Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-557/2024 02.07.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair iddia qaldıraraq, Cavabdeh 3660 manat məbləğində pulun alınaraq həmin məbləğin 1660 manat hissəsinin iddiaçı X2, 2000 manat hissəsinin isə İddiaçı2 Raqif oğlunun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh X1 və X2 ümumilikdə 3660 manat pul borcu vardır. Belə ki, İddiaçı1 Cavabdeh sifarişi əsasında 2022-ci ildə cavabdehin evində hörgü işi aparmışdır. Cavabdeh hörgü işinə görə iddiaçı X2 560 manat borcu qalmışdır. Bundan əlavə Cavabdeh İddiaçı1 2023-cü ilin iyun ayında iş qurmaq adı ilə 600 manat, xx.xx.2024-cü il tarixdə isə 500 manat pul almışdır. Ümumilikdə cavabdehin İddiaçı1 1660 (560+600+500) manat borcu vardır. Həmçinin cavabdeh 2023cü ilin iyun ayında İddiaçı2 iş qurmaq adı ilə 2000 manat pul almışdır. Hətta cavabdeh iddiaçıya vəd vermişdir ki, götürdüyü xeyirdən ona cərrahiyə əməliyyatı üçün əlavə pul verəcək. Lakin cababdeh vədinə əməl etməmiş, üstəlik götürdüyü pulu da geri qaytarmamışdır. Ümumilikdə cavabdehin iddiaçılara 3660 manat borcu var. Cavabdeh müxtəlif bəhanələrlə borcu qaytarmaqdan yayınır. İddiaçı2 Raqif oğlu 44 günlük vətən müharibəsi iştirakçısıdır, İİ qrup müharibə əlilidir. Cavabdehə borc verdiyi 2000 manat onun şəxsi puludur. Hazırda müalicəsi ilə məşğul olmaq istəyir və bu məqsədilə cavabdehdən verdiyi pulu geri tələb etsə cabdeh pulu qaytarmır. Ona görə də, müalicəsini həyata keçirə bilmir. Cavabdehdən 3660 manatı geri almaq üçün məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışlar. Tələblərinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edirlər. xx.xx.2024-cü il tarixdə məhkəmə hazırlıq iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi haqqında ərizə təqdim edərək Cavabdeh 1660 manat pulun alınaraq İddiaçı1, 2000 manat pulun isə alınaraq İddiaçı2 xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı1 məhkəməyə yenidən tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, onlar iddia ərizəsində cavabdehin İddiaçı1 1660 manat, digər iddiaçı- yəni onun oğlu İddiaçı2 isə 2000 manat pul aldığını qeyd etmişlər. Əslində isə oğlu Seymur 2000 manat pulu cavabdehə şəxsən özü yox onun vasitəsi ilə vermişdir. Yəni o, həm özünə məxsus olan 1660 manat pulu, həm də oğlu Seymura məxsus 2000 manat pulu cavabdehə vermişdir. Sadəcə olaraq 2000 manat pul oğlu Seymura məxsus olduğundan ele zənn etmişdir ki, həmin pulu Seymur özü iddiaçı kimi cavabdehdən tələb etməlidir. Hazırda isə başa düşmüşdür ki, iddia tələbində göstərilən bütün məbləğ şəxsən onun tərəfindən cavabdehə verildiyindən yalnız o, bütün məbləği cavabdehdən tələb etməlidir. Ona görə də tələbindəki həmin yanlışlığı aradan qaldırmaq üçün tələbini dəqiqləşdirərək Cavabdeh 3660 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən digər İddiaçı2, İddiaçı1 məhkəməyə təqdim etdiyi tələbin dəqiqləşdirilməsi barədə ərizəyə etirazının olmadığını bildirmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə göndərilən bildirişlər ona çatmadığından, məhkəmə, məhkəmə bildirişini onun qeydiyyatda olduğu inzibati ərazi dairəsi üzrə nümayəndəliyə göndərərək cavabdehə təqdim olunmasını xahiş etmiş, nümayəndəlik tərəfindən məhkəməyə ünvanlanmış məktubda cavabdehin uzun müddətdir ki, həmin ünvanda yaşamadığı və bu səbəbdən bildirişin ona təqdim edilməsinin mümkün olmadığı qeyd olunmuşdur. Məhkəmə Mülki Prosessual Məcəllənin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: İddiaçı tərəfindən məhkəməyə sübut kimi təqdim olunmuş əlyazmanın surətindən görünür ki, Cavabdeh İddiaçı1 2000 manat bir, 600 manat bir borc aldığını, həmçinin evinin tikintisinə görə İddiaçı1 560 manat borcu qaldığını qeyd etmişdir. İddiaçı tərəfindən məhkəməyə sübut kimi təqdim olunmuş CD diskdəki səs yazısından məlum olur ki, Cavabdeh İddiaçı1 borcu olduğunu etiraf edir. Məhkəmə iddiaçıların izahatlarını dinləyib iş materiallarına əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı1 2600 manat borc pul alaraq qaytarmağı vəd etmiş, həmçinin cavabdehin, İddiaçı1 sonuncunun onun evində gördüyü işin müqabilində 560 manat ustaq haqqı borcu qalmışdır. İddiaçı isə cavabdehin ona 3660 manat borcu olduğunu iddia edir və həmin məbləğin cavabdehdən alınaraq ona verilməsini tələb edir. İşin faktiki hallarından göründüyü kimi İddiaçı1la Cavabdeh arasında həm borc müqaviləsindən əmələ gələn, həm də podrat müqviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Ona görə də iddia tələbinin hüquqi əsasını həmin müqavilələrə dair normalar təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Məhkəmə iddia tələbini qismən əsaslı hesab edir və tələbin qismən təmin olunmalı olduğu qənaətinə gəlməsini onunla əsaslandırır ki, İddiaçı1 məhkəməyə təqdim etdiyi sübutlarla cavabdehin ona ümumilikdə 3160 manat borcu olduğu öz təsdiqini tapmışdır. İddiaçı qalan hissədə tələbini sübuta yetirə bilmədiyindən iddia tələbi qismən təmin olunmalı, Cavabdeh 3160 manat məbləğində pul tutularaq İddiaçı1 verilməlidir. İddiaçı1 məhkəməyə təqdim etdiyi, digər İddiaçı2 isə etiraz etmədiyi tələbin dəqiqləşdirilməsi barədə ərizəsini nəzərə alaraq isə məhkəmə hesab edir ki, iddia tələbi İddiaçı2 tələbinə dair hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 3160 (üç min yüz altmış) manat məbləğində pul tutularaq İddiaçı1 verilsin. İddia tələbi qalan hissədə, həmçinin İddiaçı2 tələbinə münasibətdə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qüvvəyə minir. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-557/2024
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-557/2024
02.07.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver