Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-618/2024 29.08.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair məhkəmədə iddia qaldıraraq, cavabdehdən 6286 manat məbləğində pulunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh 10 oktyabr 2022-ci il tarixdə 3900 manat məbləğində müqavilə əsasında pul vermişdir. Hazırda həmin borcun ümümi məbləği faizlə birlikdə 6286 manatdır. Borclu müqavilə üzrə ona verilmiş borcunu ödəməkdən yayınır. Belə ki, o cavabdehdən borcunu ödəməsini tələb etsə də cavabdeh bundan imtina etmiş və ona görə də o, məcbur olub pul tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Tələbin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi, həmçinin bildirdi ki, hazırda o, cavabdehin maddi durumunu nəzərə alaraq iddia tələbində göstərilən əsas borca hesablanmış faiz borcunun müəyyən hissəsini cavabdehə güzəşt edir və cavabdehdən 4500 manat pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdehə isə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilsə də o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: xx.xx.2022-ci il tarixli müqavilənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında imzalanmış həmin müqaviləyə əsasən İddiaçı Cavabdeh 24 ay müddətinə, illik 48% dərəcəsi ilə 3900 manat borc pul vermişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, o, iddia tələbində göstərilən əsas borca hesablanmış faiz borcunun müəyən hissəsini cavabdehin maddi durumunu nəzərə alaraq ona gözəşt etdiyini və Cavabdeh 4500 manat pulun alıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdiyini qeyd etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarına əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında borc (kredit) müqaviləsi bağlanmış və onlar arasında həmin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı öz öhdəliyini yerinə yetiməsinə baxmayaraq cavabdeh öhdəliyini icra etməmişdir. Bu hal iddiaçı tərəfindən məhkəməyə təqdim edilmliş sübutla öz təsdiqini tapmışdır. Ona görə də iddiaçının hazırki tələbi əsaslı olmaqla o, cavabdehlərdən öhdəliyinin icrasını tələb etməkdə haqlıdır. Həmçinin məhkəmə hesab edir ki, iddiaçının izahatında və məhkəməyə ünvanladığı ərizəsində qeyd etdiyi xüsusatlar nəzərə alınmaqla iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 4500 (dörd min beş yüz) manat pul tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehdan 4500 (dörd min beş yüz) manat pul tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qüvvəyə minir. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-618/2024
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-618/2024
29.08.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver