avtomobilə maddi ziyan vurulmasında Cavabdeh2 heç bir təqsiri olmamışdır. Belə olan halda Cavabdeh2 iddiaçı qarşısında hər hansı bir məsuliyyətinin və öhdəliyinin yaranması istisnadır. Məhz bu səbəbdən iddia tələbi Cavabdeh2 münasibətdə təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1. maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2. maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1 maddəsinə əsasən, Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia Cavabdeh1 münasibətdə qismən təmin edilməli, iddiaçıya vurulmuş maddi ziyanın əvəzi olaraq 2025 (iki min iyimi beş) manat məbləğində pul Cavabdeh1 alınaraq İddiaçı verilməlidir. İddia tələbi qalan hissədə və digər Cavabdeh2 münasibətdə isə təmin edilməməlidir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək qeyd edir ki, məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumundan və ekspertiza xərcindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən dövlət rüsumunun iddia tələbinin təmin olunmuş hissəsinə uyğun olaraq 40.25 manat hissəsinin əvəzi Cavabdeh1 alınaraq iddiaçıya ödənilməli, 50 manat ekspertiza xərci isə Cavabdeh1 alınaraq Daşınar və Daşınmaz Əmlakın Qiymətləndirilməsi Xidməti MMC-nin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 iddiaçıya vurulmuş maddi ziyanın əvəzi qismində 2025 (iki min iyirmi beş) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 40.25 manat pul tutularaq İddiaçı verilsin. İddia qalan hissədə, həmçinin Cavabdeh2 münasibətdə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Cavabdeh1 alınaraq Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin hesabına, (KOD-200093, VÖEN- **********, müxbir hesab-AZ37NABZ********************, hesab- AZ66AİİB********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-42/2025
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-42/2025
30.07.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver