Məhkəmə qərarları › İş №2(058)-69/2025

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-69/2025

06.03.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-69/2025 06.03.2025 SAMUX RAYON MƏHKƏMƏSİ X3 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X2 Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8300 manat pulun və ödənilmiş 103 manat dövlət rüsumunun alınaraq, ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mülkiyyət hüququ əsasında ona məxsus olan “Opel Astra” minik markalı **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ü.Hacıbəyov küçəsində hərəkətdə olarkən 12 may 2024-cü il tarixdə Cavabdeh idarə etdiyi “Opel Astra” minik markalı **-TX-*** dövlət nömrə nişanlı avtomobil ilə toqquşmuş və nəticədə onun avtomobilinə ciddi şəkildə zərər dəymişdir. Həmin qəza “Opel Astra” minik markalı **-TX- *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh təqsiri üzündən baş vermiş və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinmiş, qərar Gəncə şəhəri BPİ-nin DYPŞ-yə göndərilmişdir. Sözügedən avto-qəza nəticəsində onun avtomobilinə 8300 manat məbləğində zərər dəymiş, həmin zərərin 3296.30 manatı "xxxx" ASC tərəfindən ödənilməli olduğu təqdirdə anlaşılmayan səbəbdən ödəniş edilməmiş və müxtəlif bəhanələr gətirilmişdir. Ayrılmış 3296.30 manat məbləğində pulu ödəməməyinin səbəbi kimi cavab məktubunda qeyd edilmişdir ki, hadisə üzrə zərəçəkən digər şəxsin sığorta ödənişindən imtina haqqında ərizə təqdim etdikdən sonra pul veriləcəkdir. O, da məcbur qalıb pulunu bütövlükdə cavabdehdən istəyir, çünki ona zərər vuran Cavabdehdur. Hadisə nəticəsində ona məxsus avtomobilə dəymiş zərərin məbləği işin mübahisəsiz halıdır və bu zərər polis tərəfindən təyin edilmiş qimətləndirici “Gəncə avtomotoservis və ticarət müəssisəsi” tərəfindən verilmiş qüsur aktı ilə təsdiq edilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə ünvanlayaraq bildirmişdir ki, məhkəmə icraatı zamanı sığorta tərəfindən ona 3296 manat ödənilmişdir. Odur ki, Cavabdeh 5004 manat pulun və ödənilmiş 103 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirdi ki, avtonəqliyyat hadisəsi zamanı dəymiş zərərdən 3296,30 manat məbləğində pul "xxxx" ASC-ti tərəfindən ona ödənilmişdir. Məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, avtomobillərin toqquşmaşı nəticəsində qəza baş vermiş, sığorta tərəfindən iddiaçıya pul ödənilmişdir. Onun hazırda maddi imkanı zəifdir. Məhkəmədən iddianın qismən təmin olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə- Tibbi Ekspertiza və X1” Publik Hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 698 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı bədəni üzərində müəyyən edilmiş xəsarətlər sol göz nahiyəsinin hematoması, sol gözün üst qapağının əzilmiş yarası-küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan görünür ki, sürücü Cavabdeh əməlində cinayət tərkibi olmadığından barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin tərəfindən verilmiş məktubun surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Cəmiyyətdə sığortalı olan 10- TX-347 dövlət qeydiyyat nişanlı "Opel Astra ” markalı avtonəqliyyat vasitəsi tərəfindən İddiaçı idarə etdiyi **-DY-*** dövlət qeydiyyat nişanlı "Opel Astra" markalı avtonəqliyyat vasitəsinə və daşınmaz əm laka zərər yetirilmişdir. Avtonəqliyyat vasitəsinə dəymiş zərər Cəmiyyət tərəfindən 5816 manat (beş min səkkiz yüz on altı) məbləğində təyin edilmişdir. "İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 20.4-cü maddəsinə əsasən mülki mə suliyyətin sığortasında sığorta olunanın bir sığorta hadisəsi nəticəsində iki və ya daha artıq üçüncü şəxsin əmlakına vurduğu zərərə görə məsuliyyətinin məbləği müvafiq sığorta məbləğini (5000 manat) aşarsa, sığorta ödənişi üçüncü şəxslərə həmin sığorta məbləğinin hər bir üçüncü şəxsə dəymiş zərərə mütənasib olan həcmdə verilir. Bu səbəbdən yekun ödəniləcək məbləğ 3296,30 (üç min iki yüz doxsan altı manat otuz qəpik) manat təşkil etmiş, lakin zərərvuran şəxsin müraciətinə əsasən məlum olmuşdur ki, daşınmaz əmlakın dəymiş zərəri tam həcmdə qarşılanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/8657 nömrəli rəydən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında “Gəncə avtomotoservis və ticarət müəssisəsi” tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən Babək prospektində yerləşən avtohissələr satışı bazarında (5-ci sıra) olan avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2006-cı il buraxılışlı “Opel Astra” markalı **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 5854 manat müəyyən edilmişdir. O cümlədən: dəyişməli hissələrin qiyməti-3454 manat, təmirbərpa işlərinin qiyməti-2400 manat. Cədvəldə qiyməti qeyd olunmayan 05 ədəd ehtiyat hissələrinin adı oxunmadığından tədqiqat aparmaq mümkün olmamışdır. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 36.3-cü maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İşin müəyyən olunmuş faktiki hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, cavabdehin iddiaçının əmlakına vurulmuş zərərə görə mülki hüquqi məsuliyyəti yaranmışdır. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Belə ki, Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1 və 1108.2-ci maddələrində isə təsbit edilmişdir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Mülki Məcəllənin 1099-cu maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Beləliklə iddia tələbindən göründüyü kimi, iddiaçı yol-nəqliyyat hadisəsinin baş verməsi nəticəsində əmlakına vurulmuş zərərin ödənilməsini tələb edir və həmin zərərin həcmini 8300 manat manat məbləğində qiymətləndirmişdir. Sığorta tərəfindən dəymiş zərərin məbləği 5816 manat məbləğində təyin edilmiş, iddiaçıya 3296,30 manat pul ödənilmişdir. İddiaçı pulun qalan 5004 manat hissəsinin cavabdehdən alınaraq, ona verilməsini xahiş etmişdir. Məhkəmə bununla bağlı nəzərə alır ki, iddiaçı onun əmlakına məhz 8300 manat məbləğində zərər vurulduğunu təsdiq edən sübut kimi “Gəncə Avtomotoservis və ticarət müəssisəsi” tərəfindən verilmiş qüsur aktına əsaslanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyi ilə yolnəqliyyat hadisəsinin baş verməsi nəticəsində iddiaçının əmlakına vurulmuş zərərin məbləği 5854 manat müəyyən edilmişdir. Belə olan halda məhkəmə iddia ərizəsində göstərilən tələbi araşdırarkən belə nəticəyə gəlir ki, mötəbər sübut mənbəyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyi əsas götürülməli, iddiaçının əmlakına vurulmuş zərərin həcmi 2557,70 (5854-3296,30) manat həcmində qəbul edilməli və iddia tələbi həmin məbləğdə təmin olunmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 2557,70 (iki min beş yüz əlli yeddi manat yetmiş qəpik) manat məbləğində maddi ziyan alınaraq iddiaçıya verilməlidir. İş üzrə məhkəmə ekspertiza xərci 50 (əlli) manat Cavabdeh tutularaq, Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, **********, SFİFT BİK: CTREAZ22, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: hesab № AZ34CTRE********************, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142595 - ə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbində dövlət rüsumu 103 manat tələb edilmiş, lakin iddia qismən təmin edildiyindən dövlət rüsumu 45,57 manat həcmində tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119.1, 233, 238, 242, 244, 252, 253 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2557,70 manat məbləğində maddi ziyan və ödənilmiş 45,57 manat dövlət rüsumu alınaraq, İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə məhkəmə ekspertiza xərci 50 (əlli) manat Cavabdeh tutularaq, Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, **********, SFİFT BİK: CTREAZ22, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: hesab № AZ34CTRE********************, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142595 - ə ödənilməlidir. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar