Məhkəmə qərarları › İş №2(058)-425/2025

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-425/2025

22.05.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-425/2025 22.05.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Zərgərli Ata Nərbala oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə “akt əsasında əsassız yazılmış borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən xx.xx.2024-cü il tarixli, 327158 nömrəli akt əsasında **********00311 abunə koduna hesablanmış 706.75 manat məbləğində borcun onun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Samux rayonu Qarabağlılar kəndində 2020-ci ildən yaşayır və qeydiyyatdadır. Yaşamaq üçün nataman olan mənzilin torpaq sahəsini X1 17 dekabr 2024-cü il tarixində AN-İ №1300498 nömrəli alqı-satqı müqaviləsi ilə rəsmiləşdirmiş olsa belə həmin mənzilin inşasının davamı 2020-ci ildən sonra onun tərəfindən olmuşdur. Həmin mənzilin elektrik sayğacı alqı-satqı etdiyi şəxsin atası Vəliyev Mehdinin adınadır. Smart kart tipli sayğacdır. Mənzili əldə etdikdən sonra daima əvvəlcədən istifadə etdiyi qədər məbləği karta yükləyib, elektrik enerjisindən istifadə etmişdir. Lakin tarif şurasının elektrik enerjisi dəyərinin artımı ilə əlaqədar olaraq istifadəsində olan smart kart sayğacının smart kartının tarifə uyğun olaraq proqram yenilənməsi üçün cavabdehin Samux rayon EŞ-nə müraciəti zamanı onun sayğacına akt və cərimə tətbiq olunduğunu, borcunun olduğunu bildirmişlər və ondan borcun ödənilməsini tələb etmişlərdir. O, isə onlara bildirmişdir ki, onun cərimədən və tərtib olunmuş aktdan xəbəri və məlumatı yoxdur. Həmin zaman kompüter bazasından məhkəməyə təqdim etdiyi 327158 nömrəli aktı və abonent saldosu cədvəlini təqdim etmişlərdir. Aktda qeyd edilib ki, o sayğacdan kənar xəttdən istifadə edir və istifadə etdiyi oğurluq olduğu iddia edilənin dəyəri 1.1 kv/saatdır. Araşdırması zamanı aktda Pfaktiki=1.1 kv/saat hesabat düzgün deyil, ora birbaşa guya oğurluq etdiyi naqildən axan cərəyanın meyarı yazılması idi. Həmin cərəyan xüsusi A(amper) meyarı görülmədən P faktiki-nin tapılması mümkün deyil Ondan, axan cərəyan vurulmalı idi bir fazlı üçün 220 volta nəticədə isə Pfaktinin dəyəri bilinərdi. Aydın olaraq görünür ki, onun oğurluğu sübutsuzdur. Həmin vaxtda sübutu ona təqdim edə bilməmişdirlər. Onun cavabdehə vermiş olduğu suallarada heç bir cavab ala bilməmişdir, əgər o sayğacın giriş hissəsini yaralayıb oğurluq edirdisə niyə həmin oğurluğun tərtib olnumuş aktdan sonra oğurluğun qarşısını almaq üçün həmin akta uyğun heç bir tədbirlər həyata keçirilməmişdirlər. Yəni heç bir qüsurun ləvği ilə bağlı protokol tərtib olunmamışdır. Həmin protokol tərtib olunmadan qanuna uyğun olaraq onun “etmiş və etməmiş” olduğu oğurluğun akta uyğun hesabatı aparılması qanuna uyğun deyil. Aktın tərtibatı verilməmişdir nə onun imzası, nədə onun iştirakı ilə bağlı heç bir qeyd aparılmamışdır. Aktda M. Vəliyevin adı qeyd olunmuşdur, deyilənə görə M.Vəliyev onun vaxtında imtina edib , M.Vəliyev 2020-ci ildə vəfat etmişdir. Aydın olaraq görünür ki, həmin aktın şablon formada və qanunsuz olması həqiqətdir. 327158 nömrəli qanuna uyğun olmayan tərtib olunmuş akt əsasında ona əsassız olaraq 706.75 azn cərimə məbləği hesablanmışdır. Buna görə də tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə isə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilsə də o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: "xxxx" ASC tərəfindən tərtib edilmiş 22 yanvar 2024-cü il tarixli, AKT 327158 nömrəli aktın surətindən görünür ki, Samux rayonu Qarabağlılar kəndində yerləşən X2 yaşadığı ünvanda sayğaca EEİQ-na uyğun olaraq gecə reydi zamanı sayğaca baxış keçirilmiş, abonent tərəfindən giriş kabelindən kənar xətt götürüldüyü müəyyən edilmişdir. Abonentin saldosu adlı sənədin surətindən görünür ki, X4 akt əsasında 706.75 manat borc yazılmışdır. xx.xx.2024-cü il daşınmaz əmlakın alqı satqı müqaviləsinin surətindən görünür ki, satıcı X3 tam mülkəyyətində olan ünvan 2i ünvanında yerləşən, ümumi sahəsi 0.06 ha olan torpaq sahəsini alıcı İddiaçı satılmışdır. “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarının 7.11-ci hissəsinə görə yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 19.16-cı maddəsinə görə qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir. Qanunvericiliyə əsasən istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə elektrik xəttinə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib edilməli və həmin aktın bir nüsxəsi barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsi isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsinə əsasən az miqdarda, yəni 5000 manatdan yuxarı olmayan məbləğdə ziyan vurulduqda), cinayət tərkibinin əlamətləri olduqda isə (Cinayət Məcəlləsinin 189-1.1-ci maddəsinə əsasən vurulmuş ziyan 5000 manatdan yuxarı olduqda) cinayət təqibi orqanına təqdim edilməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə elektik paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Göründüyü kimi cavabdeh qanunvericiliyin tələblərinə əməl etməmiş, sayğaca müdaxilə, habelə elektrik sayğacına qanunsuz müdaxilə halları ilə bağlı tərtib edilmiş aktlar inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına və ya cinayət təqibi orqanına təqdim edilməmişdir. İş materiallarında istehlakçının sayğaca müdaxiləsi ilə bağlı təqsirinin müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarı ilə sübuta yetirilməsi barədə heç bir sübut aşkar edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddia tələbində sözügedən akt əsasında yazılan borc abonent (istehlakçı) X4 yazılsa da hazırda həmin ünvanda İddiaçı yaşayır və sayğacdan da o istifadə edir. Bu əsasla da iddiaçı hazırki iddia tələbini irəli sürməkdə subyektiv hüquqa malikdir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddiaçının tələblərinin və cavabdehin etirazlarının hüquqi taleyi bilavasitə sübutetmə yükü ilə bağlıdır,həmçinin işin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisidir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan hal kimi rədd edə bilər. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Beləliklə, məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, tərəflər arasında yaranmış hüquq münasibətlərini tənzimləyən normalara əsaslanaraq, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini əsaslı sayır və onun təmin edilməsi qənaətinə gəlir. Məhkəmə hesab edir ki, cavabdeh "xxxx" ASC tərəfindən Samux rayonu, Qarabağlılar kəndində fərdi yaşayış evində yaşayan X4 **********00311 saylı abunə koduna xx.xx.2024-cü il tarixli, 327158 nömrəli akt əsasında hesablanmış 706.75 manat məbləğində borc borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Samux rayonu, Qarabağlılar kəndində yerləşən fərdi yaşayış evində elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə abonent X4 (abonent kodu **********00311) cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixli 327158 nömrəli akta əsasən hesablanmış 706.75 manat məbləğində borc silinsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar