Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-511/2025 13.05.2025 SAMUX RAYON MƏHKƏMƏSİ X10 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maneənin aradan qaldırılması” tələbinə dair mülki işə məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publilk hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin əməkdaşlarına (mütəxəssislərinə) Samux rayonu, Ziyadlı kəndində yerləşən 0,27 ha həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən yaşayış evinə çıxarış (arayış) verilməsi məqsədi ilə müvafiq ölçü işlərinin aparılmasına (müayinə baxışına şərait yaradılmasına) Cavabdeh tərəfindən yaradılan hər cür maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, atası X6 birinci növbə vərəsəsidir və miras payın müəyyən edilməsinə dair Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(058)-67/2024 nömrəli qətnaməsi mövcuddur. Həmin qətnamənin icrası ilə əlaqədar Samux rayonu, ziyadlı kəndində yerləşən 0,27 ha həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən yaşayış evinə sənədlərin verilməsi üçün Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin əməkdaşları tərəfindən müayinə olunması üçün gedildikdə Cavabdeh tərəfindən maneə yaradılmış və ölçü işlərinin aparılmasına icazə verilməmişdir. Cavabdeh mərhum atasının həyat yoldaşı olmuşdur və birinci növbə vərəsədir. Onun tərəfindən cavabdehə əmlaka baxış keçirməkdə məqsədin Forma 37 alınmasının və həmin sənədin alınmasının cavabdehin maraqlarına toxunması izah edilsə də, cavabdeh qışqıraraq idarənin əməkdaşından anlaşılmayan tələblər etmişdir. Cavabdeh qəsdən həmin problemi çıxarmışdır ki, o, sənədləri ala bilməsin. Gəncə “Asan xidmət” notariusu tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi idarəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün mərhum X4 miras qalmış əmlaka çıxarış və ya forma 37 verilməsi barədə məktub ünvanlanmışdır və həmin məktub əsasında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin əməkdaşları müaiynə üçün həmin ünvana getmişlər. O, X6 birinci növbə vərəsəsidir, həmin vərəsəliyi Gəncə şəhər 1 saylı “ASAN” Xidmət Notariat ofisində tanıtmışdır və hazırda notariusdan vərəsəlik məktubu alaraq həmin əmlakın sənədləşməsini istəyir. Həmin hal vərəsənin hüququdur və həmin hüququn həyata keçirilməsinə suni şəkildə maneə yaradılması bir sıra məcburiyyət tədbirlərinin həyata keçirilməsi zərurəti yaratmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. xx.xx.2025-ci il tarixdə məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, o, mülkiyyətçidir. İddiaçı ona bildirmişdir ki, ona mübahisəli torpaq sahəsindən pay verməyəcək, bu səbəbdən də o, torpaq sahəsinin ölçülməsinə razılıq verməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(058)-67/2024 nömrəli qətnaməsinin surətindən görünür ki, mərhum X4 miras qalmış, Samux rayonu Ziyadlı kəndində yerləşən 0,27 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində yerləşən yaşayış evindən X5 6/10 (onda altı) hissədə, Cavabdeh, İddiaçı, X1 və X2 isə hər birinin 1/10 (onda bir) hissədə, VAZ 21063 markalı, **- BE-*** qeydiyyat nişanlı avtomobilə dair isə X5 6/20 (iyirmidə altı) hissədə, Cavabdeh 11/20 (iyirmidə on bir) hissədə, İddiaçı, X1 və X2 isə hər birinin 1/20 (iyirmidə bir) hissədə paylarının müəyyən edilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-21-3-33/2-1947/2025 nömrəli bildirişdən görünür ki, Samux rayonu, Ziyadlı kəndində yerləşən fərdi yaşayış evi üzərində “Vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış” sənədinin hazırlanması barədə xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizəyə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsində baxılmışdır. Aparılan araşdırma zamanı fərdi yaşayış evinin yerləşdiyi ərazinin mübahisəli olduğu aşkar edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiya hər kəsin mülkiyyət hüququnu, mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarını nəzərdə tutur, habelə mülkiyyətin, o cümlədən xüsusi mülkiyyətin qanunla müdafiəsinə təminat verir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. (Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələri) Bu hüququn təminatlarından biri kimi Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 139.1ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab olunur. Ümumbəşəri dəyər kimi mülkiyyət hüququ barədə müddəalar “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 17-ci maddəsində, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində öz əksini tapmışdır. “İnsan Hüquqlarının və X3 Haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı və onun ailə üzvlərinin istifadəsində olan Samux rayonu, Ziyadlı kəndində yerləşən 0,27 ha həyətyanı torpaq sahəsində və həmin torpaq sahəsi üzərində yerləşən yaşayış evində müəyyən ölçü işləri aparılmalıdır. Cavabdeh tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsindən İddiaçı müraciəti əsasında dəvət edilmiş mütəxəssislərin ölçü və digər texniki işlərin aparılmasına maneçilik törədilir. Buna görə də iddiaçı tərəfindən maneənin aradan qaldırılması ilə bağlı tələblə məhkəməyə müraciət edilmişdir. Məhkəmə hesab edir ki, İddiaçı və onun ailə üzvlərinin istifadəsində olan Samux rayonu, Ziyadlı kəndində yerləşən 0,27 ha həyətyanı torpaq sahəsində və həmin torpaq sahəsi üzərində yerləşən yaşayış evində cavabdeh tərəfindən torpağın ölçülməsinə yaradılan maneə aradan qaldırılmalı, həmin sahədə ölçü və texniki işlərin aparılması təmin edilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı və onun ailə üzvlərinin istifadəsində olan Samux rayonu, Ziyadlı kəndində yerləşən 0,27 ha həyətyanı torpaq sahəsində və həmin torpaq sahəsi üzərində yerləşən yaşayış evində ölçü və texniki işlərin aparılmasına Cavabdeh tərəfindən edilən maneə hərəkətləri ona qadağan edilsin, torpaq sahəsi üzərində mütəxəssislər tərəfindən müayinə və baxış keçirilməsi təmin edilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(058)-511/2025
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-511/2025
13.05.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver