Məhkəmə qərarları › İş №2(058)-48/2023

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-48/2023

30.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-48/2023 30.03.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddia qaldıraraq, Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 1106,03 manat əsas borc, 1566,74 manat faiz, 1178,03 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstituiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 155,40 manat faiz borcu və 60,07 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 22 avqust 2017-ci il tarixli, KM007T08170040S01saylı kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC-dən illik 29 %-lə 24 ay müddətinə 1500 manat məbləğində kredit götürmüşdür. xx.xx.2022-ci il tarixinədək cavabdehin ləğv prosesində olan İddiaçı ASC-yə 1106,03 manat əsas, xx.xx.2022-ci il tarixinə hesablanmış 1566,74 manat faiz, 1178,03 manat cərimə, ümumilikdə 4006,20 manat məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq borclu müqavilə üzrə öhdəliklərini icra etməkdən imtina edir. Ona görə də, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X1 iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, ekspert rəyi ilə razıdır, iddia tələbinin ekspert rəyində göstərilmiş olan məbləğlər həcmində təmin edilməsinə etirazı yoxdur. Məhkəmə iclasında Cavabdeh ekspert rəyi ilə razı olduğunu, iddia tələbinin ekspert rəyində göstərilmiş olan məbləğlər həcmində təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş kredit müqaviləsinə 5 saylı əlavədən görünür ki, Cavabdeh illik 29 faizlə, 24 ay müddətinə, 1500 manat məbləğində borc verilmiş və borcun qaytarılması üçün ödəniş cədvəli tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş 01 iyul 2022-cı il tarixli arayışdan görünür ki, Cavabdeh 23 iyun 2022-ci il tarixinə banka olan əsas borcu 1106,03 manat, faiz borcu 1566,74 manat və cərimə borcu 1178,03 manat olmaqla, cəmi 4006,20 manat təşkil edir. İş materiallarına əlavə edilmiş bildirişdən görünür ki, cavabdehə 3 gün ərzində borcu ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xərədarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş 24 fevral 2023-cü il tarixli, 9/573 saylı mühasibatlıq ekspertizasının rəyindən görünür ki, əsas borc 1183,43 manat, faiz borcu 672 manat, faiz borcu (5%lə) 189,29 manat təşkil edir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam olaraq yerinə yetiməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə qeyd edir ki, məhkəmə-mühasibatlıq ekspertizası rəyində əsas borc və faiz borcu (5 faizlə) iddia tələbində göstəriləndən məbləğdən artıq göstərilmişdir. Məhkəmə iddia tələbindən kənara çıxmağa haqlı olmadığından əsas borcun və faiz borcunun (5 faizlə) iddia tələbində göstərilən məbləğdə təmin edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək o qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 22 avqust 2017-ci il tarixli kredit müqaviləsi üzrə 1106,03 manat əsas borc, 672 manat faiz borcu, 155,40 manat faiz borcu (5 %lə) olmaqla cəmi 1933,43 manat borc məbləği tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 60,07 manat dövlət rüsumunun əvəzinin iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 40,44 manat hissəsinin cavabdehdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 22 avqust 2017-ci tarixli kredit müqaviləsi üzrə 1106,03 manat əsas borc, 672 manat faiz borcu və faiz borcu (5%lə) 155,40 manat olmaqla, cəmi 1933,43 (min doqquz yüz otuz üç manat qırx üç qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 40,44 (qırx manat qırx dörd qəpik) manat pul tutularaq Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar