Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 2(058)-621/2024 08.05.2024 SAMUX RAYON MƏHKƏMƏSİ X1 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsinə və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-150-ci maddələrinin tələblərinə riayət edilmədən verilmişdir. İddia ərizəsi nəzərdən keçirilərkən müəyyən edildi ki, iddia ərizəsi geri qaytarılmalıdır. iddiaçı iddia ərizəsinin forma və məzmununa riayət etməmişdir. Belə ki, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbi barədə qətnamə çıxarılmasını xahiş etsə də, ərizədə konkret olaraq cavabdehə qarşı tələbi aydın və dəqiq göstərməmişdir. Azərbaycan Respublikasının MPM-nin 149.2.3-cü maddəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Məhkəmədə iddiaya irəli sürülmüş tələb həddində baxılmalı olduğundan və hazırkı iddia ərizəsində iddia tələbi dəqiq göstərilmədiyindən, iddia tələbinin məhkəmə tərəfindən müəyyən olunması qanunvericiliklə yol verilmədiyindən iddia ərizəsinin icraata qəbul edilməsi istisna olunur. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 266-269-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərardadın təsviri hissəsində göstərilən çatışmamazlıqlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 gün müddətində Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(058)-621/2024
Samux Rayon Məhkəməsi Qərardad — İş №2(058)-621/2024
08.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver