Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-706/2024 24.09.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair məhkəmədə iddia qaldıraraq, cavabdehlərdən müştərək qaydada 1364 manat məbləğində pulun, həmçinin ödənilmiş 33.64 manat dövlət rüsumunun əvəzinin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 2023-cü il iyul ayında sosial şəbəkələrdə iphone 11 pro markalı telefonunu satmaq haqqında paylaşımlar etmiş, xx.xx.2023-cü il tarixində Cavabdeh1 və Cavabdeh2 onunla əlaqə saxlayaraq onun iphone 11 pro markalı telefonunu almaq istədiklərini, ancaq pulunu hissə-hissə verəcəklərini bildirmişlər. O, Cavabdeh1 və Cavabdeh2 öz kimliklərinin sürətinə öz xətləri ilə nə qədər borcları qaldığını qeyd edib imza atmaqlarını bildirmiş, onlar onunla razılaşaraq, xx.xx.2023-cü il tarixdə, ilkin 300 manat ödəniş etməklə, pulun qalan hissəsini hər ay 124 azn olmaqla, 12 ay müddətinə ödəniş edəcəklərini bildirmişlər. Onların 1488 manat borcları qalmışdır. Cavabdeh1 və Cavabdeh2 ona xx.xx.2023-cü il tarixdə 124 manat pul veriblər. Qalan 1364 manat borcu isə hər dəfə müxtəlif bəhanələr gətirirək ödəməkdən boyun qaşırırılar. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hazırki məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilsə də onlar, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək və iş materiallarına əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlər aşağıdakılar müəyyən edilir: Cavabdeh1 xx.xx.2023-cü il tarixdə, şəxsiyyət vəsiqəsinin surətinə yazdığı və imzası ilə təsdiq etdiyi əlyazmadan görünür ki, o, İddiaçı məxsus imei kodu **********68241, iphone 11 pro markalı telefonunu ilkin 300 manat ödəniş etməklə, hər ay 124 manat ödəmək şərti ilə 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh2 xx.xx.2023-cü il tarixdə, şəxsiyyət vəsiqəsinin surətinə yazdığı və imzası ilə təsdiq etdiyi əlyazmadan görünür ki, o, İddiaçı məxsus imei kodu **********68241, iphone 11 pro markalı telefonunu ilkin 300 manat ödəniş etməklə, hər ay 124 manat ödəmək şərti ilə 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə tərəflər arasında sübut etmə yükünü düzgün müəyyən etməli və hər bir tərəfin öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında və müqavilə müddəalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması üçün iddia tələbinin qanuni əsasını təşkil edən müqavilə və ya qanun normalarının, o cümlədən, mübahisəyə tətbiq edilməli olan digər maddi hüquq normalarının müəyyənləşdirilməsi vacib əhəmiyyətə malikdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı və cavabdehlər arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn hüquq münasibətləri mövcud olmuşdur və həmin müqaviləyə əsasən onların öhdəlikləri yaranmışdır. İddaiaçı öz öhdəliyini yerinə yetirsədə cavabdehələr sözügedən müqavilədən irəli gələn öhdəlikləri yerinə yetirməmişlər və bu hal iddiaçının məhkəməyə təqdim etdiyi sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbinin hüquqi əsası kimi nisyə alqı-satqı müqaviləsinə dair normalar çıxış edə bilər. Göründüyü kimi tərəflər arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı öz öhdəliyini yerinə yetiməsinə baxmayaraq cavabdeh sözügedən müqavilədən irəli gələn öhdəliklərini tam icra etməmişlər. Ona görə də iddiaçının hazırki tələbi əsaslı olmaqla o, cavabdehdən öhdəliklərinin tam icrasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 57-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Cavabdeh1 və Cavabdeh2 1364 (bir min üç yüz altmış dörd manat) manat pul müştərək qaydada tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 33.64 manat dövlət rüsumunun əvəzinin də cavabdehdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1364 (bir min üç yüz altmış dörd) manat pul, 33.64 manat ödənilmiş dövlət rüsumunun əvəzi müştərək qaydada tutularaq İddiaçı verilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-706/2024
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-706/2024
24.09.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver