Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-422/2024 25.06.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: "xxxx" Kommersiya Bankı ASC Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbi ilə məhkəməyə müraciət edərək cavabdehdən 4625.6 manat əsas borc, 714.56 manat faiz, 42.69 manat cərimə borcu olmaqla cəmi 5382.85 manat pulun, 0.40 manat bank xidmət haqqının və ödənilmiş 73.83 manat dövlət rüsumunun əvəzinin alınaraq iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı "xxxx" Kommersiya Bankı ASC ilə cavabdeh arasında bağlanmış 547nkKPZ/22 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün xx.xx.2027-ci il tarixinədək illik 22% ödəmək şərtilə 4813 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 4 dekabr 2023-cü il tarixinə "xxxx" KB ASC-yə 4625.6 manat əsas, 714.56 manat faiz, 42.69 manat cərimə borcu olmaqla, cəmi 5382.85 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək iddianın təmin olunmasını məhkəmədən xahiş edir. İddiaçı "xxxx" Kommersiya Bankı ASC tərəfindən xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlanaraq Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə xx.xx.2024-ci il tarixinə təyin edilmiş məhkəmə iclasında iddiaçı tərəfin üzürlü səbəbdən iştirak edə bilməyəcəyi bildirilmiş və məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsi məhkəmədən xahiş olunmuşdur. Cavabdehə isə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilsə də o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 547nkKPZ/22 saylı kredit müqaviləsindən və ona əlavə edilmiş 1 saylı əlavədən görünür ki, "xxxx" Kommersiya Bankı ASC tərəfindən Cavabdeh xx.xx.2027-ci il tarixədək, illik 22% dərəcəsi ilə 4813 manat kredit verilmişdir. İş materiallarında olan 4 dekabr 2024-cü il tarixli elektron arayışdan görünür ki, Cavabdeh ilə "xxxx" Kommersiya Bankı ASC arasında bağlanmış 547nkKPZ/22 saylı kredit müqaviləsinə əsasən cavabdehin banka 4625.6 manat əsas, 714.56 manat faiz, 42.69 manat cərimə, ümumi 5382.85 manat borcu vardır. İş materiallarına əlavə edilmiş 16 avqust 2023-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, 547nkKPZ/22 saylı kredit müqaviləsinə əsasən borcunu 3 iş günü ərzində ödəməsi təklif olunmuş, əks təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetiməmiş, nəticədə onun bank qarşısında öhdəlikləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739-cu maddəsinə əsasən, pul müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində pul verənə qaytarmağı öhdəsinə götürür. Pul müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə hesab edir ki, cavabdeh müqavilədə göstərilən öhdəliyini yerinə yetirmədiyindən iddiaçı hazırki tələbində haqlıdır. Ona görə də iddia tələbi təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə 4625.6 manat məbləğində əsas borc, 714.56 manat məbləğində faiz, 42.69 manat cərimə borcu olmaqla, cəmi 5382.85 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə 0.40 manat bank xidmət haqqının və ödənilmiş 73.83 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 4625.6 manat məbləğində əsas borc, 714.56 manat məbləğində faiz, 42.69 manat cərimə borcu olmaqla, cəmi 5382.85 (beş min üç yüz səksən iki manat, səksən beş qəpik) manat pul, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 73.83 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının əvəzi tutularaq iddiaçı "xxxx" Kommersiya Bankı ASC-yə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qətnamə qanuni qüvvəyə minir. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-422/2024
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-422/2024
25.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver