Məhkəmə qərarları › İş №2(058)-495/2025

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-495/2025

23.07.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-495/2025 23.07.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Zərgərli Ata Nərbala oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia qaldıraraq, cavabdehə borc kimi verdiyi 8000 manat məbləğində pulun və ödədiyi 100 manat dövlət rüsumunun əvəzinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Beyləqan rayonunda kiçik sahibkarlıqla məşğuldur. 2024-cü ilin sentyabr ayında Binəqədi rayonu “X1” yaxınlığında fəaliyyət göstərən “Məray” su şirkətində sürücü kimi işə düzəlmişdir və gündəlik qazancı 55 manat olmuşdur. Suları obyektlərə ona işlədiyi şirkət tərəfindən etibarnamə ilə verilmiş **-EY-*** dövlət qeydiyyat nömrə nişanlı “Ford Tranzit” markalı avtomobillə obyektlərə çatdırmışdır. Şirkətdə işlədiyi zaman Cavabdeh işlədiyi ərazini tanıtdırması üçün bu işdə ona köməklik etmişdir. 2024-cü ilin sentyabr ayının sonlarında şirkətin rəhbəri X2 borca 5000 (beş min) manat məbləğində pul vermişdir. Cavid İmanova borc verdiyini bilən Cavabdeh ona , öz adlarına su şirkəti yaradaraq ikiqat pul qazanmaq imkanı əldə etmə fürsətləri olduğunu bildirmişdir. O, Teymurla ətraflı fikirləşib su şirkəti yaratmaq qərarına gəlmişdir. Aralarında olan razılığa əsasən bu işləri görmək üçün Ford Tranzit markalı avtomobili almaq qərarına gəlmişlərdir. Bu işdə Cavabdeh Cavid İmanovdan kömək istəmişdir. X4 adlı tanışı ilə danışmış və Şamil ona məxsus **-XS-*** dövlət nömrə nişanlı “Ford Transit” markalı avtomobili ümumilikdə 24550 manat qiymətləndirərək ilkin olaraq 5000 manat pul istəyərək qalan 19.550 manatı isə 36 ay müddətinə hər ay 540 manat ödəməyi öz öhdəsinə götürmüşdür. Ümumi razılığa gəldikdən sonra xx.xx.2024-cü il tarixdə Cavabdehla ünvan 1 ünvanında yerləşən “Şəki kafesində “ Cavabdeh 5000 manat nağd şəkildə pul vermişdir. Cavabdeh Cavid İmanovun iştirakı ilə Şamilə 4000 manat pul verib və **-XS-*** dövlət qeydiyyat nömrə nişanlı “Ford Transit” markalı avtomobili idarə edərək “Meray” su şirkətinə gətirmişdir. Avtomobilə baxış keçirmiş və görəcəyi iş üçün yararlı olduğunu görmüşdür. Cavabdeh həmin avtomobillə 15-20 gün fəaliyyət göstərmişdir. Sonra Teymur ona zəng edərək idarə etdiyi **-XS-*** dövlət qeydiyyat nömrə nişanlı “Ford Transit” markalı avtomobillə Qaradağ rayonu ərazisində törətdiyi qəza nəticəsində aldığı avtomobilin yararsız vəziyyətə düşdüyünü bildirərək ondan avtomobilin təmirinə, su balonlarının alınmasına və etiketlərin alınmasına görə pul istəmişdir. Ona ümumilikdə 2400 manat olmaqla hisə-hissə pul göndərmiş , 600 manat pulu isə görüşərək vermişdir. xx.xx.2024-cü il tarixində “Həzi Aslanov” metro stansiyasında 540 manat pulu Teymurun dediyi karta göndərmişdir. Cavabdehə 8000 manat borc verdiyim pulu, öz dəsti xətti ilə etiraf etməsi sübut etmək üçün kağız vərəqədə qeydlər apararaq Teymurun aldığı pulu etiraf etməklə həmin sənədə imza edərək öz aramızda əqd bağlamışlardır. Bununla bağlı 02 noyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsinə müraciət etmişəm lakin, Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsi 11 noyabr 2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd olunmuşdur və ona mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Cavabdeh 8000 manat pulu ödəməyi öz üzərinə öhdəlik götürmüşdür, lakin borcunu tam ödəməmişdir. Dəfələrlə cavabdehdən pulunu qaytarmasını tələb etsə də cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək borcunu ödəməkdən yayınmışdır. Bu səbəbdən də, o Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə isə məhkəmə iclasının yeri və vaxtı barədə göndərilən bildirişlər ona çatmadığından, məhkəmə, məhkəmə bildirişini onun qeydiyyatda olduğu inzibati ərazi dairəsi üzrə nümayəndəliyə göndərərək cavabdehə təqdim olunmasını xahiş etmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarına əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlər aşağıdakılar müəyyən edilir: Cavabdeh yazdığı və imzası ilə təsdiq etdiyi əlyazmadan görünür ki, o, İddiaçı 8000 manat borc pul aldığını qeyd etmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış və onlar arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Bu hal iddiaçının məhkəməyə təqdim etdiyi sübutla öz təsdiqini tapmışdır. İddiaçı öz öhdəliyini yerinə yetiməsinə baxmayaraq cavabdeh öhdəliyini icra etməmişdir. Ona görə də iddiaçının hazırki tələbi əsaslı olmaqla o, cavabdehdən öhdəliyinin icrasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 8000 (səkkiz min) manat pul tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 8000 (səkkiz min ) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat pul tutularaq İddiaçı verilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qüvvəyə minir. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar