Məhkəmə qərarları › İş №2(058)-443/2023

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-443/2023

16.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-443/2023 16.05.2023 SAMUX RAYON MƏKƏMƏSİ X9 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «kredit borcu» tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-ti Cavabdeh qarşı «kredit borcu» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 vərəsəsi Cavabdeh nəğd kredit üzrə 5795,98 manat əsas, 70,27 manat faiz olmaqla, ümumilikdə 5866,25 manat borcun, kart limiti üzrə 1999,81 manat əsas, 45,94 manat faiz borcu olmaqla, ümumilikdə 2045,75 manat borcun və ödənilmiş 99,12 (doxsan doqquz manat, on iki qəpik) manat dövlət rüsumu, 0.80 manat xidmət haqqının "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə X5 arasında xx.xx.2020-ci il tarixli, BPM**********90 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X4 illik 23 %-lə, 48 ay müddətinə 7000 manat nəğd kredit və 36 ay müddətinə illik 24 faiz olmaqla 2000 manat məbləğində kart limiti verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan həmin müqavilə ilə müəyyən edilmişç müddətdə kredit məbləğinin və ona hesablanan faizləri ödəməlidir.X5 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Samux Rayon Notariat Ofisinin xx.xx.2022-ci il tarixli 392 nömrəli cavab məktubundan görünür ki X1 qalmış mirasa Cavabdeh qanun üzrə vərəsə kimi vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş,bankın “Gəncə” filialı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən X3 banka ödənilməmiş nəğd kredit üzrə 5795,98 manat əsas borcu, vəfat etdiyi tarixə 70,27 manat faiz borcu, xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən X3 ödənilməmiş kart limiti üzrə 1999,81 manat əsas borcu, vəfat etdiyi tarixə 45,94 manat faiz borcu qalmışdır. Cavabdeh mərhum X1 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın bank qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini tam şəkildə yerinə yetirməmişdir. İddiaçının nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, iddiaçı ilə onun arvadı X5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən sonuncuya 48 ay müddətinə illik 23 faizlə 7000 manat məbləğində kredit verilmiş və 36 ay müddətinə illik 24 faiz olmaqla 2000 manat məbləğində kart limiti verilmiş, arvadı X5 banka ödənişlər etsə də, xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Məhkəmə tərəfindən müəyyən vaxt verilərsə o, arvadının banka olan borcunu hissə-hissə ödəyə bilər. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, xx.xx.2020-ci il tarixli BPM**********90 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən X4 48 ay müddətinə illik 23 faizlə 7000 manat məbləğində kredit və xx.xx.2020-ci il tarixli BPM**********90 nömrəli “tam kart çərçivə” müqaviləsi üzrə 36 ay müddətinə illik 24 faiz olmaqla 2000 manat məbləğində kart limiti verilmişdir. xx.xx.2021-ci il tarixdə Samux rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Samux rayon notariat ofisi tərəfindən verilmiş məktubda, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X3 adına vərəsəlik işi açılmış Samux rayonu, Nəbiağalı qəsəbəsində qeydiyyatda olan əri Cavabdeh vərəsəliyi qəbul etmiş və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Azərbaycan Respublikası MPM-nin 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Həmin maddənin 58.2-ci maddəsinə əsasən hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh əsas borc üzrə 5795,98 manat, faiz borcu üzrə 70,27 manat, cəmi 5866,25 manat borc, kart limiti üzrə 1999,81 manat əsas borc, 45,94 manat faiz borcu, cəmi 2045,75 manat borc və ödənilmiş 99,12 (doxsan doqquz manat, on iki qəpik) manat dövlət rüsumu, 0.80 manat xidmət haqqı "xxxx" ASCnin xeyrinə tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh əsas borc üzrə 5795,98 manat, faiz borcu üzrə 70,27 manat, cəmi 5866,25 manat borc, kart limiti üzrə 1999,81 manat əsas borc, 45,94 manat faiz borcu, cəmi 2045,75 manat borc və ödənilmiş 99,12 (doxsan doqquz manat, on iki qəpik) manat dövlət rüsumu, 0.80 manat xidmət haqqı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar