Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-647/2023 18.07.2023 SAMUX RAYON MƏHKƏMƏSİ X3 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı «kredit müqaviləsinin ləğv edilməsi və kredit borcu» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı «kredit müqaviləsinin ləğv edilməsi və kredit borcu» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-ti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 234NFPK nömrəli kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, həmin müqavilə üzrə cəmi 4875.48 manat, bundan 4744.65 manat əsas, 130.76 manat faiz və 0.07 cərimənin və iş üzrə ödənilmiş 69 manat dövlət rüsumunun cavabdehdən tutularaq, ləğv prosesində olan İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 234NFPK nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 09 aprel 2015-ci il tarixli, 4942NF nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 5 (beş) il müddətinə 1 (bir) il güzəşt müddəti olmaqla, illik 1 (bir) faiz dərəcəsi ilə 4744,85 (dörd min yedi yüz qırx dörd manat 85) manat məbləğində kredit verilmişdir. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına xx.xx.2022-ci il tarixli **********3525 nömrəli bildiriş göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir, borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh xx.xx.2022-ci il tarixə kredit üzrə cəmi borcu 4875.48 (dörd min səkkiz yüz yetmiş beş manat, qırx səkkiz qəpik) manat təşkil edir. Bundan 4744 65 (dörd min yeddi yüz qırx dörd manat, altmış beş qəpik) manat əsas, 130,76 (yüz otuz manat, yetmiş altı qəpik) manat faiz və 0,07 (yeddi qəpik) cərimə borcu təşkil edir. İddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə ünvanlayaraq, cavabdeh ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli, 234NFPK nömrəli kredit müqaviləsinə əsasən cavabdehdən 4375.93 manat əsas, 27.57 manat faiz, 0,04 manat cərimə olmaqla, ümumilikdə 4403.54 manat kredit borcunun və iş üzrə ödənilmiş 69 manat dövlət rüsumunun tutularaq, İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasına etiraz etmədi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, xx.xx.2019-cu il tarixli 234NFPK nömrəli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh xx.xx.2015-ci il tarixli, 4942NF nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 5 (beş) il müddətinə 1 (bir) il güzəşt müddəti olmaqla, illik 1 (bir) faiz dərəcəsi ilə 4744,85 (dörd min yeddi yüz qırx dörd manat, səksən beş qəpik) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, **********200 maliyyə arayışından görünür ki, Cavabdeh əsas borc üzrə 4375.93 manat, faiz borcu üzrə 27.57 manat, cərimə 0,04 (dörd qəpik) manat, cəmi 4403.54 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, İddiaçı ASC-ti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 234NFPK nömrəli kredit müqaviləsi ləğv edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli 234NFPK nömrəli kredit müqaviləsi üzrə əsas borc 4375.93 manat, faiz borcu 27.57 manat, cərimə 0,04 manat, cəmi 4403.54 manat və ödənilmiş 69 manat dövlət rüsumu tutularaq LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətləırin Sığortalanması Fondunun xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ASC-ti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 234NFPK nömrəli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli 234NFPK nömrəli kredit müqaviləsi üzrə əsas borc 4375.93 manat, faiz borcu 27.57 manat, cərimə 0,04 (dörd qəpik) manat, cəmi 4403.54 manat və ödənilmiş 69 manat dövlət rüsumu tutularaq LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətləırin Sığortalanması Fondunun xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(058)-647/2023
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-647/2023
18.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver