Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 2(058)-699/2024 31.05.2024 SAMUX RAYON MƏHKƏMƏSİ X1 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “alınan malın dəyişdirilməsi və ya kredit müqaviləsinin ləğv edilməsi, mənəvi zərərin tutulması” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “alınan malın dəyişdirilməsi və ya kredit müqaviləsinin ləğv edilməsi, mənəvi zərərin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-nin Gəncə şəhəri, Ş.İ.Xətai prospekti 3-cü mikrorayon 7 №-li bina (İrşad) mağazasından aldığı “Samsung” A546 Balck 256 GB markalı mobil telefonun istehsal qüsurunun olduğu üçün dəyişdirilməsi və ya bağlanmış kredit müqaviləsinin ləğv edilməsi və 1000 manat həcmində vurulmuş mənəvi zərərin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib belə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədiyindən, ərizə və əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizənin ərazi aidiyyəti düzgün seçilməmişdir, İddiaçı ünvanı ünvan 1 görünür ki, İddiaçı qeydiyyat ünvanı Goranboy rayonu, Yolpaq kəndidir. Cavabdeh "xxxx" MMC-nin ünvanı ünvan 3ia ərizəsi və ona əlavə olunmuş sənədlərlə müəyyən edildi ki, tərəflərin hüquqi ünvanı Samux rayonu ərazisində aid deyil. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, iddia ərizəsi ərazi aidiyyətinə görə Samux Rayon Məhkəməsinə aid olmadığına görə iddia ərizəsinin icraata qəbul edilərək baxılması mümkün deyildir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 268ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “alınan malın dəyişdirilməsi və ya kredit müqaviləsinin ləğv edilməsi, mənəvi zərərin tutulması” tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərardadın təsviri hissəsində göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla ərazi aidiyyatı üzrə məhkəməyə müraciət edə bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(058)-699/2024
Samux Rayon Məhkəməsi Qərardad — İş №2(058)-699/2024
31.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver