Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-697/2023 25.07.2023 SAMUX RAYON MƏHKƏMƏSİ X3 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi ilə, İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kredit borcu» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC-ti Cavabdeh qarşı «kredit borcu» tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 10053,4 manat, faiz borcu üzrə 1251,41 manat, cərimə üzrə 63,53 manat, cəmi 11368,34 manat, 0,40 manat xidmət haqqı və ödənilmiş 124,11 manat dövlət rüsumunun "xxxx" KB ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 310nkGNDJ/22 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün xx.xx.2027-ci il müddətinə illik 18 faiz ödəmək şərtilə 10160 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə həmin müqaviləyə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüş, lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuş, dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 14 fevral 2023-cü il tarixə 10053,4 manat əsas borcu, 1251,41 manat faiz borcu, 63,53 manat cərimə olmaqla, cəmi 11368,34 manat məbləğində borcu yaranmışdır. İddiaçı "xxxx" KB ASC məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmasına baxmayaraq nümayəndəsi gəlməmişdir. İddiaçının nümayəndəsi X1 tərəfindən yazılmış ərizədə bildirilmişdir ki, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcək və məhkəmə iclasının iştirakları olmadan keçirilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmasına baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, xx.xx.2022-ci il tarixli 310nkGNDJ/22 Kredit Müqaviləsindən görünür ki, "xxxx" KB ASC-ti tərəfindən Cavabdeh xx.xx.2027-ci il tarixədək, illik 18 faiz ödəmək şərtilə 10160 manat məbləğində kredit verilmişdir. xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixinə banka əsas borc üzrə 10053,4 manat, faiz borcu üzrə 1251,41 manat, cərimə üzrə 63,53 manat, cəmi 11368,34 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Məhkəmə hesab edir ki, Cavabdeh əsas borc üzrə 10053,4 manat, faiz borcu üzrə 1251,41 manat, cərimə 63,53 manat, cəmi 11368,34 manat, 0.40 manat xidmət haqqı və ödənilmiş 124,11 manat dövlət rüsumu "xxxx" KB ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh əsas borc üzrə 10053,4 manat, faiz borcu üzrə 1251,41 manat, cərimə 63,53 manat, cəmi 11368,34 manat, 0.40 manat xidmət haqqı və ödənilmiş 124,11 manat dövlət rüsumu "xxxx" KB ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(058)-697/2023
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-697/2023
25.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver