Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-454/2023 01.11.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun və dəymiş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı ASC Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun və dəymiş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli, 02/02162 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1710 manat borcun, 1 ədəd Nova 340 markalı taxılyığan kombayının tam bərpası üçün hesablanmış 11197 manat dəymiş maddi ziyanın əvəzinin və 128.72 manat dövlət rüsumunun, cəmi 13035.72 manat pulun Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 02/02162 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd Nova 340 markalı taxılyığan kombayn ona istifadəyə verilmişdir. İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən 4 000 manat həcmində olan öhdəlikdən 2290 manat ödəniş edilmişdir. Cavabdehin hazırda 1710 manat borcu vardır. Cavabdeh vaxtında iddiaçya olan borcunu qaytarmadığından iddiaçı dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etsə də, o, müxtəlif bəhanələrlə kreditora olan borcunu ödəməkdən yayınmışdır. Odur ki, iddia tələbinin təmin edilməsi xahiş olunur. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək ərizədə göstərilənlərlə uyğun izahat verdi, həmçinin bildirdi ki, ekspert rəyi ilə razıdır, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdehə isə məhkəmə iclasının yeri və vaxtı barədə göndərilən bildirişlər ona çatmadığından, məhkəmə, məhkəmə bildirişini onun qeydiyyatda olduğu inzibati ərazi dairəsi üzrə nümayəndəliyə göndərərək cavabdehə təqdim olunmasını xahiş etmiş, nümayəndəlik tərəfindən məhkəməyə ünvanlanmış məktubda cavabdehin həmin ərazidə qeydiyyatda olmasına baxmayaraq hal-hazırda orada yaşamadığı və onun harada yaşaması barədə onlarda heç bir məlumatın olmadığı bildirilmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 02/02162 nömrəli operativ lizinq müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən NOVA 340 markalı, buraxılış ili 2019 olan kombayn Cavabdeh 4000 manat lizinq ödənişi etmək şərtilə 01 ay müddətinə lizinqə verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli 2749-2022 saylı pretenziya məktubunun surətindən görünür ki, Cavabdeh ödənilməmiş 1710 manat borcunun qalması, həmin borcun qısa zaman ərzində ödənilmədiyi halda məhkəməyə müraciət olunacağı barədə məlumatlandırılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli lizinq müqaviləsi üzrə qalıq borcu 1710 manat təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli texnikanın geri qaytarılarkən tərtib edilmiş aktın surətindən görünür ki, Nova 340 markalı taxılyığan kombayn mühərriki və yağlama sistemi yararsız vəziyyətdə, ümumi və yanacaq sistemi isə nasaz vəziyyətdə İddiaçı ASC-nə geri qaytarılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/6084 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə 2019-cu il buraxılışlı, “Nova 340” markalı, ЯM3-5342S model, 22 AB-070 dövlət qeydiyyat nişanlı taxılyığan kombaynın təmir-bərpa xərci təxminən 11197 manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış operativ lizinq müqaviləsinə əsasən, İddiaçı ASC 1 ədəd Nova 340 markalı taxılyığan kombaynı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, 4000 manat ödəniş məbləğini müqavilə müddəti ərzində ödəmək şərtilə cavabdehə istifadəyə vermişdir. İddiaçı lizinq müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada yerinə yetirməmişdir. Belə ki, cavabdeh müqavilə müddəti ərzində ödəməli olduğu 4000 manat puldan 2290 manatını ödəmiş, qalan 1710 manat pulu isə ödəməmişdir. Eyni zamanda lizinq alan lizin obyektini lizinq verəndən təhvil alarkən lizinq obyeti saz vəziyyətdə olmasına baxmayaraq, lizinq alan tərəfindən nasaz vəziyyətdə lizinq verənə geri qaytarılmışdır. Məhkəmə hesab edir ki, iddiaçı lizinq ödənişinin ödənilməmiş hissəsini və lizinq okbyektinə dəymiş zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, iddiaçının tələbinin əsaslı olması iş materialları ilə tam təsdiqini tapır. Həmçinin iddiaçı tərəfindən iddia ərizəsində göstərilmiş maddi zərərin həcmi iş üzrə verilmiş ekspert rəyi ilə müəyyən olunmuş maddi zərərin həcmi ilə üst-üstə düşür. Bu da o qənaətə gəlməyə əsas verir ki, iddia tələbi tam təmin olunmalı, cavabdehdən lizinq ödənişinin ödənilməmiş hissəsi və lizinq okbyektinə dəymiş zərərin əvəzi tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 128,72 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə hesab edir ki, iddia tələbi tam təmin olunduğundan iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi də cavabdehdən tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i̇ İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, 02/02162 nömrəli operativ lizinq müqaviləsi üzrə 1710 (min yeddi yüz on) manat lizinq ödənişi, dəymiş maddi ziyanın əvəzi qismində 11197 (on bir min yüz doxsan yeddi) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 128,72 (yüz iyirmi səkkiz manat yetmiş iki qəpik) manat pul tutularaq İddiaçı ASC-nə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-454/2023
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-454/2023
01.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver