Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-506/2024 04.06.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia qaldıraraq, cavabdehdən 4680 manat məbləğində pulunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Daşkəsən şəhəri, H.Əliyev küçəsində kiçik sahibkarlıqla məşğul olur. Belə ki, icarəyə götürdüyü mağazada mobil telefonlar, qızıl-zinət əşyaları və paltar satışı ilə məşğul olur. Vergilər nazirliyində vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş, VÖEN almışdır. Cavabdeh Sahıb oğlunu uzun müddətdir tanıyır. O, Daşkəsən rayonunda yerləşən N saylı hərbi hissədə hərbi qulluqçu olaraq işləyir. Təxminən 4 ay bundan öncə Cavabdeh Sahıb oğlu onun mağazasına gəlib nisyə qızıl zinət əşyası götürmüşdür. Ümumi dəyəri 5280 manat olan qızıl zinət əşyasının dəyərinin 600 manat hissəsini ödəmiş, lakin yerdə qalan 4680 manatını ödəməmişdir. Dəfələrlə cavabdehdən malların dəyərinin ödənilməmiş hissəsini tələb etsə də cavabdeh fərqli bəhanələrlə borcunu ödəməkdən boyun qaçırmışdır. Hazırda Cavabdeh ona 4680 manat borcu qalmışdır. Həmin məbləği ondan ala bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də tələbin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçı xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında məhkəməyə iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək, Cavabdeh 3300 manat tutularaq ona verilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və tələbin, iddia tələbinin həcminin azaldılması barədə ərizəsində göstərdiyi həcmdə təmin edilməsini məhkəmədən xahiş etdi. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh bildirdi ki, iddiaçı ona nisyə qaydada qızıl zinət əşyası satmayıb, amma 4680 manat məbləğində borc pul verib. O, həmin borcun müəyyən hissəsini iddiaçıya qaytarıb, cəmi 2300 manat borcu qalıb. Həmin məbləği də ödəməkdən boyun qaçırmır. Cavabdehə hazırki məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilsə də o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, cavabdehin hazırlıq iclasında verdiyi izahatını nəzərə alaraq və iş materiallarına əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı 585 əyyarlı, 44 qram çəkidə olan qızıl qolbağı almış və malın dəyəri olan 4380 manat pulu xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək hər ay 850 manat olmaqla 5 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh xx.xx.2024-cü il tarixdə yazdığı əlyazmadan görünür ki, o, İddiaçı 3800 manat borcunun olduğunu qeyd etmiş, həmin borcu hər ay 500 manat olmaqla qayataracağını vəd etmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış və aralarında həmin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqavilədən irəli gələn öhdəliyini icra etsə də, cavabdeh öhdəliyini tam şəkildə icra etməmişdir. Bu hal iddiaçının məhkəməyə təqdim etdiyi sübutlar və cavabdehin izahatındakı xüsusatlarla tam şəkildə sübuta yetirilmişdir. İddiaçı cavabdehdən öhdəliyinin tam icrasını tələb etməkdə haqlı olduğundan iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 57-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 3300 (üç min üç yüz) manat pul tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 3300 (üç min üç yüz) manat pul tutularaq İddiaçı verilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qüvvəyə minir. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-506/2024
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-506/2024
04.06.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver