Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-56/2024 16.01.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh “Gəncəçay” X1rşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Samux rayon Su Artezian İdarəsinə qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona vurulmuş maddi zərərin əvəzi kimi 1000 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pulun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Samux rayonu Qarabağlar kəndində yaşayır. Paylı mülkiyyət hüququ ilə ona məxsus olan torpaq sahəsində əkin-biçinlə məşğul olur. Belə ki, əkdiyi yonca bitkisi cavabdeh tərəfindən əkin sahəsinə suyun vaxtında verilməməsi səbəbilə yonca bitkisi məhv olmuşdur. O, bir neçə dəfə cavabehdən əkin sahəsinin su ilə təmin olunmasını xahiş etsə də onlar bundan imtina edib. Ona görə də cavabdeh tərəfindən ona vurulmuş ziyanın əvəzinin cavabdehdən alınmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona vurulmuş ziyanın əvəzi kimi 1000 manat pulun və iddia ərizəsi ilə məhkəməyə müraciə etmək üçün ödədiyi 30 manat dövlət rüsumunun əvəzinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı xx.xx.2023-cü il tarixdə keçirilən məhkmə hazırlıq iclasında məhkəməyə ərizə təqdim edərək əsl olmayan cavabdehin əsl cavabdehlə, yəni “Gəncəçay” X7 Birliyi ilə əvəz edilməsini xahiş etmişdir. İddiaçı həmçinin xx.xx.2023-cü il tarixdə keçirilən məhkmə hazırlıq iclasında məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona məxsus Samux rayonu Qarabağlar kəndində yerləşən torpaq sahəsində əkilmiş yonca əkini sahəsinə cavabdeh “Gəncəçay” X7 Birliyi tərəfindən suyun vaxtında verilməməsi səbəbilə iki biçin həcmində yoncanın məhv olması nəticəsində ona dəymiş ziyanın əvəzi kimi 1000 manat pulun və iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödədiyi 30 manat dövlət rüsumunun əvəzinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, tələbin dəqiqləşdirilməsi barədə ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, onun yonca əkini sahəsinə 2023-cü ilin iyul ayında cavabeh tərəfindən suyun verilməməsi səbəbilə 2 biçin həcmində yonca bitkisi məhv olmuşdur. Halbuki cavabdehlə onun arsında bağlanmış müqaviləyə əsasən ona 2023-cü il iyun, iyul və avqust aylarında hər ay 300 m3 su verilməsi nəzərdə tutulmuşdur. Lakin cavabdeh tərəfindən həmin şərtə əməl edilməmiş və nəticədə yayın ən isti ayında əkin sahəsinə suyun verilməməsi nəticəsində əkininin məhv olması ilə ona 1000 manat həcmində maddi ziyan dəymişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddia tələbini qəbul edərək bildirmişdir ki, “Gəncəçay” X7 Birliyi tərəfindən iddiaçının əkin sahəsinin suvarılması üçün verilən su müqaviləyə uyğun qaydada verilmişdir. İddia tələbi əsassızdır. Ona görə də tələbin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş “Gəncəçay” X7 Birliyi ilə İddiaçı arasında 23 sentyabr 2022-ci il tarixdə bağlanmış müqavilədən görünür ki, həmin müqavilənin şərtlərinə görə “Gəncəçay” X7 Birliyi tərəfindən İddiaçı 0,50 ha yonca əkini sahəsinə 2023-cü ilin iyun, iyul və avqust aylarında hər ay 600 m3 suyun verilməsi nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş 10 avqust 2023-cü il tarixli aktdan görünür ki, Samux rayonu Qarabağlar kənd sakini İddiaçı paylı mülkiyyətində olan, Qarabağlar kəndində yerləşən 1,53 ha pay torpaq sahəsinin 0,50 ha hissəsində əkilmiş yonca sahəsinə Samux rayon Çobanabdallı kənd bələdiyyəsinin sədri S.Aslanova, Samux rayon İcra Hakimiyyəti başçısının Çobanabdallı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi E.Məhərrəmov və kənd sakinləri tərəfindən baxış keçirilmiş, iştirakçılar, baxış zamanı sözügedən sahədə əkilmiş yonca bitkisinin susuzluqdan, suvarma suyunun vaxtında verilməməsi səbəbindən məhv olaraq yarasız hala düşməsini və nəticədə İddiaçı iki biçin, yəni 200 ədəd yonca kipi və ya 3600 kq yonca kütləsi dəyərində maddi ziaynın dəyməsini öz imzaları ilə təsdiq etmişlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Samux rayonu Qarabağlar kəndində yerləşən 1,5307 ha torpaq sahəsi paylı mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. İş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən Azərbaycan Meliorasiya və X8 Səhmdar Cəmiyyəti Cavabdehnə ünvalanmış 03 oktyabr 2023-cü il tarixli məktubda qeyd olunur ki, İddiaçı 2023-cü il ərzində “Gəncəçay” X7 Birliyi tərəfindən 1,87 ha taxıl sahəsinə 3 dəfə suvarma suyu verilmiş, həmin ərazidə olan subartezian quyuları 65 ha əkin sahəsini suvarma suyu ilə tam təmin edə bilmədiyindən və növbəlilik qrafikinə əməl olunmadığından İddiaçı 0,5 ha yonca sahəsini 2023-cü il ərzində bir dəfə suvarmışdır. İddiaçı suvarma xidmət haqqını ona təqdim olunmuş bildiriş əsasında ödəmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Meliorasiya və X8 Səhmdar Cəmiyyəti Cavabdeh məhkəmənin sorğusuna 09 yanvar 2024-cü il tarixli cavab məktubunda “Gəncəçay” X7 Birliyi tərəfindən verilən arayışa əsasən Qarabağlar kənd sakini İddiaçı məxsus yonca əkini sahəsinin may və avqust aylarında 2 dəfə suvarma suyu ilə təmin olunduğunun müəyyən edildiyi bildirilmişdir. İş materiallarına əlavə edilmiş “Gəncəçay” X7 Birliyi tərəfindən verilmiş arayışda Qarabağlar kənd sakini İddiaçı məxsus əkin sahəsinin 21 oktyabr 2022-ci il tarixdən 25 aprel 2023-cü il tarixədək 25882 m3 suvarma suyu ilə təmin olunduğu, 2023-cü ilin may və avqust aylarında isə sözügedən əkin sahəsinə 4000 m3 suvarma suyunun verildiyi qeyd olunmuşdur. İş materiallarına əlavə eilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əmlakın qiymətləndirilməsinin nəticələri haqqında 12 yanvar 2024-cü il tarixli hesabatından görünür ki, yonca əkinindən il ərzində 5 biçin yonca məhsulunun götürülməsi nəzərə alınmaqla 2023-cü il üçün həmin məhsulunun ümumilikdə real bazar dəyəri 4125 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdeh X5 Edənlər Birliyi arasında iddiaçının əkin sahələrinin suvarılma suyu ilə təmin olunması barədə müqavilə bağlanmışdır. Həmin müqavilədə suvarılacaq sahələr, hansı növ bitki əkinlərinin suvarılması, suvarma suyunun hansı həcmdə və ilin hansı aylarında verilməsi müqavilə şərtləri olaraq göstərilmişdir. Sözügedən müqavilənin həmin şərtlərinə görə iddiaçıya məxsus yonca əkini 2023-cü ilin iyun, iyul və avqust aylarında cavabdeh tərəfindən suvarma suyu ilə təmin olunmalı idi. İddiaçı qeyd edir ki, cavabdeh tərəfindən 2023-cü ilin iyul, yəni ilin ən isti ayında onun yonca əkini sahəsi suvarma suyu ilə təmin edilmədiyindən nəticədə onun 2 biçin həcmində yonca bitkisi məhv olmuşdur. Cavabdehin müqavilə şərtlərini pozması nəticəsində ona maddi ziyan dəydiyindən hazırda cavabdehdən həmin ziyanın əvəzini tələb edir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Belə ki, tərəflər arasında iddiaçıya məxsus əkin sahəsinə cavabdeh tərəfindən suyun verilməsinə dair yazılı razılıq əldə olunmuş, hətta suyun ilin hansı aylarında, hansı əkin sahəsinə və hansı həcmdə verilməli olduğu müqavilədə aydın şəkildə qeyd edilmişdir. Sözügedən müqavilənin şərtlərinin cavabdeh tərəfindən pozulması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Belə ki, iş materiallarında olan X5 Edənlər Birliyinin arayışından aydın olur ki, iddiaçının əkin sahəsi 21 oktyabr 2022-ci il tarixdən 25 aprel 2023-cü il tarixədək suvarma suyu ilə təmin olunmuş, həmin tarixdən sonra isə növbəti dəfə suvarma suyu 2023-cü ilin may və avqust aylarında verilmişdir. Yəni iddiaçıya məxsus əkin sahəsinin 2023-cü ilin iyun və iyul aylarında suvarma suyu ilə təmin edilmədiyi cavabdeh tərəfin özünün verdiyi arayışla təsdiqini tapır. Halbuki tərəflər arasında bağlanmış müqavilədə sözügedən əkin sahəsinin 2023-cü ilin iyun, iyul və avqust aylarında suvarma suyu ilə təmin olunması nəzərdə tutulmuşdur. Cavabdeh müqavilə şərtlərini pozmaqla iddiaçıya maddi ziyanın dəyməsinə səbəb olduğundan mülki hüquq pozuntusuna yol vermişdir. Vurulmuş maddi ziyanın həcminə gəlincə isə, məhkəmə qeyd edir ki, iş materiallarında olan "xxxx" hesabatında göstərilənlər nəzərə alınmaqla iddia ərizəsində göstərilmiş ziyanın həcmi ağlabatan hesab olunur. Buna görə də, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən iddiaçıya vurulmuş maddi ziyanın əvəzi kimi 1000 (min) manat pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iş üzrə məhkəmə xərci iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 30 manat dövlət rüsumundan ibarətdir. İddia təmin olunduğundan məhkəmə, dövlət rüsumunun əvəzinin cavabdehdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh “Gəncəçay” X7 Birliyindən iddiaçıya vurulmuş maddi zərərin əvəzi qismində 1000 (min) manat pul və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutularaq, İddiaçı ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-56/2024
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-56/2024
16.01.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver