Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-54/2023 10.02.2023 SAMUX RAYON MƏKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və borcun girov predmetinə yönəldilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və borcun girov predmetinə yönəldilməsi” tələbinə dair iddia qaldıraraq, Cavabdeh 5236,39 manat əsas borc, 558,1 manat faiz və 890,58 manat cərimə borcu olmaqla, cəmi 6685,07 (altı min altı yüz səksən beş manat, 07 qəpik) manat və 86,86 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın bank qarşısında tutulmuş öhdəliklərin icrasının təminatı kimi girov qoyulmuş 585 əyarlı, 4,5 qram çəkidə 1 ədəd boyunbağı, 583 əyarlı 56,9 qram çəkidə 1 ədəd bilərzik, 583 əyarlı 0,6 qram çəkidə 1 ədəd klon, 750 əyarlı 18,3 qram çəkidə 1 ədəd sırğa-üzük dəsti, 750 əyarlı, 8,2 qram çəkidə 1 ədəd üzük, 750 əyarlı 3,5 qram çəkidə 1 ədəd sırğadan ibarət qızıl-zinət əşyalarına yönəldilməsi, qızıl-zinət əşyasının hərracda satılması, satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi və satışdan əldə edilən vəsait borcun ödənilməsinə kifayət etməzsə qalıq borcun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli GNLMB-12162 saylı kredit müqaviləsinə əsasən illik 27 faiz dərəcəsi olmaqla 24 ay müddətinə 5287 (beş min iki yüz səksən yeddi) manat məbləğində cavabdehə kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli GNLMB-12162 saylı girov müqaviləsi bağlanmış, kreditin təminatı kimi girovunun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə dair aktda çeşidləri, əyyarı və çəkisi göstərilmiş qızıl zinət-əşyaları girov qoyulmuşdur. xx.xx.2022-ci il tarixli GNLMB-12162 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış əsas borcu, faizləri və dəbbə pulunu tam və vaxtyında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxında və lazımi qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq öhdəliyin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçıya və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Lakin iddiaçının nümayəndəsi məhkəməyə teleqram ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş 04 mart 2022-ci il tarixli GNLMB-12162/22 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 24 ay müddətinə, illik 27 faiz ödəmək şərti ilə 5287 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 04 mart 2022-ci il tarixli GNLMB-12162/22 saylı girov müqaviləsindən və qiymətləndirmə aktından görünür ki, Cavabdeh İddiaçı ASC ilə bağladığı 04 mart 2022-ci il tarixli GNLMB-12162/22 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyin təminatı üsulu kimi 585 əyarlı, 4,5 qram çəkidə 1 ədəd boyunbağı, 583 əyarlı 56,9 qram çəkidə 1 ədəd bilərzik, 583 əyarlı 0,6 qram çəkidə 1 ədəd klon, 750 əyarlı 18,3 qram çəkidə 1 ədəd sırğa-üzük dəsti, 750 əyarlı, 8,2 qram çəkidə 1 ədəd üzük, 750 əyarlı 3,5 qram çəkidə 1 ədəd sırğadan ibarət qızıl-zinət əşyalarını girov qoymuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 04 mart 2022-ci il tarixli GNLMB-12162 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə olan borcu 5236,39 manat əsas, 558,1 manat faiz və 890,58 manat cərimə borcu olmaqla, cəmi 6685,07 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.7-ci maddəsinə görə, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 279-cu maddəsinə görə, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir; 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında kredit müqaviləsi, həmçinin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini kimi girov müqaviləsi bağlanmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetiməmişdir. Buna görə də, məhkəmə əsas və faiz borcunun cavabdehdən tutulmasını və tutmanın girov predmeti olan əşyalara yönəldilməsini əsaslı hesab edir. Cərimə (dəbbə pulu) ilə bağlı məhkəmə qeyd edir ki, tərəflərin maddi və əmlak vəziyyəti, eyni zamanda iddiaçının əmlak mənafeləri nəzərə alınmaqla tələb edilən dəbbə pulu məbləği tənasübsüz surətdə yüksək olduğundan azaldılmalı və 30 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən kredit borc üzrə 5236,39 manat əsas, 558,1 manat faiz, 30 manat cərimə borcu olmaqla, cəmi 5824,40 manat kredit borcu iddiaçının xeyrinə tutulmalı, tutma cavabdehə məxsus 585 əyarlı, 4,5 qram çəkidə 1 ədəd boyunbağı, 583 əyarlı 56,9 qram çəkidə 1 ədəd bilərzik, 583 əyarlı 0,6 qram çəkidə 1 ədəd klon, 750 əyarlı 18,3 qram çəkidə 1 ədəd sırğa-üzük dəsti, 750 əyarlı, 8,2 qram çəkidə 1 ədəd üzük, 750 əyarlı 3,5 qram çəkidə 1 ədəd sırğadan ibarət qızıl-zinət əşyalarına yönəldilməli, həmin əşyalar açıq hərracda satılaraq, tələb təmin edilməlidir. Məhkəmə, eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 86,86 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan 78,94 manat dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidi. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağalanmış 04 mart 2022-ci il tarixli GNLMB- 12162/22 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh 5236,39 manat əsas, 558,1 manat faiz və 30 manat cərimə borcu olmaqla, cəmi 5824,40 manat (beş min səkkiz yüz iyirmi dörd manat qırx qəpik) manat və 78,24 (yetmiş səkkiz manat, iyirmi dörd qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tutma girov predmeti olan Cavabdeh məxsus 585 əyarlı, 4,5 qram çəkidə 1 ədəd boyunbağı, 583 əyarlı 56,9 qram çəkidə 1 ədəd bilərzik, 583 əyarlı 0,6 qram çəkidə 1 ədəd klon, 750 əyarlı 18,3 qram çəkidə 1 ədəd sırğa-üzük dəsti, 750 əyarlı, 8,2 qram çəkidə 1 ədəd üzük, 750 əyarlı 3,5 qram çəkidə 1 ədəd sırğadan ibarət qızıl-zinət əşyalarına yönəldilsin. Həmin qızıl-zinət əşyaları açıq hərracdan satılaraq satışdan əldə edilən vəsait hesabına borc ödənilsin. Satışdan əldə edilən vəsait borcun ödənilməsinə kifayət etməzsə qalıq borc Cavabdeh ümumi qaydada tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-54/2023
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-54/2023
10.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver