Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-452/2023 03.05.2023 SAMUX RAYON MƏKƏMƏSİ X3 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit borcu» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit borcu» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ümumlikdə xx.xx.2022-ci il tarixli, 800804-265972/2 nömrəli kredit müqaviləsi üzrə 17,894.65 manat əsas borcu və 1,753.08 manat faiz borcu olmaqla, cəmi 19,647.73 (on doqquz min altı yüz qırx yeddi 73 qəpik) manat borcun və ödənilmiş 149.35 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, 800804-265972/2 nömrəli kredit müqaviləsinə əsasən borcluya 48 ay müddətinə, illik 18 faiz dərəcəsi ilə 20000 (iyirmi min) manat verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiqi olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o banka olan borcunu ödəməmişdir. 21 fevral 2023-cü il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 17,894.65 manat məbləğində əsas borc və 1,753.08 manat faiz borcu olmqla, ümumlikdə 19,647.73 (on doqquz min altı yüz qırx yeddi 73 qəpik) manat kredit borcu yaranmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə bankın xidməti tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının banka ödənilməsini öhdəsinə götürmüşdür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissəhissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranmışdır. Belə ki, borcalan krediti vaxtında ödəməmiş və nəticədə kecikdirilmiş kredit yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında bildirdi ki, onun İddiaçı ASC-nə borcu vardır. Maddi imkanı zəif olduğundan borcunu ödəyə bilməmişdir. O, borcunu hissə-hissə ödəyəcəyini bildirdi və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasına etiraz etmədi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, xx.xx.2023-cü il tarixdə İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışdan görünür ki, İddiaçı ASC-nin müştərisi olan Cavabdeh xx.xx.2022-ci il tarixli, 800804-265972/2 nömrəli kredit müqaviləsinə əsasən 18 faiz dərəcəsi ilə 48 ay müddətinə 20000 manat məbləğində kredit götürmüşdür. xx.xx.2023-cü il tarixdə İddiaçı ASC-yə cəmi 17,894.65 manat əsas borc və 1,753.08 manat faiz borc olmaqla, cəmi 19,647.73 manat borcu mövcuddur və kredit müqaviləsi üzrə gecikmə 120 təşkil edir. xx.xx.2022-ci il tarixdə İddiaçı ASC tərəfindən verilmiş 800804-265972/2 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh illik 18 faiz olmaqla, 48 ay müddətinə 20000 manat məbləğində kredit verilmişdir. xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri İddiaçı ASC tərəfindən verilmiş xəbərdarlıqdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixədək 18723.6 manat olan borcu ödəmədiyi təqdirdə barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görüləcəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh əsas borc üzrə 17,894.65 manat, faiz borcu üzrə 1,753.08 manat, cəmi 19,647.73 manat və ödənilmiş 149.35 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh əsas borc üzrə 17,894.65 (on yeddi min səkkiz yüz doxsan dört manat 73 qəpik) manat, faiz borcu üzrə 1,753.08 (min yeddi yüz əlli üç manat 08 qəpik) manat, cəmi 19,647.73 (on doqquz min altı yuz qırx yeddi manat 73 qəpik) manat və ödənilmiş 149.35 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən bir ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(058)-452/2023
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-452/2023
03.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver