Məhkəmə qərarları › İş №2(058)-433/2025

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-433/2025

17.06.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-433/2025 17.06.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Tağıyev Cavid Firqət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 3319 manat (üç min üç yüz on doqquz) pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o Qarabağ Müharibəsi veteranıdır və döyüşlərdə yaralandığına görə İİİ qrup müharibə əlilidir. Əlilliyi ilə əlaqədar 365 manat pensiya alır. 2014-cü ilin aprel ayından Samux rayon Su-Kanal idarəsində çilingər vəzifəsində işə başlamış. Təşkilatın rəhbəri Cavabdeh olmuşdur. Cavabdeh tərəfindən ona təkid olunmuşdur ki, qardaşı X2 adına kredit götürsün. Həmin kredit müqaviləsində zamin kimi durmalıdır. O razılaşmadıqda isə onu işdən çıxarmaqla hədələdişmişdir. O məcburiyyət qarşısında qalıb xx.xx.2014-cü il tarixdə "xxxx" KB ASC ilə bağlanan 3164micKPZ/14 saylı kredit müqaviləsində zaminlik müqaviləsi bağlamışdır. Həmin bankda kredit müqaviləsində zamin kimi göstərilməsinə baxmayaraq Cavabdeh xərcləmişdir. Real olaraq o iddiaçı kreditə götürülən puldan xərcləməmişdir və ona çatmamışdır. Zaminliyi də cavabdehin tabe üçün onun təhdidləri və psixoloji təsiri nəticəsində olmuşdur. Öz ərizəsi ilə mart ayında işdən çıxmışdır. Samux rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(058)- 1646/2016 məhkəmə əmri ilə kredit borcu ödənilmədiyi üçün 4 nəfər şəxsə yəni, X3, X6, Cavabdeh və ona müştərək qaydada 10595, 98 USD məbləğində kredit borcunun ödənilməsi əmr edilmişdir. Onun həmin məhkəmədən xəbəri olmamışdır. O əlillik pulu aldığı sosial müavinət kartından kredit borcunun ödənilməsi məqsədi ilə pul tutulur. Bu günə kimi ondan 3200 manat pul tutulmuşdur və bundan sonra 1300 manat tutulması nəzərdə tutulmuşdur. Dəfələrlə cavabdehə götürüb xərclədiyi kredit borcunun ödənilməsini xahiş etsədə heç bir nəticəsi olmamışdır. Belə ki, cavabdeh dəfələrlə təkiddən və xahişdən sonra ona cəmi 1185 manat pul ödəmişdir. Lakin sonradan cavabdeh ona pul ödənişlərini dayandırmışdır və qətiyyətlə bildirmişdir ki, daha ona pul ödəməyəcək. O, hazırda heç bir yerdə işləmir. Ailəsini aldığı pensiya ilə dolandırır. Cavabdehin hərəkətləri nəticəsində maddi durumum aşağı səviyyəyə düşmüşdür. Cavabdeh real olaraq gələcək ödənişləridə nəzərə alınmaqla ona 3318 manat pul ödəməlidir. Belə ki, məhkəmə əmrində 4 nəfər arasında müştərək qaydada 10595, 98 USD ödənilməsi əmr edilmişdir. Həmin məbləği dörd hissəyə böldükdə onun payına 2649 USD məbləğində düşür. Həmin məbləği azərbaycan manatına çevirdikdə 4504 manat təşkil edir. Həmin məbləğin 1185 manatı cavabdeh tərəfindən ona ödənildiyi üçün qalıq borc 3319 manat təşkil edir. Bu səbəbdən də cavabdehin ona olan 3319 manat borcunun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək həmçinin bildirdi ki, onun, öhdəliyinin icrasına zamin durduğu şəxs, yəni sözügedən kredit müqaviləsi üzrə əsas borclu X4r. Lakin buna baxmyaraq o, əsas borclunun əvəzinə ödədiyi pulu X1 deyil, onun qardaşı Cavabdeh tələb edir. Belə ki, kredit müqaviləsi üzrə əsas borclunun X7 olmasına və onun H.Cəfərovun öhdəliyinin icrasına zamin durmuş olmasına baxmayaraq H.Cəfərovun götürdüyü kredit məbləği realda onun qardaşı Cavabdeh çatıb. Əslində məhz Cavabdeh onu məcbur edib ki, qardaşı H.Cəfərovun öhdəliyinin icrasına zamin dursun. Belə ki, həmin vaxt Cavabdeh onun müdiri olub və o məcbur qalaraq onun dediyini yerinə yetirib. Məhkəmənin müvafiq əmrinə əsasən sözügedən kredit müqaviləsi üzrə borcun əsas borcludan və zaminlərdən müştərək qaydada tutulması əmr edilmiş və məhkəmə əmri icra olunaraq sözügedən borc onun əmək haqqından tutulmuşdur. Belə olan halda o hesab edir ki, onun zamin olaraq əsas borclunun əvəzinə ödədiyi pulun əvəzinin qaytarılmasını tələb etmək hüququ var. Kredit məbləği isə realda müqavilə üzrə əsas borcluya deyil, onun qardaşı Cavabdeh çatdığından o, hazırda ödəmiş olduğu pulu Cavabdeh tələb edir. Tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdehə isə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilsə də o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib və iş materiallarında olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş Samux Rayon Məhkəməsinin 05 sentyabr 2016-cı il tarixli 2(058)-1646/2016 saylı Məhkəmə Əmrinin surətindən görünür ki, xx.xx.1980-ci ildə Samux rayonu, Ağasıbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Samux rayonu, Ağasıbəyli kəndində qeydiyyatda olan, hazırda həmin ünvanda yaşayan X1, xx.xx.1958-ci ildə Xanlar rayonu, Ağasıbəyli kəndində anadan olmuş. Azərbaycan Respublikasının vətəndaşı. Samux rayonu, Ağasıbəyli kəndində qeydiyyatda olan, hazırda həmin ünvanda yaşayan X5, 19,07.1974-cü ildə Samux rayonu, Ağasıbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Samux rayonu Ağasıbəyli kəndində qeydiyyatda olan, hazırda həmin ünvanda yaşayan İddiaçı və xx.xx.1960-cı ildə Samux rayonu Ağasıbəyli kəndində anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı Samux rayonu, Ağasıbəyli kəndində qeydiyyatda olan, hazırda həmin ünvanda yaşayan Cavabdeh əsas borc kimi 8862.90 USD. faiz borcu kimi 1449.27 USD, cərimə borcu kimi 283.81 USD, cəmi 10595.98 USD milli manat ekvivalentində və ödənilmiş dövlət rüsumuna görə 20 manat tutularaq "xxxx" ASC-nin xeyrinə verilməsi əmr edilmişdir. İş materiallarına əlavə edilmiş İnkasso Sərəncamınlarından görünür ki, sözügedən borcun İddiaçı əmək haqqından tutulması barədə Samux Rayon İcra və Probasiya Şöbəsi tərəfindən çoxsaylı inkasso sərəncamları verilmişdir. İşin faktiki hallarından aydın olduğu kimi, İddiaçı "xxxx" KB ASC ilə X7 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas borclunun öhdəliyinin icrasına zaminlik öhdəliyini üzərinə götürmüşdür. Əsas borclu və zaminlər öhdəliyi icra etmədiyinə görə "xxxx" KB ASC ərizə ilə məhkəməyə müraciət edərək həm əsas borcludan, həm də zaminlərdən borcun müştərək qaydada tutulmasını tələb etmişdir. Məhkəmənin müvafiq əmri ilə sözügedən kredit müqaviləsi üzrə borcun əsas borclu X1, zaminlər X5, İddiaçı və Cavabdeh müştərək qaydada tutularaq "xxxx" KB ASC-nə ödənilməsi əmr edilmişdir. İş materiallarından aydın olur ki, sözügedən məhkəmə əmrinin icrası üzrə İddiaçı əmək haqqından borcun tutulması barədə inkasso sərəncamları verilmişdir. Hazırda İddiaçı onun əmək haqqından tutulan ödəmələrin əvəzini sözügedən kredit müqaviləsi üzrə digər zamin Cavabdeh tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.2. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə görə öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Məlumdur ki, kreditorun tələb hüququ həm əsas borcluya, həm də zaminlərə qarşı sözügedən kredit müqaviləsi üzrə öhdəliyin icrasını tələb etmək hüququdur. Yəni kreditor qarşısında öhdəlyin icrası vəzifəsini həm əsas borclu, həm də zaminlər müştərək qaydada daşıyırlar və onlar kreditor qarşısında birgə borclu kimi çıxış edirlər. Kreditor haqlı olaraq həmin şəxslərə qarşı iddia qaldıraraq onlar tərəfindən müştərək qaydada borcun qaytarılmasını tələb etmiş və məhkəmənin müvafiq qərarı ilə borc, əsas borcludan və zaminlərdən müştərək qaydada tutulmuşdur. Hazırda zaminlərdən biri, yəni hazırki iş üzrə iddiaçı borcun müəyyən hissəsini ödəmişdir. Belə olan halda, kreditorun əsas borcluya və zaminlərə qarşı olan tələb hüququ zaminin kreditorun tələbini ödədiyi həcmdə zaminə, yəni iddiaçıya keçmiş, yəni artıq əsas borclu və digər zaminlər öhdəlyi icra etmiş zamin qarşısında birgə borcluya çevrilmişlər. İddiaçının tələb hüququ bütün birgə borclulara qarşı yaranmasına baxmayaraq o, əsas borclunu və digər zamini nəzərə almadan iddia tələbini yalnız bir zaminə qarşı irəli sürmüşdür. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi əsaslı deyil və təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar