Məhkəmə qərarları › İş №2(058)-728/2024

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-728/2024

13.08.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-728/2024 13.08.2024 SAMUX RAYON MƏHKƏMƏSİ X4 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Samux elektrik şəbəkəsi tərəfindən artıq yazılmış 846.22 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, onun mülkiyyətində Samux rayon Alıuşağı kəndində yaşayış evi var, hazırda o, və ailə üzvləri həmin evdə yaşayırlar. O, və ailəsi elektrik enerjisindən və digər kommunallardan istifadə edirlər və qeyd olunan kommunallara aid sayğaclar quraşdırılıb. 16 fevral 2023-cü il tarixdə onlara məxsus elektrik sayğac dəyişdirirlmış və həmin vaxt onların heç bir borcları olmamışdır. Onlar hər ay sərf etdiyikləri elektrik enerjisinin dəyərini vaxtlı-vaxtında ödəmişlər. Buna baxmayaraq qanunsuz və əsassız olaraq Samux rayon elektrik şəbəkəsinin əməkdaşları tərəfindən onlara 846 manat 22 qəpik cərimə yazılmışdır, səbəb kimi elektrik sayğacının şəbəkəyə qoşulma sxeminin səhv olduğu, sayğacın giriş faza yuvasına sıfır (nol) xəttinin, sıfır yuvasına isə faza xəttinin qoşulması qeyd olunmuşdur. O, dəfələrlə bildirmiş ki, belə olan halda nolla fazanın yerini gəlib dəyişsinlər, lakin müraciətinə heç bir cavab verilməmişdir. Cavabdeh elektrik sayğacını quraşdırmış və quraşdırılan gündan işlək vəziyyətdədir. Abonent saldosundan məlum olur ki, xx.xx.2023-cü il tarixdə sayğac quraşdırılandan sonra hər ay stabil olaraq ortalama 14-16 manatlıq elektrik enerjisi sərf edilir və hər ay ödəniş olunur. Buna baxmayaraq cavabdeh qanunsuz və əsassız olaraq cərimə yazmış və ondan 846.22 manat pul tələb edir. Ona görə də Samux elektrik şəbəkəsinin əməkdaşları tərəfindən artıq yazılmış 846.22 (səkkiz yüz qırx altı manat) 22 qəpik borcun silinməsi barədə məhkəmədən qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirdi ki, Samux rayonu, Alıuşağı kəndində yerləşən yaşayış evi oğlu X1 adına qeydiyyata alınsa da elektrik sərfiyyatına dair müqavilə onunla bağlanmış və ona **********00175 abonent kodu verilmişdir. Evdə quraşdırılmış elektrik sayğacının şəbəkəyə qoşulma sxeminin səhv olduğuna görə onlara məxsus evə 840 manat borc hesablanmışdır. Məhkəmədən iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəməyə ərizə ünvanlayaraq, mülki işə iştirakı olmadan baxılmasını və qanunamüvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli NİM 000212 nömrəli aktın surətindən görünür ki, abonent kodu **********00175 istehlakçı İddiaçı məxsus obyektdə E.E.İ.Q-na uyğun baxış apararkən məlum olmuşdur ki, elektrik sayğacının şəbəkəyə qoşulma sxemi səhvdir. Belə ki, sayğacının “faza” yuvasına “sıfır" xətti “sıfır" yuvasına isə “faza" xətti verilmişdir. Kənar mənbədən verilmiş “sıfır” xətti vasitəsi ilə sayğac dövrədən qismən kənarlaşdmlmışdır. İş materiallarında olan abunə haqqında cədvəldən görünür ki, abunəçi **********00175 İddiaçı Samux rayonu, Alıuşağı kəndində olan yaşayış evinə enerji sərfiyyatına görə 864.31 manat məbləğində borc yazılmışdır. İş materiallarında olan "xxxx" ASC-nin akt komissiyasının sədrinin əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və texniki sahələr üzrə tələbin surətindən görünür ki, abonent İddiaçı məxsus obyektdə baxış keçirilən zaman məlum olmuş ki, elektrik sayğacının şəbəkəyə qoşulma sxemi səhvdir. Belə ki, sayğacın giriş “faza” yuvasına “sıfır" xətti “sıfır" yuvasına isə “faza" xətti verilmişdir. Kənar mənbədən verilmiş “sıfır” vasitəsi ilə sayğac dövrədən qismən kənarlaşdmlmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışdan görünür ki, Samux rayonu, Alıuşağı kəndində yerləşən 154.2 kvm fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X3 məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə görə istehlakçılar elektrik və istilik enerjisini təchizatçılarla bağlanılmış müqavilələr əsasında alırlar. Elektrik və istilik enerjisi istehlakçısının (əhali istisna olmaqla) enerji təchizatı şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması üçün yeni tikinti (qurğu) və avadanlıq tələb edilə bilər. Bu halda istehlakçı həmin tikintilər (qurğular) və avadanlıqlar üçün tələb olunan xərclərdə iştirak edir. Xərclər müvafiq olaraq yeni güc sifarişçiləri arasında bölünə bilər. İstehlakçıların yerləşdiyi ərazidən asılı olmayaraq enerji təchizatçısını seçmək hüququ vardır. Bu halda təchizatçı enerjinin ötürülmə xərclərinin ödənilməsində iştirak edir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarının: - 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerji təchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerji təchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerji təchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. - 7.7-ci bəndinə əsasən bu Qaydaların 7.4-cü, 7.5-ci və 7.6-cı (məişət abonenti istisna ol-maqla) bəndlərində göstərilən hesablaşma elektrik sayğaclarının, həmçinin hesablaşma elektrik sayğaclarını (ölçü transformatorları vasitəsilə qoşulduqda) qidalandıran ikinci dövrələrin və ölçü transformatorlarının qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə cavabdehlik onların quraşdırıldığı elektrik qurğusunun (elektrik naqilinin) mülkiyyətçisinin üzərinə düşür. - 7.10-cu bəndinə əsasən istismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilər. Yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərinin hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. - 7.11. Yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerji təchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Beləliklə, məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, tərəflər arasında yaranmış hüquq münasibətlərini tənzimləyən normalara əsaslanaraq, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini qismən əsaslı sayır və onun qismən təmin edilməsi qənaətinə gəlir. İş materiallarından görünür ki, İddiaçı məxsus Samux rayonu, Alıuşağı kəndində olan yaşayış evinə enerji sərfiyyatına görə cərimə hesablanmışdır. "xxxx" ASC-nin əməkdaşları tərəfindən yaşayış evində yerləşən elektrik sayğacına hər ay baxış keçirilmişdir, ona görə də məhkəmə hesab edir ki, elektrik enerjisinə görə hesablanma əmsalı 90 gün müddətinə aşağıdakı qaydada hesablanmalıdır. (1.48 kvt x 24 saat x 0.7 manat x 90 gün, W = 2238 kvt.s, W1 = 600 kvt.s x 0,08 manat = 48 manat, W2 = 300 kvt.s x 0,09 manat = 27 manat, W3 = 1338 kvt.s x 0,13 manat = 173.94 manat, dəyəri 48 + 27 + 173.94 = 248.94 manat.) Nəticə etibarilə məhkəmə hesab edir ki, cavabdeh "xxxx" ASC-ti tərəfindən abunəçi **********00175 İddiaçı məxsus Samux rayonu, Alıuşağı kəndində yerləşən yaşayış evinə verilən elektrik enerji sərfiyyatına görə hesablanmış 597.28 (846.22 – 248.94) manat borc silinməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-ti tərəfindən abunəçi **********00175 İddiaçı məxsus Samux rayonu, Alıuşağı kəndində yerləşən yaşayış evinə verilən elektrik enerji sərfiyyatına görə hesablanmış 597.28 (846.22 – 248.94) manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar