Məhkəmə qərarları › İş №2(058)-466/2025

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-466/2025

18.06.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-466/2025 18.06.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Tağıyev Cavid Firqət oğlunun katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X4 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə “akt əsasında əsassız yazılmış borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixli, 000196 nömrəli akt əsasında hesablanmış 947.28 manat məbləğində borcun onun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, bildirirəm ki, o Samux rayonunun Alıuşağı kəndində evi var, hazırda o ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. O, elektrik enerjisindən və digər kommunallardan istifadə edir və qeyd olunan kommunallara aid sayğaclar quraşdırılıb. Həmçinində hazırda onların yaşadığı evin elektrik sayğacı mərhum anası X2 adına quraşdırılmışdır. Təxminən 2 il əvvəl yaşadığı evə quraşdırılmış elektrik sayğacı dəyişdirirlib və həmin vaxt da heç bir borcları olmayıb, beləki hər ay sərf etdikləri elektrik enerjisinin dəyərini vaxtı-vaxtında ödəmiş, buna baxmayaraq qanunsuz və əsassız olaraq Samux rayon Elektrik şəbəkəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixli, 000196 nömrəli aktla güya - "E.E.İ.Q-na uyğun olaraq sayğaclara baxış keçirilən zaman məlum olmuşdur ki, fərdi yaşayış evinə məxsus elektrik sayğacının qoşulma sxemi səhvdir. Belə ki, kənar mənbədən sıfır (0) verməklə sayğac dövrədən kənarlaşdırılmışdır. Xəttən axan yük Pdən=l,9 kvt (bir tam onda doqquz) P-dən=0,05 kvt (sıfır tam yüzdə beş) naqilin kəsiyinin sahəsi J=2xl0mm2-lik naqilidir. P-qoy=l lkvt təşkil edir" xx.xx.2024- cü il tarixli, 000196 nömrəli aktdan da göründüyü kimi akta iki nəfər imza atıb və həmin şəxslərdə cavabdehin öz nümayəndələri olub. Lakin evin sahibi, ailə üzvlərindən, və qonşulardan kimsə aktda imza atmamışdır. Sayğaca müdaxilə olunubsa belə bu cavabdehin öz nümayəndələrinin işidir. xx.xx.2024-cü il tarixli, 000196 nömrəli akt əsasında ona yazılmış 947.28 (doqquz yüz qırx yeddi manat iyirmi səkkiz qəpik) manat cəriməni qəti olaraq qəbul etmir. Odur ki, qeyd etdiyi əsaslara görə hesab edir ki, Samux Elektrik şəbəkəsinin əməkdaşları tərəfindən artıq olaraq ona yazılmış 947.28 (doqquz yüz qırx yeddi manat iyirmi səkkiz qəpik) manat borc silinməlidir. Aydın olaraq görünür ki, həmin aktın şablon formada və qanunsuz olması həqiqətdir. 000196 nömrəli qanuna uyğun olmayan tərtib olunmuş akt əsasında ona əsassız olaraq 947.28 azn cərimə məbləği hesablanmışdır. Buna görə də tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh nümayəndəsi X7 iddianı qəbul etməyərək bildirdi ki, iddia tələbi əsassızdır, sözügedən akt iddiaçının sayğaca qanunsuz müdaxiləsi səbəbilə tərtib edilmiş və ona müvafiq borc hesablanmışdır. Tələbin rədd edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: "xxxx" ASC tərəfindən tərtib edilmiş 11 mart 2024-cü il tarixli, AKT 000196 nömrəli aktın surətindən görünür ki, Samux rayonu Alıuşağı kəndində yerləşən fərdi yaşayış evində EEİQ-na uyğun olaraq sayğaca baxış keçirilən zaman məlum olmuşdur ki, fərdi yaşayış evinə məxsus elektrik sayğacının qoşulma sxemi səhvdir. Belə ki kənar mənbədən sıfır (0) verməklə sayğac dövrədən kənarlaşdırılmışdır. Xətdən axan yük Px=1.9 kvt, Psay=0,05 kvt naqilin en keşiyinin sahəsi 1+2x10 mm naqildir. Ppay=11 kvt təşkil edir Abonentin saldosu adlı sənədin surətindən görünür ki, X3 akt əsasında 947.28 manat borc yazılmışdır. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2020-ci il tarixdə Samux rayonu Alıuşağı kəndində ölmüşdür. Doğum şəhadətnaməsinin surətindən görünür ki, X1 Elsevər Firudin oğlunun anasıdır. “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarının 7.11-ci hissəsinə görə yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 19.16-cı maddəsinə görə qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir. Qanunvericiliyə əsasən istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə elektrik xəttinə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib edilməli və həmin aktın bir nüsxəsi barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsi isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsinə əsasən az miqdarda, yəni 5000 manatdan yuxarı olmayan məbləğdə ziyan vurulduqda), cinayət tərkibinin əlamətləri olduqda isə (Cinayət Məcəlləsinin 189-1.1-ci maddəsinə əsasən vurulmuş ziyan 5000 manatdan yuxarı olduqda) cinayət təqibi orqanına təqdim edilməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə elektik paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Göründüyü kimi cavabdeh qanunvericiliyin tələblərinə əməl etməmiş, sayğaca müdaxilə, habelə elektrik sayğacına qanunsuz müdaxilə halları ilə bağlı tərtib edilmiş aktlar inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına və ya cinayət təqibi orqanına təqdim edilməmişdir. İş materiallarında istehlakçının sayğaca müdaxiləsi ilə bağlı təqsirinin müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarı ilə sübuta yetirilməsi barədə heç bir sübut aşkar edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddia tələbində sözügedən akt əsasında yazılan borc abonent (istehlakçı) X3 yazılsa da hazırda M.Cəfərova vəfat etdiyindən həmin ünvanda onun oğlu, İddiaçı yaşayır və sayğacdan da iddiaçı istifadə edir, ona görə də o, hazırki iddia tələbini irəli sürməkdə subyektiv hüquqa malikdir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddiaçının tələblərinin və cavabdehin etirazlarının hüquqi taleyi bilavasitə sübutetmə yükü ilə bağlıdır,həmçinin işin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisidir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan hal kimi rədd edə bilər. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Beləliklə, məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, tərəflər arasında yaranmış hüquq münasibətlərini tənzimləyən normalara əsaslanaraq, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbinin qismən təmin edilməsi qənaətinə gəlir. Belə ki, iddiaçı iddia tələbində akt əsasında ona əsassız olaraq yazılmış 947,28 manat borcun silinməsini tələb etsə də, iş materiallarından aydın olur ki, sözügedən akt əsasında hesablanmış borc 923,58 manat təşkil edir. Məhkəmə hesab edir ki, cavabdeh "xxxx" ASC tərəfindən Samux rayonu, Alıuşağı kəndində fərdi yaşayış evində yaşamış X3 məxsus **********00164 saylı abunə koduna xx.xx.2024-cü il tarixli, 000196 nömrəli akt əsasında hesablanmış 923.58 manat məbləğində borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Samux rayonu, Alıuşağı kəndində yerləşən fərdi yaşayış evində elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə abonent X3 (abonent kodu **********00164) cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixli 000196 nömrəli akta əsasən hesablanmış 923.58 manat borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar