Məhkəmə qərarları › İş №2(058)-570/2024

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-570/2024

30.08.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-570/2024 30.08.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və X1rşı “akt əsasında yazılmış borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərişiq” ASC tərəfindən xx.xx.2024-cü il tarixli, 327394 nömrəli akt əsasında **********0029 abunə koduna hesablanmış 721.31 (yeddi yüz iyirmi bir manat 31 qəpik ) manat məbləğində borcun onun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Samux rayonu Çobanabdallı kəndində yaşayır. Elektrik enerjisini sayğac vasitəsi ilə istifadə edir, yaşayış mənzili köhnə tikili, kiçik ölçülü iki otaqdan ibarətdir. Enerji təlabatı azdır. Sadə kənd həyatı şəraitində yaşayır, ailə üzvləri ilə birgə fəhlə işləylər. Günün çox hissəsini mənzildə olmurlar, lakin təxminin 2023-cü ilin 25 mart tarixində Azərişiğa məxsus vişka tipli maşınla gələrək, onun yaşadığı mənzilin 721.31 manat borcu olduğuna görə elektrik verilişini dayandıracaqları barədə müraciət etmişlər və o, həmin vaxt bilmişdi ki, onun elektrik sayğacına 327394 nömrəli akt tərtib olunub, nəticədə 721.31 manat cərimə hesablanıb. O, həmin cərimənin araşdırılması üçün cavabdehin adiyyati üzrə idarəsinə müraciət etmişdir. Müraciət zamanı həmin oğurluğun səbəbi olan aktın heç bir nə video çəkilişini, nədə oğurluğun ölçü meyarının ona sübut edə bilməmişlər. Aktda adları qeyd olunmuş şəxslərin onun mənzilində olmaqlarını belə xatırlamamışlar. O, bir istehlakçı kimi sərf etdiyi elektrik enerjisinin məbləğini tam olaraq vaxtlı-vaxtında ödəyən abonent olmuş, ərizəyə əlavə etdiyi ödəniş cədvəlindəndə görünür ki, o, ay ərzində nə qədər elektrik enerjisi sərf və nə qədər ödəniş etmişdir. Həmin aktdan sonra sərf etdiyi elektrik enerjisinin sərfiyyatı dəyişməmişdir. Hazırda "xxxx" ASC-nin əməkdaşları ondan həmin borcun ödənilməsini tələb edirlər, əks halda elektrik enerjisinin verilişini dayandıracaqlarını bildirirlər. O, isə həmin borcun qanunsuz olaraq yazıldığını və borcun silinməsini tələb edir. Lakin tələbin heç bir nəticəsi olmayıbdır və qanunsuzluq formasında dəfələrlə onun evinə elektrik enejisinin verilişinin dayandırılmasını tələb ediblər. Qeyd olunanlara görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Buna görədə tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddianı qəbul etməyərək bildirmişdi ki, iddia tələbi əsassızdır, sözügedən cərimə əsaslı yazılmışdır və tələbin rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə İddiaçı məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Məhkəmə, iddiaçının ərizəsini nəzərə alaraq işə iddiaçının iştirakı olmadan, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən isə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: "xxxx" ASC tərəfindən tərtib edilmiş 15 fevral 2024-cü il tarixli, 327394 nömrəli aktın surətindən görünür ki, EEİQ-na uyğun olaraq gecə reydi zamanı Samux rayonu, Çobanabdallı kəndində yaşayan İddiaçı ünvanında quraşdırılmış işıq sayğacına baxış keçirilən zaman abonentin giriş kabelini zədələyərək kənar xətt götürdüyü müəyyən edilmişdir. **********00294 nömrəli “abonentin saldosu” adlı sənədin surətindən görünür ki, Samux rayonu Çobanabdallı kəndində yaşayan abonent İddiaçı akt üzrə 721.31 manat borc hesablanmışdır. “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarının 7.11-ci hissəsinə görə yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 19.16-cı maddəsinə görə qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir. Qanunvericiliyə əsasən istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə elektrik xəttinə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib edilməli və həmin aktın bir nüsxəsi barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsi isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsinə əsasən az miqdarda, yəni 5000 manatdan yuxarı olmayan məbləğdə ziyan vurulduqda), cinayət tərkibinin əlamətləri olduqda isə (Cinayət Məcəlləsinin 189-1.1-ci maddəsinə əsasən vurulmuş ziyan 5000 manatdan yuxarı olduqda) cinayət təqibi orqanına təqdim edilməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə elektik paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Göründüyü kimi cavabdeh qanunvericiliyin tələblərinə əməl etməmiş, sayğaca müdaxilə, habelə elektrik sayğacına qanunsuz müdaxilə halları ilə bağlı tərtib edilmiş aktlar inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına və ya cinayət təqibi orqanına təqdim edilməmişdir. İş materiallarında istehlakçının sayğaca müdaxiləsi ilə bağlı təqsirinin müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarı ilə sübuta yetirilməsi barədə heç bir sübut aşkar edilməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddiaçının tələblərinin və cavabdehin etirazlarının hüquqi taleyi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan hal kimi rədd edə bilər. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Beləliklə, məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, tərəflər arasında yaranmış hüquq münasibətlərini tənzimləyən normalara əsaslanaraq, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini əsaslı sayır və onun təmin edilməsi qənaətinə gəlir. Məhkəmə hesab edir ki, cavabdeh "xxxx" ASC tərəfindən Samux rayonu, Çobanabdallı kəndində fərdi yaşayış evində yaşayan İddiaçı **********0029 saylı abunə koduna xx.xx.2024-cü il tarixli, 327394 nömrəli akt əsasında hesablanmış 721.31 manat məbləğində borc borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Samux rayonu, Çobanabdallı kəndində yerləşən fərdi yaşayış evində elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə abonent İddiaçı (abonent kodu **********0029) cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixli, 327394 nömrəli akta əsasən hesablanmış 721.31 (yeddi yüz iyirmi bir manat otuz bir qəpik ) manat məbləğində borc silinsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar