Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-70/2025 13.06.2025 SAMUX RAYON MƏHKƏMƏSİ X20 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh (həmçinin Cavabdeh2 nümayəndəsi) Cavabdeh1, Müstəqil tələb irəli sürməyən 3-cü şəxs Samux rayon Hacallı Bələdiyyəsinin sədri X8 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “yolun açılması və tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “yolun açılması və tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların Samux rayonu, Hacallı kəndində yerləşən fərdi yaşayış evinə gedən yolun cavabdehlər Cavabdeh1 və bacısı Cavabdeh2 tərəfindən tikilinin zəbt edilərək fərdi yaşayış evinin həyətinə iri yük avtomobillərinin gediş-gəlişinin açılması, qanunsuz olaraq qoyulmuş darvazanın və qanunsuz hasarlanmış ərazilərin cavabdehlərin şəxsi vəsaiti hesabına sökülməsi və yolun əvvəlki vəziyyətə qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı1 adına Samux rayonu, Hacallı kəndi ərazisində 0.14 ha torpaq sahəsi və üzərində inşa edilmiş ev vardır, hazırda həmin evdə ailə üzvləri ilə birlikdə yaşayır. Həmin torpaq sahəsini Samux rayon Aqrar İslahat Komissiyası 25 dekabr 2001-ci il tarixli, 10 nömrəli qərar əsasında vermişdir. 14 yanvar 2004-cü il tarixdə JN-183A KOD 50709028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. İddiaçı2 adına isə Samux rayonunun Hacallı kəndində 0.10 ha torpaq sahəsi və üzərində inşa edilmiş ev vardır. Həmin torpağın və evin İddiaçı2 adına olmasına dair 11 aprel 2012-ci il tarixli MA seriyalı, ******* nömrəli çıxarış və evin texniki pasportu da vardır. İddiaçı1 “Birinci vətən” müharibəsi veteranı və qazisidir. Samux rayonu, Hacallı kəndində onların hər ikisinin evinə gedən avtomobil və piyada yolunu qonşuları- cavabdehlər Cavabdeh1 və bacısı Cavabdeh2 bağlamışdır. Belə ki, onların hər ikisi İddiaçı1 evinə gedən yola hasar çəkmiş, həmdə dəmir darvaza qoymuşdur. Ona görə də, İddiaçı1 evinə gedə bilmir. İddiaçı2 həmin küçə ilə evinə gedən yolu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yolu daraltdığından avtomobil sağa dönüb evlərinə gedə bilmir, ümumiyyətlə qanunsuz və əsassız olaraq evinə gediş-gəlişə maneə törədir. Camaatın, o cümlədən onların istifadəsində olan avtomobil və piyada gediş-gəliş yolunun qanunsuz olaraq hasarlanması, eləcə də dəmir darvaza qoyulması yolverilməzdir. X4 bu barədə bildirsələr də, axıradək ölçü götürülməmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 avtomaşınların onların həyətinə gedən yolu qanunsuz olaraq zəbt edərək hasar çəkməsi və 1 ədəd darvaza qoyması onların hüququnun pozulmasına səbəb olmuşdur. Həmin yol Samux rayonu, Hacallı kənd Bələdiyyəsinin balansındadır. 2020-ci ildə İddiaçı1 bacısı Ağgül Məhərrəmova ilə yol üstündə mübahisəsi yaranmış, İddiaçı1 həmin yoldan evinə getmək üçün qapı qoymağa imkan verilməmişdir. Samux rayon Polis şöbəsində Ağgül Məhərrəmovanın cavabdehlərdən şikayət etməsi barədə araşdırılma aparılmışdır. Onlar bir neçə dəfə Hacallı kənd bələdiyyəsinə müraciət etmişlər, onlara cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz zəbt etdiyi, evinə gedən yolun torpaq sahəsi Hacallı kənd bələdiyyəsinə məxsus olması bildirilmişdir. Yerində gedib mütəxəssislər vasitəsi ilə baxış keçirilərsə göstərdikləri tamamilə təsdiq olunar. Cavabdehlər tərəfindən onların yaşayış evinə gedən iri tonnajlı avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş əvvələr istifadə etdikləri yol cavabdehlər tərəfindən qanunsuz zəbt edilmiş, evlərinə gediş-gəlişin qarşısı alınaraq onların hüquqları pozulmuşdur. Odur ki, onlar məcbur olub tərəflər arasında olan mübahisənin qanun çərçivəsində həll olunması üçün qanunların onlara vermiş olduğu hüquqlardan istifadə edərək ümumi istifadələrində olan yolda qanunsuz inşa edilən hasarın və dəmir darvazanın və sökülməsi barədə məhkəmədə iddia qaldırmışlar. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, mübahisəli yoldan o, 2020-ci ilədək piyada yolu kimi istifadə etmişdir. Həmin yol heç kəsə məxsus deyil. Ona ata mülkündən həyətyanı pay torpaq sahəsi verilmiş və dörd qardaş torpaq sahəsini öz aralarında bölmüşlər. O, 2017-ci il tarixdən həmin evdə yaşayır. Sözügedən yol Bəyazın evinə, onun həyətinə və Cavabdeh1 həyətinə gedir. Məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, onun küçəyə sərbəst çıxışına imkan vardır və sərbəst istifadə edə bilir. Hazırki yolun açılmasını tələb etməsinə səbəb onun həyətinə girən iri tonnajlı avtomobillərin sərbəst hərəkət edə bilməməsidir. Məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 bildirdi ki, iddiaçılar mübahisəli sahədən istifadə etməmişlər. Mübahisəli sahənin yaxınlığında qonşuya məxsus ev olmuş, lakin həmin ev sökülmüş, hazırda həmin ərazi ona məxsusdur. Məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən 3-cü şəxs Samux rayon Hacallı Bələdiyyəsinin sədri X14 bildirdi ki, hazırda mübahisəli sahə Cavabdeh1 istifadəsindədir. O, iddia ərizəsi ilə bağlı qərar qəbul olunmasını məhkəmənin mülahizəsinə buraxdı. xx.xx.2025-ci il tarixdə məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin yerquruluşunun təşkili şöbəsinin mühəndisi (mütəxəssis) X16 bildirmişdir ki, rəy verilərkən TEKUİS və AZCAD proqramlarına əsaslanılmışdır. Yerində baxış zamanı müəyyən edilmişdir ki, mübahisəli 344.0 kv.m torpaq sahəsi TEKUİS proqramına əsasən Cavabdeh1 ümumi faktiki istifadəsində göstərilmişdir. Sözügedən mübahisəli torpaq sahəsi ilkin olaraq yol kimi qeyd edilmiş, lakin hazırda yol kimi istifadə olunmur. Cavabdeh1 faktiki istifadəsində torpaq sahəsinin 0.14 ha olmasına baxmayaraq, TEKUİS və AZCAD proqramlarında Cavabdeh1 torpaq sahəsi 0.19 ha kimi göstərilmiş, həmin mübahisəli 344.0 kv.m torpaq sahəsi Cavabdeh1 torpaq sahəsinin içərisində göstərilmişdir. Məhkəmə tərəflərin və müstəqil tələb irəli sürməyən 3-cü şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, işdə olan xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Samux rayonu, Hacallı kəndində yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ ilə İddiaçı2 adınadır. İşdə olan xx.xx.2022-ci il tarixli Samux rayonu, Hacallı kəndində yerləşən ümumi sahəsi 0.1 ha olan fərdi yaşayış evinə dair İddiaçı2 adına Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən texniki pasport tərtib edilmişdir. İşdə olan JN-183A KOD 50709028 nömrəli “Torpağın Mülkiyyətə Verilməsinə Dair” şəhadətnamədən görünür ki, Samux rayon Aqrar İslahat Komissiyasının 25 dekabr 2001ci il tarixli 10 nömrəli qərarı ilə Samux rayon Hacallı kənd sakinləri X1, X7 və İddiaçı1 mülkiyyətinə 0.14 ha torpaq sahəsi verilmişdir. İşdə olan JN-185F KOD 50709028 nömrəli “Torpağın Mülkiyyətə Verilməsinə Dair” şəhadətnamədən görünür ki, Samux rayon Aqrar İslahat Komissiyasının 25 dekabr 2001ci il tarixli 10 nömrəli qərarı ilə Samux rayon Hacallı kənd sakinləri X9, X10 və Cavabdeh2 Salman qızının mülkiyyətinə 0.14 ha torpaq sahəsi verilmişdir. İşdə olan xx.xx.2003-cü il tarixdə Samux rayon Hacıalılı kənd İcra nümayəndəliyi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2003cü il tarixdə ölmüşdür. İşdə olan xx.xx.2024-cü il tarixdə Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2024-cü il tarixdə ölmüşdür. İşdə olan Samux Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(058)-152/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı X12 Cavabdeh1 qarşı Samux Rayon Hacıalılı Bələdiyyəsinin mülkiyyətindı olan və ümumi istifadəsində olan gediş-gəliş yolunun boşaldılması və bələdiyyə mülkiyyətinə qaytarılması tələbinə dair iddiası əsassız olduğundan rədd edilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-33/2-2936/2025 nömrəli mütəxəssis rəyindən görünür ki, "Torpağın mülkiyyətə verilməsinə dair" JN-185F (kod- ********) nömrəli şəhadətnaməyə əsasən Samux rayonu, Hacıalılı kəndi ərazisində yerləşən X15 və digərlərinin mülkiyyətlərində olan 0.14 ha (1400.0 kv.m) həyətyanı torpaq sahəsi tam hissədə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 faktiki istifadələrində olduğu müəyyən olunmuşdur. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən quraşdırılmış dəmir darvaza və inşa edilmiş (daş hasar) tikili Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış elektron kadastr uçotu informasiya sistemi (TEKUİS və AZCAD məlumatlarına əsasən xüsusi mülkiyyəti, sənəd nömrəsi-185F, sənəd növü-şəhadətnamə, sahəsi-1987.0 kv.m olaraq göstərilmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 faktiki istifadələrində yerləşən mübahisəli torpaq sahəsi 344.0 kv.m təşkil edir. Həmin mübahisəli 344.0 kv.m torpaq sahəsi üzərində cavabdehlər tərəfindən quraşdırılmış dəmir darvaza və inşa edilmiş (daş hasar) tikili aşkarlanmışdır. Həmin mübahisəli 344.0 kv.m torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS və AZCAD) məlumatlarına əsasən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla həyətyanı torpaq sahəsidir. Lakin, həmin mübahisəli 344.0 kv.m torpaq sahəsi tərəflərin mülkiyyətlərində olan JN-185F nömrəli və JN-183A nömrəli şəhadətnamələrdə də göstərilmiş və həmin şəhadətnamələrdə göstərilmiş torpaq sahələrinin öz əksini tapdığı, Samux rayonu, Hacıalılı kəndi ərazisində aparılan torpaq islahatına dair tərtib olunmuş 2002-ci il tarixli ərazinin kompleks yerquruluşu layihəsində və Samux rayonu, Hacıalılı bələdiyyəsi ərazisində bələdiyyə mülkiyyətinə verilmiş torpaqların 2009-cu il tarixli yerquruluşu sxemində bələdiyyə mülkiyyəti olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla yol sahəsi kimi göstərilmişdir. “Hüquqların Dövlət qeydiyyatı haqqında" daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MA-0374956 nömrəli, **********04-10301 reyestr nömrəli, xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa dair İddiaçı2 adına tərtib olunmuş xx.xx.2022-ci il, 6302 inventar nömrəli texniki pasport sənədinə əsasən 0.10 ha torpaq sahəsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 faktiki istifadələrində olan torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. xx.xx.2022-ci il, 6302 inventar nömrəli texniki pasport sənədinə əsasən 0.10 ha torpaq sahəsi üzərində cavabdehlər tərəfindən tikili və qurğu aşkarlanmamışdır. “Torpağın mülkiyyətə verilməsinə dair” JN- 183A (kod-********) nömrəli şəhadətnaməyə əsasən Samux rayonu, Hacıalılı kəndi ərazisində yerləşən X3, X13 və İddiaçı1 mülkiyyətlərində olan 0.14 ha (1400.0 kv.m) həyətyanı torpaq sahəsinin plan-ölçü sənədində göstərilən (2002-ci il tarixli ərazinin kompleks yerquruluşu layihəsində öz əksini tapdığı) yolun üzərində cavabdehlər tərəfindən quraşdırılmış dəmir darvaza və inşa edilmiş (daş hasar) tikili aşkarlanmışdır. “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MA ******* nömrəli, **********04-10301 reyestr nömrəli, xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa dair İddiaçı2 adına tərtib olunmuş xx.xx.2022-ci il, 6302 inventar nömrəli texniki pasport sənədinə əsasən 0.10 ha torpaq sahəsinə və “Torpağın mülkiyyətə verilməsinə dair” JN-183A (kod-********) nömrəli şəhadətnaməyə əsasən Samux rayonu, Hacıalılı kəndi ərazisində yerləşən X3, X13 və İddiaçı1 mülkiyyətlərində olan 0.14 ha (1400.0 kv.m) həyətyanı torpaq sahəsinə gedən ümumi istifadədə olan yol rəyə əlavə edilmiş ortofoto görüntüdə əks olunmuşdur. "Hüquqların Dövlət qeydiyyatı haqqında" daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MA-0374956 nömrəli, **********04-10301 reyestr nömrəli, xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa dair İddiaçı2 adına tərtib olunmuş xx.xx.2022-ci il, 6302 inventar nömrəli texniki pasport sənədinə əsasən 0.10 ha torpaq sahəsinə və "Torpağın mülkiyyətə verilməsinə dair" JN-183A (kod-********) nömrəli şəhadətnaməyə əsasən Samux rayonu, Hacıalılı kəndi ərazisində yerləşən X3, X13 və İddiaçı1 mülkiyyətlərində olan 0.14 ha (1400.0 kv.m) həyətyanı torpaq sahəsinə gedən ümumi istifadədə olan yol rəyə əlavə edilmiş ortofoto görüntüdə əks olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/2344 nömrəli ekspert rəyindən görünür ki, "Torpağın mülkiyyətə verilməsinə dair" JN-185F (kod-********) nömrəli şəhadətnaməyə əsasən Samux rayonu, Hacıalılı kəndi ərazisində yerləşən X15 və digərlərinin mülkiyyətlərində olan 0.14 ha (1400.0 kv.m) həyətyanı torpaq sahəsi tam hissədə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 faktiki istifadələrində olduğu müəyyən edilmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən quraşdırılmış dəmir darvaza və inşa edilmiş (daş hasar) tikili Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış elektron kadastr uçotu informasiya sistemi (TEKUİS və AZCAD məlumatlarına əsasən xüsusi mülkiyyəti, sənəd nömrəsi-185F, sənəd növü-şəhadətnamə, sahəsi-1987.0 kv.m olaraq göstərildiyi müəyyən edilmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 faktiki istifadələrində yerləşən mübahisəli torpaq sahəsinin 344.0 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Həmin mübahisəli 344.0 kv.m torpaq sahəsi üzərində cavabdehlər tərəfindən quraşdırılmış dəmir darvaza və inşa edilmiş (daş hasar) tikilinin aşkar olunduğu müəyyən edilmişdir. Həmin mübahisəli 344.0 kv.m torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS və AZCAD) məlumatlarına əsasən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla həyətyanı torpaq sahəsidir. Lakin, həmin mübahisəli 344.0 kv.m torpaq sahəsi tərəflərin mülkiyyətlərində olan JN-185F nömrəli və JN-183A nömrəli şəhadətnamələrdə də göstərilmiş və həmin şəhadətnamələrdə göstərilmiş torpaq sahələrinin öz əksini tapdığı, Samux rayonu, Hacıalılı kəndi ərazisində aparılan torpaq islahatına dair tərtib olunmuş 2002-ci il tarixli ərazinin kompleks yerquruluşu layihəsində və Samux rayonu, Hacıalılı bələdiyyəsi ərazisində bələdiyyə mülkiyyətinə verilmiş torpaqların 2009-cu il tarixli yerquruluşu sxemində bələdiyyə mülkiyyəti olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla yol sahəsi kimi göstərildiyi müəyyən edilmişdir. “Hüquqların Dövlət qeydiyyatı haqqında" daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MA-0374956 nömrəli, **********04-10301 reyestr nömrəli, xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa dair İddiaçı2 adına tərtib olunmuş xx.xx.2022-ci il, 6302 inventar nömrəli texniki pasport sənədinə əsasən 0.10 ha torpaq sahəsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 faktiki istifadələrində olan torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən olunmuşdur. Belə ki, xx.xx.2022-ci il, 6302 inventar nömrəli texniki pasport sənədinə əsasən 0.10 ha torpaq sahəsi üzərində cavabdehlər tərəfindən tikili və qurğunun aşkarlanmadığı müəyyən olunmuşdur. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-183A (kod-********) nömrəli şəhadətnaməyə əsasən Samux rayonu, Hacıalılı kəndi ərazisində yerləşən X3, X13 və İddiaçı1 mülkiyyətlərində olan 0.14 ha (1400.0 kv.m) həyətyanı torpaq sahəsinin plan-ölçü sənədində göstərilən (2002-ci il tarixli ərazinin kompleks yerquruluşu layihəsində öz əksini tapdığı) yolun üzərində cavabdehlər tərəfindən quraşdırılmış dəmir darvaza və inşa edilmiş (daş hasar) tikili aşkarlandığı müəyyən edilmişdir. “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MA ******* nömrəli, **********04-10301 reyestr nömrəli, xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa dair İddiaçı2 adına tərtib olunmuş xx.xx.2022-ci il, 6302 inventar nömrəli texniki pasport sənədinə əsasən 0.10 ha torpaq sahəsinə və “Torpağın mülkiyyətə verilməsinə dair” JN-183A (kod-********) nömrəli şəhadətnaməyə əsasən Samux rayonu, Hacıalılı kəndi ərazisində yerləşən X3, X13 və İddiaçı1 mülkiyyətlərində olan 0.14 ha (1400.0 kv.m) həyətyanı torpaq sahəsinə gedən ümumi istifadədə olan yolun rəyə əlavə edilmiş ortofoto görüntüdə əks olunduğu müəyyən edilmişdir. "Hüquqların Dövlət qeydiyyatı haqqında" daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MA-0374956 nömrəli, **********04-10301 reyestr nömrəli, xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa dair İddiaçı2 adına tərtib olunmuş xx.xx.2022- ci il, 6302 inventar nömrəli texniki pasport sənədinə əsasən 0.10 ha torpaq sahəsinə və "Torpağın mülkiyyətə verilməsinə dair" JN-183A (kod-********) nömrəli şəhadətnaməyə əsasən Samux rayonu, Hacıalılı kəndi ərazisində yerləşən X3, X13 və İddiaçı1 mülkiyyətlərində olan 0.14 ha (1400.0 kv.m) həyətyanı torpaq sahəsinə gedən ümumi istifadədə olan yolun rəyə əlavə edilmiş ortofoto görüntüdə əks olunduğu müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixdə yerində müayinə keçirilmiş, müayinə zamanı məlum olmuşdur ki, 344.0 kv.m torpaq sahəsi faktiki olaraq cavabdehlərin istifadəsindədir. Mübahisəli 344.0 kv.m sahə ümumi istifadədə olan yol kimi istifadə olunmur və həmin yol kimi nəzərdə tutulmuş sahənin ümumi istifadədə olan yol kimi giriş və çıxış sahəsi mövcud deyildir. İddiaçı1 faktiki istifadə etdiyi yolun asas yola çıxışı təxminən 1 metr məsafədə yerləşir. İddiaçı1 iddia etdiyi əsas yola çıxışı 2-ci dərəcəli yola (ara küçəyə) qədər məsafə 27 metr, oradan əsas yola çıxışı 37 metr məsafədədir. İddiaçı1 iddia etdiyi əsas yola çıxışı əlavə yol (ara küçə) da daxil olmaqla təxminən 64 metr təşkil edir. Hazırkı vəziyyətdə İddiaçı1 əsas yola çıxmaq üçün 1 metr məsafədə olan yoldan uzun müddətdir ki, ailəsi ilə birlikdə istifadə edir. Əlavə olaraq müəyyən edilmişdir ki, mübahisəli 344.0 kv.m torpaq sahəsi İddiaçı2 yaşadığı sahədən kənardır və sonuncunun yaşayış sahəsinə ayrıca giriş-çıxışı mövcuddur. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçılar özlərinin irəli sürdüyü tələbinin qanuni əsasını göstərə bilməmiş, tələbi yalnız onunla əsaslandırmışlar ki, onlara məxsus Samux rayonu, Hacallı kəndində yerləşən fərdi yaşayış evinə gedən yola cavabdehlər tərəfindən müdaxilə olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası MM-nin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Mülki hüquq münasibətlərində riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Haqlar istənilən şəkildə deyil, yalnız onların tanınma məqsədlərinə uyğun gəldiyi hədlər daxilində istifadə oluna bilər. Beləliklə, qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə tərəfindən mübahisəli sahə yerində müayinə edilmiş və müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi mübahisəli 344.0 kv.m torpaq sahəsi faktiki olaraq cavabdehlərin istifadəsindədir. Həmin 344.0 kv.m mübahisəli sahə ümumi istifadədə olan yol kimi istifadə olunmur. Çünki, həmin yol kimi nəzərdə tutulmuş sahənin ümumi istifadədə olan yol kimi giriş və çıxış sahəsi mövcud deyildir. İddiaçı1 faktiki istifadə etdiyi yolun əsas yola çıxışı təxminən 1 metr məsafədə yerləşir. Bu da İddiaçı1 əsas yola çıxışına daha əlverişli şərait yaradır, amma İddiaçı1 iddia etdiyi yol ilə əsas yola çıxışı əlavə yol da daxil olmaqla təxminən 64 metr təşkil edir. Faktiki olaraq İddiaçı1 hazırkı vəziyyətdə daha əlverişli və rahat olan illərlə formalaşmış əsas yola çıxışı 1 metr olan yoldan uzun müddətdir ki, ailəsi ilə birlikdə istifadə edir. Eyni zamanda müəyyən edilmişdir ki, mübahisəli 344.0 kv.m torpaq sahəsi İddiaçı2 yaşadığı sahədən kənardır və sonuncunun yaşayış sahəsinə ayrıca giriş-çıxışı mövcuddur. Bundan əlavə ekspert və mütəxəssis rəylərinə əsasən mübahisəli 344.0 kv.m torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS və AZCAD) məlumatlarına əsasən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla həyətyanı torpaq sahəsidir. Lakin, həmin mübahisəli 344.0 kv.m torpaq sahəsi tərəflərin mülkiyyətlərində olan JN-185F nömrəli və JN-183A nömrəli şəhadətnamələrdə də göstərilmiş və həmin şəhadətnamələrdə göstərilmiş torpaq sahələri öz əksini tapır. Məhkəmə qeyd edir ki, TEKUİS və AZCAD məlumatlarına əsasən mübahisəli 344.0 kv.m torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla həyətyanı torpaq sahəsi kimi cavabdehlərə məxsus JN-185F nömrəli şəhadətnamədə göstərilmiş və həmin şəhadətnamələrdə öz əksini tapdığı müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının tələb etdiyi yol (344.0 kv.m) TEKUİS və AZCAD məlumatlarına əsasən cavabdehlərin mülkiyyətində olan torpaq sahəsinə islənmişdir. İddiaçıların özlərinə məxsus yasayış evindən yola cıxışları faktiki movcud oldugu halda İddiaçı1 və İddiaçı2 2-ci yolun hansı səbəbdən açılmasını əsaslandıra bilməmişlər. Məhkəmə qeyd edir ki, hazırkı iddianın təmin olunması və yolun açılması gələcəkdə tərəflər - qonşular arasında yeni bir məhkəmə mübahisələrinin əsasını qoymuş olar. Hazırkı mübahisənin həlli ilə əlaqədar olaraq məhkəmə ilk növbədə iddiaçıların öz tələblərini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirmələrini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçıların mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onun təsdiqinə dair təqdim etdikləri sübutlara əsasən iddia tələbi təmin edilə bilməz. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçıların üzərinə düşür. Məhz iddiaçılar iddia ərizəsində göstərilmiş halların mövcud olmasını sübut etməlidirlər. İddiaçılar isə iddia tələbini təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim etməmişlər. İş üzrə məhkəmə ekspertiza xərci 100 (yüz) manat iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq, Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:- **********, müxbir hesab: AZ41NABZ**********0000003944, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab № AZ34CTRE********************, SFİFT BİK: CTREAZ22, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142595-ə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “yolun açılması və tikilinin sökülməsinə” dair iddia tələbi təmin edilməsin. İş üzrə məhkəmə ekspertiza xərci 100 (yüz) manat iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq, Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:- **********, müxbir hesab: AZ41NABZ**********0000003944, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab № AZ34CTRE********************, SFİFT BİK: CTREAZ22, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142595-ə ödənilsin. İş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu İddiaçı2 aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(058)-70/2025
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-70/2025
13.06.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver