Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-516/2025 30.07.2025 SAMUX RAYON MƏHKƏMƏSİ X7 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanda yerləşən evin üzərində istifadə hüququnun tanınması və həmin evə köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Samux rayonu, Qarayeri qəsəbəsi, Cavad Məmmədov küçəsi, ev 10, mənzil 8 ünvana 2008-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olaraq gəlin köçmüşdür. Həmin ünvanda nikahları pozulan müddətədək yaşamaqla onun cavabdehlə birgə nikahlarından 2 övladı dünyaya gəlmişdir. Hazırda o, və cavabdehlə birgə nikahlarından anadan olmuş övladları həmin evdə pasport qeydiyyatdadır. Qeyd olunan mənzil fondu özəl mənzil fondudur, həmin evdə onun istifadə hüququ vardır. Hazırda cavabdeh onun qeyd olunan evə köçürüb yaşamasına icazə vermir. Onun və övladlarının o, cümlədən cavabdehin həmin evdə yaşamaları iddia ərizəsinə əlavə etdiyi yaşayış yeri barədə arayışla təsdiq olunur. Mübahisəli evə cavabdehlərin razılığı ilə köçdüyündən və o, cavabdehlərlə birlikdə həmin evdə yaşamaq hüququna malikdir və həmin hüquqdan mərhum edilə bilməz. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, həmin ev onun ata yurdudur, onun atası və anası vəfat etmişlər, iki bacısı vardır və bacılarının həmin evdə yaşamaq hüquqları vardır. Həmin binanın kommunal şəraiti olmamış, evləndikdən sonra o, Rusiyaya getmiş, işləmiş və düzəltdirmişdir. O, iddiaçı ilə boşanmışdır. O, hazırki vaxtadək həmin mənzili sənədləşdirməmiş, 2012-ci il tarixdə order almışdır. Məhkəmədən qanunamüvafiq qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2012-ci il tarixli 11 nömrəli orderdən görünür ki, Samux rayonu, Qarayeri qəsəbəsi, C.Məmmədov küçəsi, ev 10, 8 nömrəli mənzilin sahibi Cavabdehdur, ailə tərkibi isə anası - X1 ibarətdir. İşdə olan xx.xx.2008-ci il tarixdə Samux rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahları xx.xx.2008-ci il tarixdə 77 nömrəli akt qeydi ilə bağlanmışdır. İşdə olan xx.xx.2024-cü il tarixdə Samux rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə Rəhimova (Həsənova) Aynurə Etibar qızının nikahı Samux Rayon Məhkəməsinin 2(058)- 642/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsinə əasən pozulmuşdur. İşdə olan AA4120577 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.2009-cu il tarixdə anadan olmuşdur. İşdə olan AA4120576 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.2011-ci il tarixdə anadan olmuşdur. İşdə olan xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən Samux rayonu, Qarayeri qəsəbəsi, Cavad Məmmədov küçəsi, ev 10, mənzil 8 ünvanda qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər: X6, X5 və Cavabdehdur. İşdə olan xx.xx.2025-ci il tarixdə Qarayeri qəsəbə İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı AZ-İ-384666 seriyalı nikah şəhadətnaməsinə əsasən xx.xx.2008-ci il tarixdə Samux rayon Qarayeri qəsəbə sakini ilə rəsmi nikaha daxil olmuş və xx.xx.2023-cü il tarixədək Qarayeri qəsəbəsində ailəsi ilə birlikdə yaşamışdır. İşdə olan xx.xx.2025-ci il tarixdə Samux Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış məktubdan görünür ki, Cavabdeh adına verilmiş xx.xx.2012-ci il tarixli 11 nömrəli orderin bir nüsxəsi Samux Rayon İcra Hakimiyyətinin arxivində mövcuddur. Həmin orderdə ev sahibi Cavabdeh, digər şəxs isə onun anası X2 adları qeyd edilmişdir. Orderin verilməsinə əsas olan Samux rayonu, Qarayeri bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 690 nömrəli forma 2 arayışı və digər sənədlər arxiv haqqında Azərbaycan Respublikasının müvafiq qanununa əsasən saxlama müddəti keçdiyindən məhv edildiyi (utilizasiya) üçün Samux Rayon İcra Hakimiyyətinin arxivində mövcud deyildir. xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinə əsasən kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini kirayə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər. xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin 4-cü hissəsinə əsasən bu Məcəllənin üçüncü hissəsində göstərilən vətəndaşlar kirayəçinin ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, kirayəçinin və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 54-cü maddəsinə əsasən kirayəçi və onunla yaşayan ailə üzvləri arasında başqa sazişi olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 31-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatını, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır. Konstitusiyanın 71-ci maddəsinə görə Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqularını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Cavabdeh ilə xx.xx.2008-ci il tarixdə ilə qurmuş, həmin vaxtdan ünvan 3 ünvana gəlin köçmüş, onların birgə nikahlarından xx.xx.2009-cu il tarixdə X5 və xx.xx.2011-ci il tarixdə X6 adlı iki uşaqları dünyaya gəlmişdir. İddiaçı Samux rayonu, Qarayeri qəsəbəsi, Cavad Məmmədov küçəsi, ev 10, mənzil 8 ünvana cavabdehin razılığı ilə gəlin köçmüş, həmin ev order əsasında Cavabdeh məxsusudur. Tərəflərin aralarında yaranan mübahisəyə görə iddiaçı 2023-cü il tarixdə Samux rayonu, Qarayeri qəsəbəsi, Cavad Məmmədov küçəsi, ev 10, mənzil 8 ünvandan çıxmışdır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü də iddiaçının üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində göstərilmiş iddia tələbini əsaslandıran halları sübut etməli, onları dəstəkləyən və iddia tələbini təsdiq edən sənədləri məhkəməyə təqdim etməlidir. İddiaçı tərəfindən də iddia tələbini dəstəkləyən kifayət qədər sübutlar məhkəməyə təqdim edilmişdir. Beləliklə məhkəmə tətbiq olunmalı olan hüquq normalarına əsaslanaraq və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı 2008-ci il tarixdən 2023-cü il tarixədək Samux rayonu, Qarayeri qəsəbəsi, Cavad Məmmədov küçəsi, ev 10, mənzil 8 ünvanda yaşamış və həmin evdə cavabdehlə birgə təsərrüfat idarə etmişdir. İddiaçı azyaşlı uşaqları ilə birlikdə həmin evdən çıxmasına baxmayaraq, ona məxsus olan cehiz əşyaları hazırda həmin mübahisəli evdə qalmaqda davam edir. İddiaçının 2008-ci il tarixdən 2023-cü il tarixədək daim həmin evdə yaşamaqla təsərrüfat aparması, ona məxsus olan əşyaların da hazırda həmin ünvanda yerləşməsi həm cavabdehin özünün etirafı, həm də iddiaçının izahatı ilə tam sübuta yetir. İddiaçının həmin evdə yaşaması evdə yaşayan bütün şəxslərə məlum olmuş və həmin vaxtlar cavabdeh tərəf buna qarşı hər hansı etirazını bildirməmişdir. Bundan əlavə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, qeyd olunan yaşayış sahəsi hazırda dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Belə olan halda məhkəmə iddia tələbinin təmin olunaraq, iddiaçının həmin evə köçürülməsini və istifadə hüququnun tanınmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı Samux rayonu, Qarayeri qəsəbəsi, Cavad Məmmədov küçəsi, ev 10, mənzil 8 ünvanda yerləşən evə köçürülsün və onun Samux rayonu, Qarayeri qəsəbəsi, Cavad Məmmədov küçəsi, ev 10, mənzil 8 ünvanda yerləşən mənzilə istifadə hüququ tanınsın. İş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(058)-516/2025
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-516/2025
30.07.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver