Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-645/2025 14.07.2025 SAMUX RAYON MƏHKƏMƏSİ X2 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2134 manat pulun və ödənilmiş 41,34 manat dövlət rüsumunun ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2023-cü ilin iyul ayında sosial şəbəkələrdə telefonunu satmaq barədə paylaşımlar etmişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh1 və Cavabdeh2 onunla əlaqə saxlamışlar və onun telefonunu almaq istədiklərini, lakin pulunu borc şəkildə ödəyəcəklərini bildirmişlər. O, telefonunu 2800-ə satdığını bildirmiş və sövdələşəndən sonra 2780 manata razılaşmışlar. O, cavabdehlərə şəxsiyyət vəsiqələrinin surətinə öz xəttləri ilə nə qədər pul verdiklərini və neçə aya nə qədər verəcəklərini qeyd edib imza atmalarını istəmiş, cavabdehlər onunla razılaşmışlar. xx.xx.2023-cü il tarixdə Cavabdeh1 və Cavabdeh2 öz şəxsiyyət vəsiqələrinə öz xəttləri ilə 450 manat verib telefonu aldıqlarını və qalan 2328 manat pulu hər ay 194 manat olmaqla, 12 ay verəcəklərini qeyd edib imza atmışlar. Cavabdeh1 və Cavabdeh2 xx.xx.2023-cü il tarixdə 194 manat pul vermişlər, qalan 2134 manat pulu verməkdən boyun qaçırmışlar, hər dəfə müxtəlif bəhanələr gətirmişlər, zənglərə cavab verməmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli Cavabdeh1 tərəfindən yazılmış əlyazmadan görünür ki, **********91447 və **********31863 İmei kodlu “İphone 13 Pro (512)” modelini İddiaçı almış, 450 manat vermiş, qalan hissəni hər ay 194 (yüz doxsan dörd) manat olmaqla 12 (on iki) aya ödəyəcəkdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Cavabdeh2 tərəfindən yazılmış əlyazmadan görünür ki, **********91447 və **********31863 İmei kodlu “İphone 13 Pro (512)” modelini İddiaçı almış, 450 manat vermiş, qalan hissəni hər ay 194 (yüz doxsan dörd) manat olmaqla 12 (on iki) aya ödəyəcəkdir. İş materiallarında olan Samux Rayon İcra Hakimiyyəti Başçısının Qarayeri qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən məhkəməyə ünvanlamış məktubdan görünür ki, Cavabdeh2 Samux rayonu, Qarayeri qəsəbəsində qeydiyyatda olmasına baxmayaraq hal-hazırda qəsəbə ərazisində yaşamır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəməyə təqdim olunmuş materiallardan müəyyən edilir ki, tərəflər arasında əldə olunmuş yazılı razılığa əsasən iddiaçı cavabdehlərə “İphone 13 Pro (512)” markalı mobil telefonu nisyə qaydada satmış və cavabdehlər həmin mobil telefonun dəyərinin 644 (450+194) manat hissəsini iddiaçıya ödəmişlər, qalan hissəsini isə ödəməmişlər və bu hal iddiaçının məhkəməyə təqdim etdiyi sübutlarla öz təsdiqini tapmışdır. Cavabdehlər iddiaçı qarşısında öhdəliklərini tam yerinə yetirmədiklərindən iddiaçı öz tələbində haqlıdır və buna görə də iddia tələbi təmin edilməlidir. İş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş 41,34 manat dövlət rüsumundan ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya verilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2134 (iki min yüz otuz dörd) manat pul və ödənilmiş 41,34 (qırx bir manat otuz dörd qəpik) manat dövlət rüsumu tutularaq, İddiaçı ödənilsin. Qətnamədən, həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(058)-645/2025
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-645/2025
14.07.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver